Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

Şuşa Qlobal Media Forumu bəşəri çağırışların müzakirə məkanıdır

Şuşa Qlobal Media Forumu bəşəri çağırışların müzakirə məkanıdır

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Çağdaş dövrümüzdə informasiyanın sürətli ötürülməsi, rəqəmsallaşma, kütləvi kommunikasiya vasitələrinin inkişafı və qlobal şəbəkələrin yaranması ictimai-siyasi münasibətlərdə, dövlət idarəetməsində və təhlükəsizlik sahəsində köklü dəyişikliklərə yol açıb, eyni zamanda, ictimai rəyin formalaşmasında, milli şüurun təşəkkülündə mühüm ideoloji platformaya çevrilib.

Müasir media cəmiyyətin müxtəlif təbəqələrini əlaqələndirərək fərqli mövqelərin fikir uzlaşmasını təmin edir və demokratik diskursa zəmin yaradır. Lakin medianın gücü artdıqca, onun dezinformasiya, manipulyasiya və ideoloji müdaxilə vasitəsinə çevrilmə təhlükəsi də artır. Yalan və qərəzli informasiya isə qlobal stabilliyə, ölkələrarası münasibətlərə, sülhə əsas təhdidlərdən biridir. Çünki silahlı müharibələrdən fərqli olaraq informasiya savaşında heç zaman atəşkəs olmur. Uydurmaları tirajlayan sosial şəbəkələrdə rəqəmsal casusluq və hibrid təbliğat bu reallığın təzahürləridir. Hibrid təbliğat manipulyativ məzmun, saxta xəbərlər, sosial media kampaniyaları və texnoloji vasitələrdən (botlar, troll şəbəkələri, süni intellekt alqoritmləri və s.) istifadə etməklə hədəfə təsir göstərmək məqsədi daşıyan çoxşaxəli və kompleks informasiya müharibəsidir.

Azərbaycan mediası XXI əsrin mürəkkəb çağırışlarına çevik və mütəşəkkil şəkildə reaksiya verən mühüm milli institut kimi formalaşmaqdadır. Xüsusilə son illərdə media islahatları, rəqəmsallaşma, informasiya texnologiyalarının tətbiqi, dövlət-mətbuat münasibətləri və milli maraqların informasiya müstəvisində müdafiəsi sahəsində mühüm addımlar atılmışdır. Dövlətin siyasi və hərbi strategiyasını cəmiyyətə çatdırmaq, vətəndaş həmrəyliyini qorumaq və dünya miqyasında informasiya üstünlüyü qazanmaqda medianın rolu danılmazdır.

Ölkəmizdə jurnalistlərin peşəkarlıq səviyyəsi getdikcə daha da yüksəlir, informasiya sahəsində tənzimləyici və təşviqedici sturukturlar yaradılır. Medianın İnkişafı Agentliyi, yeni media qanunvericiliyi, dövlətin, özəl sektorun maliyyə və texnoloji dəstəyi nəticəsində müxtəlif media layihələri, beynəlxalq əməkdaşlıqlar, təlim proqramları həyata keçirilir. Eyni zamanda, sosial media platformalarının fəallaşması və informasiya istehlakının transformasiyası nəticəsində media mühitində yeni dinamika yaranıb. İnformasiya istehsalçısı ilə istehlakçı arasındakı sərhəd aradan qalxıb və bu, medianın məsuliyyət yükünü daha da artırıb.

Əvvəllər informasiyanı yalnız peşəkar jurnalistlər, redaktorlar, media qurumları hazırlayır və geniş ictimaiyyətə təqdim olunurdu. Yəni informasiya istehsalçısı yalnız media idi. İctimaiyyət isə bu məlumatları qəbul edirdi. Amma rəqəmsal dövr və sosial media platformaları bu ənənəvi modeli dəyişdi. İndi hər kəs sosial şəbəkərlər vasitəsilə informasiya yaya bilir. Demək, milli medianın qarşısında hələ də bir sıra çağırışlar dayanır.

Məlumat təhlükəsizliyi və rəqəmsal suverenlik, kiberhücumlara qarşı dayanıqlılıq, peşə etikası və jurnalist məsuliyyəti, informasiya məkanında balanslı və obyektiv yanaşma, qlobal mediada ölkəmizin mövqeyinin daha güclü təqdim olunması əsas şərtlərdir. Bu çağırışlara cavab yalnız texnoloji deyil, həm də ideoloji və institusional yanaşmaların gücləndirilməsi, jurnalistikanın tənqidi təfəkkürə və sosial məsuliyyətə əsaslanan yeni model üzrə inkişaf etdirilməsi ilə mümkündür.

İnformasiya müharibələrinin, dezinformasiyanın və rəqəmsal texnologiyaların media məkanını sürətlə dəyişdirdiyi bir dövrdə beynəlxalq media əməkdaşlığı mühüm problemlərin müzakirə mövzusu olmaqla bərabər, həm də qlobal təhlükəsizlik məsələsidir. Məhz belə bir şəraitdə Azərbaycanın təşəbbüsü ilə keçirilən Şuşa Qlobal Media Forumu qısa müddətdə dünyanın müxtəlif ölkələrindən jurnalistləri, ekspertləri, media rəhbərlərini və rəsmi şəxsləri bir araya gətirən nüfuzlu platforma kimi formalaşıb.

Ənənəvi olaraq, forumun Şuşada keçirilməsi isə təsadüfi deyil. Azərbaycanın mədəniyyət paytaxtı, zəfərin, dirçəlişin rəmzi olan qədim Şuşa, həm də beynəlxalq dialoqun, əməkdaşlığın və fikir mübadiləsinin mühüm məkanına çevrilib. Burada keçirilən forumlar müxtəlif ölkələrin media nümayəndələri arasında əlaqələrin genişlənməsinə, qlobal informasiya mühitində mövcud çağırışların birgə müzakirəsinə və yeni əməkdaşlıq formatlarının formalaşmasına xidmət edir.

Qeyd edək ki, əsası 2023-cü ildə qoyulan Şuşa Qlobal Media Forumu ilk dəfə 2022-ci ildə “Mediada qlobal trendlər, yeni çağırışlar” mövzusunda keçirilib. Sonrakı illərdə Şuşa Qlobal Media Forumu adı altında ənənəvi xarakter alıb və hər il qlobal media gündəliyinin ən aktual mövzularına həsr olunub. Beləliklə, 2023-cü il iyulun 21-də “Heydər Əliyev İli” çərçivəsində və Azərbaycan Milli Mətbuatının 148-ci ildönümü ilə bağlı I Şuşa Qlobal Media Forumu təşkil olunub. Forumda 49 ölkədən 150 xarici qonaq, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media qurumu, həmçinin 60 yerli media rəhbəri və nümayəndəsi iştirak edib.

“4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda keçirilən forumda tanınmış və nüfuzlu beynəlxalq media rəhbərləri, ekspertləri müasir dövrdə jurnalistika və kommunikasiyada yeni alətlər, rəqəmsal transformasiya, yeni informasiya mühitində media menecmenti və dayanıqlı media biznes modellərinin yaradılması, mediada istehlak tendensiyaları və media savadlılığı, dezinformasiya və “feyk nyus”la mübarizə üsulları, jurnalistlərin təhlükəsizliyi və digər məsələləri müzakirə ediblər. Eyni zamanda, Qoşulmama Hərəkatı Media platforması təşəbbüsü irəli sürülüb.

2024-cü il iyulun 20-də “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda keçirilən II Şuşa Qlobal Media Forumunda 50-yə yaxın ölkədən 150-dən çox xarici qonaq, 30-a yaxın ölkənin informasiya agentliyi, 3 beynəlxalq təşkilat və 82 media qurum iştirak edib. Forum çərçivəsində “Təsirin qiymətləndirilməsi: Dezinformasiyanın əhatə dairəsini müəyyənləşdirmək”, “Dezinformasiyaya qarşı daha davamlı cəmiyyət qurmaq üçün siyasət və təşəbbüslər”, “Süni intellektin reallığa, mediaya və dezinformasiyaya təsiri: Media savadlılığının təşviqi” və “İqlim hərəkatı və media” mövzularında 4 panel sessiya təşkil olunub. Panel sessiyalarda müxtəlif ölkələrdən olan rəsmilər, media və vətəndaş cəmiyyəti, dövlət və biznes nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri və media ekspertləri ətraflı fikir və təcrübə mübadiləsi aparıblar. Həmçinin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar həyata keçirilən tədbirlər və hazırlıq işləri, ölkə səviyyəsində iqlim dəyişikliyinin təsirləri ilə aparılan mübarizə, azad edilmiş ərazilərdə bərpa və yenidənqurma prosesində sərgilənən dayanıqlı yanaşma barədə məlumat verilib.

