Icma.az
close
up
RU
Elektron süründürməçiliyə keçid... “Onkoloji xəstənin pulunu verməmək hansı vicdana, hansı insafa sığar?”

Elektron süründürməçiliyə keçid... “Onkoloji xəstənin pulunu verməmək hansı vicdana, hansı insafa sığar?”

Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Şabran rayonunun Qoğan kəndində yaşayan Hacıyevlər ailəsində hazırda iki nəfər ağır onkoloji xəstəlikdən əziyyət çəkir. Lakin bu xəstələrin müalicəsi, dolanışığı üçün lazım olan vəsaiti ailə ala bilmir.

Bizimyol.info xəbər verir ki, Təvəkkül Hacıyev 5 aydır ki, bülletendə olduğu müddətə görə ona ödənilməli olan vəsaiti ala bilmir. Bu isə onsuz da çətin şərtlər altında yaşayan ailənin daha da acınacaqlı vəziyyətə düşməsinə səbəb olub.

Təvəkkül Hacıyevin özü ilə yanaşı, gəlini Günel Hacıyeva da onkoloji xəstəlikdən əziyyət çəkir: “Kənd yeridir, vəziyyət onsuz da çətindir. Üstəlik, evdə iki onkoloji xəstə... Biz başqa bir şey istəmirik ki. Halal pulumuzu istəyirik. Onkoloji xəstə adamın pulunu verməmək nə deməkdir? Bu hansı insafa, vicdana sığır? Bunlar düşünmür ki, bu aylar ərzində bu adamın özü, ailəsi nə yeyir, nə içir, dərmanlarını necə alır? Neçə dəfə kənddən rayon mərkəzinə xəstəxanaya gedib-gəlmişik. Hər dəfə gedib-gəlməyə nə qədər yolpulu çıxır. Səhiyyə deyir, sosial medafiə köçürməlidir. Sosial müdafiə deyir, səhiyyəlikdir. Belə zülm olmaz vətəndaşın başına açırlar. Biz hardan bilək ki, kimlikdir. Əsas budur ki, sizlərin səhlənkarlığınız ucbatından biz əzab çəkirik”.

Bülletendə olan vətəndaşların pullarının ödənilməməsi ilə bağlı problem barədə Bizimyol.info bir müddət əvvəl də məlumat vermişdi. Məlumatda bildirilirdi ki, “sistemdə problem var” bəhanəsi ilə xəstə insanlar əlavə çətinliklərlə üzləşməli olur.

Artıq 5 aydır ki, ölkədə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə (bülleten) bağlı məsələlərin həlli də elektronlaşdırılıb. Mayın 1-dən “e-bülleten” sisteminə keçilib. Bu keçidin özü də onsuz da sağlamlığındakı problemlərdən əziyyət çəkən insanlara əlavə problemlər yaradıb. Hələ aprel ayında Əmək və Əhalinin Sosial Nazirliyi bununla bağlı məlumat yayaraq bəyan etmişdi ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən tətbiq edilən innovativ yenilik olaraq. Səhiyyə Nazirliyinin “Vahid Səhiyyə İnformasiya Sistemi” vasitəsilə “Sığortaolunanlar üçün xəstəlik vərəqələri” Səhiyyə Nazirliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində elektron sənəd formasında hazırlanacaq. Bundan sonra tibb müəssisələri tərəfindən e-imza ilə təsdiq edilərək, işəgötürənə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fonduna (DSMF) elektron qaydada göndəriləcək. Həmin elektron sənəd DSMF tərəfindən işçiyə müvəqqəti əmək qabiliyyətinin itirilməsinə və hamiləliyə, doğuma görə müavinətlərin təyinatı üçün əsas olacaq: “Bu məqsədlə, Səhiyyə Nazirliyi tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə elektron xəstəlik vərəqələrinə dair məlumatlar vahid e-reyestrdə birləşdirilib. Nəticədə işəgötürənlər bu e-bülletenləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq informasiya sistemindən, tibb işçiləri isə “e-Səhiyyə” portalı və mobil tətbiqindən asan və rahat şəkildə əldə edə biləcək.

“E-bülleten” sisteminə keçid qeyd edilən sahədə kağız daşıyıcıların saxlanması və emalı ilə bağlı artıq iş yükünün aradan qaldırılması və vaxt itkisinin minimallaşdırılmasına, xidmətlərin çevikliyinə və keyfiyyətinin, şəffaflığının artırılmasına şərat yaradır”. Lakin praktikada bu sistemə keçid vətəndaşların problemlərini həll etmək əvəzinə, onlara əlavə problemlər yaradıb. Göründüyü kimi, onlar aylardır pullarını ala bilmirlər.

Aytən, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:58
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 16 Sentyabr 2025 22:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see286

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see280

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see277

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see249

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see241

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see231

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see219

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see196

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see195

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see185

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see185

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see173

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see159

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see152

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see151

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see148

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see146

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see145

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see142

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri