Icma.az
close
up
RU
Sürücülük vəsiqəsinin verilməsi daha da çətinləşəcək? Parlament dəyişikliyi müzakirə edir

Sürücülük vəsiqəsinin verilməsi daha da çətinləşəcək? Parlament dəyişikliyi müzakirə edir

News24 saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Gürcüstanda müəyyən icazələrin verilməsindən əvvəl şəxsin sağlamlıq vəziyyəti müvafiq elektron bazada yoxlanılacaq. Söhbət silah gəzdirmə icazəsinin verilməsi və sürücülük vəsiqəsinin alınmasından gedir.

News24.az xəbər verir ki, bu, Daxili İşlər Nazirliyi tərəfindən hazırlanmış və Parlamentin müzakirəsinə təqdim edilmiş qanunvericilik paketində nəzərdə tutulub.

Xüsusilə, dəyişikliklər paketində psixi sağlamlıq problemləri, alkoqolizm, narkomaniya və ya toksikomaniya diaqnozu qoyulmuş şəxslərin məlumatlarının qeydiyyata alınacağı vahid informasiya bazasının yaradılmasından bəhs edilir.

Sürücülük vəsiqəsinin alınması çətinləşəcək?!

Məlum olduğu kimi, silah gəzdirmə icazəsi və sürücülük hüququ əldə etmək üçün sağlamlıq haqqında arayış tələb olunur. Lakin qanun layihəsinin müəlliflərinin fikrincə, mövcud sağlamlıq yoxlama mexanizmləri, o cümlədən tibbi arayış, potensial risklərin tamamilə qarşısının alınmasını təmin edə bilmir.

"Mümkündür ki, sağlamlıq haqqında arayışda təqdim olunan məlumat qeyri-dəqiq və ya natamam olsun. Həmçinin, şəxs lisenziyanı (icazəni) aldıqdan sonra sağlamlıq, o cümlədən psixi sağlamlıq problemi ilə üzləşə bilər. Belə şəxs həm özü, həm də ətrafındakılar üçün təhlükə yarada bilər. Təklif olunan dəyişikliklər isə sağlamlıq vəziyyəti qanunla müəyyən edilmiş tələblərə uyğun gəlməyən şəxslərin silah və nəqliyyat vasitəsi idarə etmə imkanlarını məhdudlaşdıracaq" , - daxili İşlər nazirinin müavini Aleksandre Daraxvelidze parlamentin Səhiyyə Komitəsinin iclasında qanun layihəsini təqdim edərkən deyib.

Məruzəçinin sözlərinə görə, əgər bir şəxs artıq sürücülük vəsiqəsi və ya silah gəzdirmə icazəsi alıbsa və sonradan bu bazaya daxil edilərsə, onun icazəsi dayandırılacaq. Dəyişikliyə əsasən, şəxsin sağlamlıq tələblərinə uyğun olub-olmadığının müəyyən edilməsi sürücülük hüququnun bərpası, sürücülük vəsiqəsinin dəyişdirilməsi və ya yenidən alınması zamanı da məcburi olacaq.

Daxili İşlər nazirinin müavini qanun layihəsini təqdim edərkən bildirib ki, bu bazanın idarə olunmasını Səhiyyə Nazirliyi həyata keçirəcək, Daxili İşlər Nazirliyi isə yalnız konkret məqsədlər üçün bu bazaya çıxış əldə edəcək.

"Məsələn, bu məqsədlərə silah gəzdirmə icazəsinin və ya sürücülük vəsiqəsinin verilməsi daxildir. Həmçinin, Daxili İşlər Nazirliyi üçün şəxsin sağlamlıq vəziyyətinin məlum olması vacibdir, xüsusilə ailədaxili zorakılıq, müvəqqəti saxlama təcridxanasına köçürülmə və ya nazirlikdə işə qəbul məsələlərində" , - deyə Aleksandre Daraxvelidze söyləyib.

Qeyd edək ki, Səhiyyə Komitəsi təqdim olunan təşəbbüsü artıq dəstəkləyib. /aktual.ge

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://news24.az
archiveBu xəbər 21 Fevral 2025 19:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri