Icma.az
close
up
RU
Sürücülük dərsi almaq istəyənlərin nəzərinə Bunları bilməlisiniz

Sürücülük dərsi almaq istəyənlərin nəzərinə Bunları bilməlisiniz

Icma.az, Metbuat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Sürücülük təlimi almaq istəyən şəxslər üçün doğru təlimçi seçimi çox vacib bir qərardır. Hazırda sürücülük peşəsi təhsilində çoxsaylı məktəblər və təlimçilər mövcuddur, lakin əksər vətəndaşlar bu seçim zamanı əsasən qiymətə diqqət yetirirlər. Bu yanaşma isə çox vaxt digər vacib faktorları gözardı etməyə səbəb olur. Lakin sürücülük təlimi yalnız qiymətə deyil, həm də keyfiyyətə, təlimçinin təcrübəsinə, peşəkarlığına və qanunlara riayət etməsinə bağlıdır.

Bəs təlimə başlamazdan əvvəl sürücülük təlimi almaq istəyən şəxslər hansı vacib amilləri bilməlidirlər?

Yol hərəkəti təhlükəsizliyi mütəxəssisi, araşdırmaçı sürücülük təlimçisi Arzu Kürsüm Babazadə Metbuat.az-a açıqlamasında bildirib ki, vətəndaşlar arasında aydın olmayan məsələlərdən biri sürücülük məktəbinə qeydiyyatdan keçərkən tələb olunan tibbi arayışın vacibliyidir:

"Bir çox vətəndaş bu qaydanı bilmədiyi üçün səhvlər edirlər. Həqiqətən də, sürücülük məktəbinə qeydiyyat üçün yaxınlaşan şəxslər Nazirlər Kabinetinin 4 saylı əlavəsinə əsasən, sürücülüyə yararlılığa dair sağlamlıq arayışını artıq əldə etmiş olmalıdırlar. Yəni sürücülük məktəbinə yazılmadan əvvəl sürücü olmaq istəyən şəxs əmin olmalıdır ki, sağlamlıq baxımından sürücülüyə yararlıdır, yoxsa yox. Çünki sürücülük məktəbinə qeydiyyat üçün ödəniş edilir və bundan sonra təlim üçün, test hazırlığı üçün də əlavə ödənişlər tələb olunur. Əgər bu şəxsin sağlamlığı sürücülüyə yararlı deyilsə, bütün bu ödənişlər boşa gedir və insanın cibindən boşuna pul çıxmış olur. Nazirlər Kabinetinin 4 saylı əlavəsində göstərilənə görə, sürücülük məktəbinə qeydiyyatdan keçməzdən əvvəl, sürücülük təlimlərinə başlamazdan və test hazırlığı dərslərinə qoşulmazdan əvvəl sürücülük üçün tibbi arayışın qanuni yolla alınması tələb olunur. Bu arayışı almadıqca sürücülük məktəbinə yazılmaq və təlimə başlamaq qanuna zidd və mənasızdır. Lakin təəssüf ki, vətəndaşların əksəriyyəti bu qaydaya riayət etmir. Bir çoxları əvvəlcə sürücülük məktəbinə yazılır, təlimlərə qatılır və test hazırlığına ödəniş edir, amma sonradan sürücülüyə yararlılığa dair tibbi arayışı alanda sağlamlıq baxımından sürücülüyə uyğun olmadıqları ortaya çıxır. Bu halda onlar həm zaman, həm də pul itirmiş olurlar. Qanun isə deyir ki, sürücülük təlimlərinə başlamazdan əvvəl, ən birinci olaraq sürücülüyə yararlılığa dair tibbi arayış alınmalıdır".

Mütəxəssis təlimçinin araşdırılması məsələsinə də diqqət çəkib:

"Əgər sürücülük üçün namizəd tibbi arayışını alıb və tam sürücülüyə yararlıdırsa, növbəti addım olaraq təlimçini diqqətlə seçməlidir. Təlimçi yalnız qanunları bilməməli, həm də onlara riayət etməlidir. Təlimçi təlim zamanı nəqliyyat vasitəsini təhlükəsiz şəkildə idarə etməli, qanunlara tam əməl etməli və həm özünün, həm də tələbəsinin təhlükəsizliyini təmin etməlidir. Tələbə təlimçisinin nəqliyyat vasitəsində rahat və təhlükəsiz hiss etməlidir. Bundan başqa, təlimçi olmaq istəyən şəxslərin reaksiyaları yüksək olmalıdır. Çünki təlimçi yalnız sürücünün deyil, həm də ətraf mühitin təhlükəsizliyini təmin etməlidir. Təlimçinin reaksiyası bir fərdi sürücünün reaksiyasından qat-qat sürətli və dəqiq olmalıdır. Təlimçi həm öz yerinə, həm də tələbənin yerinə düşünərək hərəkət etməli, bütün mümkün təhlükələri öncədən hiss edərək dərhal müdaxilə etməyə hazır olmalıdır".

A.K.Babazadə əlavə edib ki, təlimçi qanunlara riayət etməli və təhlükəsizliyi təmin etməli, həm də yaxşı savad və yüksək ötürmə qabiliyyətinə malik olmalıdır: "O, tələbəyə yalnız sürücülük biliklərini ötürməli deyil, bu bilikləri ən yüksək səviyyədə, effektiv şəkildə çatdırmalıdır. Bu səbəbdən təlimçi olmaq istəyən şəxslər yalnız yüksək reaksiyaya sahib olmalı deyil, eyni zamanda yaxşı kommunikasiya bacarıqlarına malik, qanunlara riayət edən və təhlükəsizliyi təmin edən şəxslər olmalıdır", - deyə o qeyd edib.

Sevinc İbrahimzadə / Metbuat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 01 Mart 2025 23:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri