Sürücülük imtahanına gizli qurğu ilə gələn şəxs tutuldu
Icma.az, Azpost saytına istinadən bildirir.
Türkiyənin Samsun vilayətində gizli cihazla sürücülük imtahanına girən şəxs tutulub. AzPost xəbər verir ki, bu barədə Samsun Polis İdarəsi Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi məlumat verib. Belə ki, motosiklet sürmək üçün vəsiqə imtahanı verən 51 yaşlı Mahmut Kamili saxlayıb. Eyni zamanda məktəbə yaxın bir ərazidə gizli mexanizmi idarə edən 53 yaşlı Cəlil Kamil də tutulub.Tutulmuş şəxslərin üzərinə baxıç zamanı 2 mikro qulaqcıq, 1 ədəd kamuflyajlı yaxa kamerası, 2 mobil wifi ötürmə cihazı, 3 mobil telefon, 5 kiçik qulaqlıq batareyası, 4 sim kart, 2 şarj aparatı aşkarlanıb.
Sürücülük imtahanına girərkən saxtakarlıq edən saxlanılan şəxslər “Ölçmə, Seçmə və Yerləşdirmə Mərkəzləri Qanununu pozmaq” ittihamı məhkəmə qərarı ilə həbs olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 21 Yanvar 2025 13:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















