Icma.az
close
up
RU
Süründürməçiliyə son qoyuldu

Süründürməçiliyə son qoyuldu

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bizim yaşadığımız beşmərtəbəli bina ötən əsrin 80-ci illərində ailə yataqxanası kimi tikilib və buradakı 80-ə qədər mənzil “Radiozavod” adlı müəssisədə çalışanlara paylanılıb. Ümumiyyətlə, adıçəkilən zavodun 4-5 belə binası var ki, hazırda xeyli sayda əhali məskunlaşıb.

Ölkəmiz müstəqillik qazandıqdan sonra zavod “Cihazqayırma” MMC adı ilə Müdafiə Sənayesi Nazirliyinin sərəncamına, bizim evlərimiz isə 27 saylı MİS-in tabeliyinə verildi. Zaman keçdikcə ölkəmizdə mülkiyyətin özəlləşdirilməsi və müvafiq sənədləşmə işləri ilə əlaqədar proseslər başlandı. Bizim Məhsəti küçəsi 3A ünvanında da bir neçə mənzilə mülkiyyət sənədi təqdim olundu, sonra isə nədənsə, işlər dayandırıldı. Son illərdə sakinlər əlaqədar qurumlara müraciətlər etsə də, bu istiqamətdə heç bir irəliləyiş yox idi. Hər dəfə sənədlərdəki müəyyən çatışmazlıqları, nöqsanları bəhanə gətirirdilər.

Yalnız 2024-cü ilin sentyabrından – Sosial Araşdırmalar Mərkəzi İdarə Heyətinin sədri Zahid Oruc 33 saylı Xətai 1-ci seçki dairəsindən Milli Məclisə deputat seçildikdən sonra, necə deyərlər, “buz əriməyə” başladı. Zahid müəllim seçicilərinin müraciətlərini araşdırıb sənədlərlə tanış oldu və müvafiq instansiyalara sorğu göndərdi. Hətta bununla da kifayətlənməyərək, müxtəlif vəzifəli şəxslərlə görüşdü, qanun çərçivəsində məsələnin həllinə çalışdı.

Nəhayət, deputatın və köməkçilərinin gərgin zəhməti sayəsində artıq mənzillərimizə xüsusi mülkiyyət sənədlərinin verilməsinə başlanılıb. İnsanlar Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Departamentindən kirayə müqavilələrini alır, dövlət büdcəsinə rüsumları ödəyərək ASAN xidmət vasitəsilə sənədlərini qaydaya salırlar. Buna görə də qəzetiniz vasitəsilə, ilk növbədə, ölkə rəhbərliyinə minnətdarlığımızı bildiririk! Seçicilərinin problemlərinə həssaslıqla yanaşan deputatımız Zahid Oruca da təşəkkür edirik.

Noğay AĞAYEV,
Nigar ŞABANOVA,
Söhbət VƏLIYEV,
Mətanət ALLAHVERDIYEVA
və başqaları,
Xətai rayonu, Məhsəti küçəsi, 3A saylı binanın sakinləri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 07 Fevral 2025 10:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see841

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see556

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see318

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see301

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see287

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see284

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see282

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see272

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see236

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see210

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see196

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see189

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see189

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see187

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see187

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see186

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see182

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see182

PULU YĞIB YIĞIŞDIRMAQ OLMUR, AMMA... İqtisadçı yaranmış riskləri açıqladı düz baçlıqdır?

05 Oktyabr 2026 10:56see175

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri