Icma.az
close
up
RU
Şuşa belə itirilmişdi: hücumdan saatlar əvvəl nə olub? 33 illik gerçəklər

Şuşa belə itirilmişdi: hücumdan saatlar əvvəl nə olub? 33 illik gerçəklər

GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

1992-ci il 8 may – Azərbaycan tarixinin ən ağır və faciəli səhifələrdən biridir. Həmin gün Şuşa şəhəri Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Döyüşlər zamanı 195 nəfər həlak olub, 165 nəfər yaralanıb. Bundan başqa, 55 nəfər əsir düşüb və girov götürülüb.

“Alınmaz qala” adlandırılan Şuşa necə oldu ki, düşmənin əlinə keçdi?

Globalinfo.az-a danışan hərbi ekspert Üzeyir Cəfərov deyib ki, bu gün hələ də bəzi məsələlərə tam aydınlıq gətirilməyib:

Üzeyir Cəfərov

“Şuşanın işğalı ilə bağlı çoxlu istintaq prosesi gedib, məhkəmə çəkişmələri olub. Əlbəttə, burada müxtəlif faktorlardan danışmaq mümkündür. O zaman dövlət idarəçiliyi tam şəkildə fəaliyyət göstərmirdi, lazımi müdafiə tədbirləri görülməmişdi, bəzilərinin hakimiyyət hərisliyi var idi. Sözsüz ki, Cənubi Qafqazda öz çirkin siyasətini həyata keçirmək istəyən Rusiya faktoru da vurğulanmalıdır. Onlar Şuşanı Azərbaycandan qoparmaqla regiondakı proseslərə təsir etmək imkanları əldə etdilər. Separatizmi bölgədə dərinləşdirmək, öz vassallarını burada istifadə etmək üçün erməni-rus birləşmələrini aktivləşdirdilər. Bunlar Şuşanın işğalının sürətlənməsinə və labüd olmasına gətirib çıxardı. Amma indi Şuşa etibarlı şəkildə Azərbaycan ordusu tərəfindən həm müdafiə, həm də mühafizə olunur”.

Hərbi ekspert Ədalət Verdiyev bildirib ki, Şuşanın işğalı Azərbaycanda hərbi-siyasi hakimiyyətin kifayət qədər zəif olması, Xalq Cəbhəsi ilə Müsavat Partiyası arasında hakimiyyət uğrunda mübarizə, digər tərəfdən isə Rusiya ilə İranın regiondakı proseslərə güclü təsir imkanları ilə bağlı idi:

“Şuşanın işğalından bir neçə saat əvvəl İranın vasitəçiliyi ilə Tehranda Ermənistan və Azərbaycan prezidentləri münaqişənin dinc yolla həlli istiqamətində saziş imzalamışdılar. Lakin nə İran, nə də Ermənistan üzərinə götürdüyü öhdəliklərə əməl etdi, nəticədə mayın 8-də Şuşanın işğalına başlandı. Şəhər strateji baxımdan mühüm əhəmiyyətə malik idi. Məhz Şuşanın işğalından sonra Ermənistan tərəfi həm Xankəndi üzərində tam nəzarəti bərpa etdi, həm də Laçın dəhlizinin açılması ilə Azərbaycan ərazilərinə Ermənistandan göndərilən silah-sursat, texnika vasitələri, avadanlıqları daşıya bildi. Şuşa və digər ərazilərin işğalı həmin dövrdə birmənalı olaraq, Rusiyanın Ermənistan ərazisində yerləşən birləşmələrinin aktiv dəstəyi ilə mümkün oldu. Digər tərəfdən, Şuşaya hücumun başlamasından az əvvəl, Azərbaycanın hərbi komandanlığı şəhərdə yerləşən ordu döyüşçülərinin bir qismini cəbhə xəttindən geri çəkmiş, bir hissəsi məzuniyyətə belə buraxılmışdı. Ümumilikdə, cəbhə xəttində pərakəndəlik hökm sürürdü, döyüşçülər arasında mövqelərdən özbaşına çıxıb gedənlər də var idi”.

Ədalət Verdiyev

Ekspert qeyd edib ki, Şuşa döyüşlərində demək olar, döyüşçülər əlahəddə tabur və bölüklər şəklində, vahid komandanlıq olmadan yerli müdafiə dəstələrinin rəhbərləri tərəfindən idarə edilirdi:

“Bir çoxları da hərbi təhsil almamışdı, mülki şəxslərin isə strateji ərazidə müdafiəni təşkil etməsi real görünmürdü. 28 il işğal altında qalan Şuşa Azərbaycanın xüsusi təyinatlı qüvvələri tərəfindən 7 noyabrda azad edilməyə başlandı. 8 noyabrda artıq Ali Baş Komandan İlham Əliyev zəfər xəbərini açıqladı. Vaxtilə Qarabağda erməni silahlılarını idarə edən separatçı rejim rəhbərləri bu gün məhkəmələrimiz qarşısında cavab verirlər. Törətdikləri müharibə cinayətlərinə görə ən ağır cəzalara məhkum ediləcəklərinə şübhəmiz yoxdur”.

Günay Rəsulqızı
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:249
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 08 May 2025 15:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri