Şuşada ilk dəfə şagirdlərlə maarifləndirmə tədbiri keçirilib FOTO
Icma.az bildirir, Avtosfer portalına istinadən.
Şuşa Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə şəhər 1 saylı tam orta məktəbdə narkomaniya əleyhinə maarifləndirmə tədbiri keçirilib.
Avtosfer.az xəbər verir ki, tədbirdə çıxış edən RPŞ-nin rəisi, polis polkovniki Səməd Məhərrəmov narkotik vasitələrin insan sağlamlığı, düşüncə qabiliyyəti üçün törətdiyi zərərlərdən söhbət açıb. O, narkomaniya aludəçisi olanların fiziki və mənəvi olaraq uçuruma yuvarlanması, doğmaları üçün problemlər yaratmasından danışıb. Gənclərə mütləq şəkildə sağlam həyat tərzi keçirmələri, mütəmadi şəkildə mütaliə ilə məşğul olmaları tövsiyə edilib. Daha sonra çıxış edənlər də narkotik asılılığın cəmiyyət üçün doğurduğu təhlükələrdən danışıblar. Həmçinin Polis Akademiyasında oxumaq arzusunda olan şagirdlərə burada yaradılan yüksək şəraitdən və təhsilin keyfiyyətindən ətraflı bəhs olunub.
Sonda maarifləndirici video çarx göstərilib, maraq doğuran suallar cavablandırılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:152
Bu xəbər 14 Dekabr 2024 10:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