Ötən il 19-21 iyul tarixlərində Xankəndi və Şuşa şəhərlərində keçirilən, “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzularını əhatə edən III Forumda 52 ölkədən 140 qonaq, 30-a yaxın informasiya agentliyinin və 80 media qurumunun nümayəndələri iştirak ediblər. Forum çərçivəsində “İnnovativ yanaşmalar: Rəqəmsal dövrdə media savadlılığı”, “Media savadlılığı informasiya təhlükəsizliyinin təminatı kimi” və “Sosial medianın təkamülü ictimai etimada necə təsir edir: Media savadlılığının əhatəsində” adlı 3 panel sessiya, “Süni intellekt dövründə jurnalistika: Avtomatlaşdırma şəraitində həqiqətin qorunması” mövzusunda təkbətək görüş təşkil olunub.

Ümumilikdə, 81 ölkədən 600-ə yaxın media rəhbərini, jurnalisti, eksperti və rəsmi şəxsi bir araya gətirən I, II və III forumlarda informasiya təhlükəsizliyi, media savadlılığı, süni intellekt, rəqəmsal transformasiya, dezinformasiyaya qarşı mübarizə və beynəlxalq media əməkdaşlığı kimi aktual məsələlər müzakirə olunub. Forumlar çərçivəsində Prezident İlham Əliyevin media nümayəndələri ilə açıq dialoqu beynəlxalq ictimaiyyət böyük maraqla izləyib. Ölkə başçımız qlobal və regional proseslərlə bağlı çoxsaylı sualları cavablandırmaqla dövlətimizin mövqeyini birbaşa beynəlxalq auditoriyaya çatdırıb.

İyulun 13–14-də keçiriləcək IV Şuşa Qlobal Media Forumu “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusuna həsr olunacaq. Forumda dünyanın 54 ölkəsindən 160-a yaxın media nümayəndəsinin, ekspert və rəsmi şəxsin iştirakı gözlənilir. Tədbirdə 30-a yaxın beynəlxalq informasiya agentliyi, 60-dan çox aparıcı media qurumu, eləcə də beynəlxalq təşkilatların nümayəndələri təmsil olunacaq. Panel müzakirələrdə medianın sülh quruculuğundakı rolu, sərhədlərarası media dialoqu, ictimai etimadın bərpası, dezinformasiyaya qarşı beynəlxalq əməkdaşlıq, rəqəmsal platformalarda təhlükəsiz informasiya mühitinin yaradılması, süni intellekt dövründə media etikası və məsuliyyətli jurnalistika kimi mühüm mövzular müzakirə ediləcək.

Artıq ənənə halını alan Şuşa Qlobal Media Forumu hər il beynəlxalq media ictimaiyyətinin diqqətini Azərbaycana yönəldir. Forumun əsas məqsədi müasir informasiya mühitində medianın qarşısında duran çağırışları, rəqəmsal texnologiyaların yaratdığı yeni imkanları, süni intellektin media sahəsinə təsirini, dezinformasiyaya qarşı mübarizə yollarını və beynəlxalq əməkdaşlığın perspektivlərini müzakirə etməkdir. Bu mənada, IV Şuşa Qlobal Media Forumunda səslənən ideyalar, aparılan müzakirələr və əldə olunan əməkdaşlıq nəticələri qlobal informasiya təhlükəsizliyinə mühüm töhfə verəcək.

Mehparə ƏLİYEVA
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:136
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 11 İyul 2026 11:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see318

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see289

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see286

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see267

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see260

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see248

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see243

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see241

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see234

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see217

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see212

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see201

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see195

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see191

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see189

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see188

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see181

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see175

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see172

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

10 Noyabr 2026 11:18see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri