Icma.az
close
up
RU
Sürücülük vəsiqəsi ilə bağl vacib dəyişiklik: Bu kateqoriyalar...

Sürücülük vəsiqəsi ilə bağl vacib dəyişiklik: Bu kateqoriyalar...

Icma.az bildirir, Milli.az saytına əsaslanaraq.

Avtomobil sahibi olmaq bir çox insanın arzusudur. Lakin bu arzunu reallaşdırmaq üçün bir neçə vacib mərhələni keçmək lazımdır. Bunlardan ən önəmlisi isə sürücülük vəsiqəsinin alınmasıdır. Vəsiqə əldə etmək üçün sürücülər əvvəlcə həkim müayinəsindən keçməli, sonra isə nəzəri və praktiki imtahanlardan uğurla çıxmalıdırlar. Bəzi şəxslər isə ümumiyyətlə sürücülük vəsiqəsi ala bilməz. 

Ümumiyyətlə, kimlərə sürücülük vəsiqəsi verilə bilməz?

Nəqliyyat eksperti Yasin Mustafayev Milli.Az-a bildirib ki, vətəndaşın sürücülük vəsiqəsi əldə etməsi üçün ilkin tələblərdən biri 18 yaşının olmasıdır. Bundan sonra şəxsin sağlamlıq vəziyyəti müəyyən edilən standartlara uyğun olmalıdır. Bu tələbləri qarşılamayan şəxslərə sürücülük vəsiqəsi verilmir. Həmçinin, bəzi sürücülük kateqoriyaları üçün əlavə təcrübə və yaş məhdudiyyətləri mövcuddur, məsələn D və E kateqoriyaları buna daxildir.

Ekspert bildirir ki, sürücülük vəsiqəsini qanuni qaydalara əməl etmədən əldə edən şəxslər cəmiyyət üçün ciddi təhlükə yarada bilərlər.

O, həmçinin qeyd edib ki, bəzən biz hər şeyi asanlaşdırmaq istəyirik və sürücülük məktəbində dərsləri öyrənməmək üçün pul veririk.

"Bu, dünyada çox nadir rastlanan bir vəziyyətdir. Əslində isə sürücülük vəsiqəsini almaq çox çətin deyil, çünki bu məqsədlə hazırlanmaq üçün müxtəlif tətbiqlər, resurslar və kurslar mövcuddur. Vəsiqə imtahanının sayı məhdud deyil və çox sayda insan birinci və ya ikinci cəhddən uğurla keçir. Lakin, sürücülük vəsiqəsini qeyri-qanuni yollarla əldə edən şəxslər, sonra qayda pozuntusu etdikdə hüquqlarını bilmədikləri üçün vəziyyətdən çıxmaqda çətinlik çəkirlər. Nəinki onlar qayda pozuntusu yaşayırlar həmçinin qəza şəraitində öz canlarından ola bilərlər". 

Bəs sürücülük vəsiqəsində yaş həddinin 16-a salınması gözlənilir?

Ekspert qeyd edib ki, xarici ölkələrdə də sürücülük vəqisələrinin verilməsi 18 yaşdır.

"Amma dünya təcrübəsində kiçik ölçülü nəqliyyat vasitələrinə sürücülük vəsiqəsinin verilməsi 16 yaşdan başlayır. Düşünürəm ki, bizim ölkədə də motosiklet, A1, B1 kateqoriyalarına 16 yaşdan verilməsi mümkün ola bilər. Düzdü onlar da digər nəqliyyat iştirakçıları kimi məsuliyyət daşıyır amma kiçik nəqliyyat vasitəsi olduğu üçün 16 yaşdan verilməsi problem hesab edilmir deyə düşünürəm", - deyə ekspert qeyd edib. 

Aysel Əkbər
Milli.Az 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 05 Aprel 2025 10:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri