Icma.az
close
up
RU
Şuşada geniş abadlıq işləri vüsət alıb ŞƏRH

Şuşada geniş abadlıq işləri vüsət alıb ŞƏRH

Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev 2020-ci il noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi müjdəsini Şəhidlər xiyabanından xalqa çatdırarkən səsləndirdiyi “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!” fikirləri bu gün də qulaqlarda əks-səda verir. Bu fikirlərin davamı olaraq Müzəffər Ali Baş Komandan bu xoşbəxtliyini də ifadə etdi ki, ata vəsiyyətini yerinə yetirdim: “Mən bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır!”

Azərbaycanın 2020-ci ildə torpaqlarının işğalına son qoyması, bunun ardınca özünün ərazi bütövlüyünü və bütün ərazisində tam suverenliyini bərpa etməsi son dörd ildə cərəyan edən hadisələrin ən önəmli kulminasiya nöqtələri kimi qeyd olunmalıdır. Dörd il bundan öncə Azərbaycan 30 il həllini gözləyən münaqişəni cəmi 44 günə həll etdi. 2020-ci ilin 27 sentyabr tarixində başlamış Vətən müharibəsinin gedişində, noyabr ayının 8-də Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusu Şuşanı azad etməklə bütövlükdə qondarma “Dağlıq Qarabağ” münaqişəsinin birdəfəlik həllini təmin etdi. Qeyd etmək lazımdır ki, 2003-cü ildən həmin tarixi günə qədər ötən bütün dövr ərzində ərazi bütövlüyümüzün bərpa olunması Ölkə Prezidenti cənab İlham Əliyevin dövlət siyasətinin mütləq prioriteti olmuşdur. Həmin illərdə atılmış hər bir addım və qəbul olunmuş hər bir qərar doğma Azərbaycan torpaqlarının işğaldan azad olunmasına xidmət edib. Şuşanın işğaldan azad edilməsi bir tərəfdən hərbi əməliyyatların gedişinə təsiri nəzərə alınaraq strateji baxımdan, digər tərəfdən isə daşıdığı mənəvi dəyərlər baxımından müstəsna əhəmiyyət kəsb edib. Vətən müharibəsinin davam etdiyi dövrdə cənab Prezident İlham Əliyev dünyanın aparıcı media qurumlarına verdiyi çoxsaylı müsahibələrin birində bildirmişdi ki, Şuşasız bizim işimiz yarımçıq qalacaq və məhz bundan sonra hər kəs anladı ki, Şuşa azad olunmadan Azərbaycan hərbi əməliyyatları dayandırmayacaq. Azərbaycan heç zaman müharibə istəməyib və 2003-2020-ci illər ərzində Prezident İlham Əliyevin bütün səyləri də məhz torpaqlarımızın sülh yolu ilə işğaldan azad edilməsinə yönəlmiş olub. Bu gün biz bir mənalı olaraq deyə bilərik ki, bu münaqişənin həlli üçün vasitəçilik missiyasını öz üzərinə götürmüş beynəlxalq təşkilatlar əslində heç zaman işğal altında olan torpaqlarımızın geri qaytarılması barədə ciddi düşünməyiblər.
Cənab Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan xalqı öz əzəli torpaqlarına həmişəlik qayıdıb və bindan sonra müqəddəs bayrağımız bu torpaqlarda əbədi dalğalanacaq!

Vüqar Musayev

YAP Sabunçu rayon təşkilatının məsləhətçisi

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 02 Noyabr 2026 11:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see333

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see324

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see323

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see321

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see317

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see312

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see309

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see307

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see298

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see255

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see254

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see249

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see248

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see228

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see220

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see217

Qeyri neft iqtisadiyyatının büdcədə çəkisi artır

31 Oktyabr 2026 15:23see212

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see202

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see198

Aqrar sektor xammal bolluğuna və ərzaq təhlükəsizliyinə xidmət edir

31 Oktyabr 2026 15:19see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri