Şuşa yenidən ağ örpəyə bürünüb
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Şuşa, 10 fevral, Tahir Ağaməmmədov, AZƏRTAC
Şuşaya növbəti dəfə qar yağıb. Azərbaycanın mədəniyyət paytaxtı olan qədim qala-şəhər yenidən bəyaz örtüyə bürünərək, seyrinə doyum olmayan mənzərələr yaradıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qışın gəlişi ilə Şuşanın hər bir guşəsi xüsusi bir gözəllik qazanıb. Şəhərin simvolu sayılan tarixi abidələr, sıldırım qayalar və uca ağaclar qarın yaratdığı ağ libasla sanki bir nağıl dünyasını xatırladır. Yağan qar şəhərin tarixi ruhunu daha da qabardaraq, qış mənzərəsini füsunkar bir tabloya çevirib.
Dağların zirvəsində yerləşən bu əzəmətli şəhər, dumanlı və qarlı havası ilə bura gələn qonaqları özünə heyran qoyur. Hazırda yağıntı davam edir.
Yenidən ağ örpəyə bürünən Şuşadan görüntüləri təqdim edirik.
Baxış sayı:117
Bu xəbər 10 Fevral 2026 20:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















