Icma.az
close
up
RU
Şuşadan üstünlüyü ondadır ki, Sərsəng su anbarında balıq tutmaq olar İlham Əliyev

Şuşadan üstünlüyü ondadır ki, Sərsəng su anbarında balıq tutmaq olar İlham Əliyev

Unikal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 18-də Ağdərə rayonunun Həsənriz kəndində buraya köçən bir qrup sakinlə görüşüb, fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olublar.

"Unikal" xəbər verir ki, dövlətimizin başçısı sakinlərlə görüşüb söhbət edib.

Prezident İlham Əliyev: Burada evlər bərpa edildi, yeni evlər də tikiləcək. İndi, birinci mərhələdə 163 ailə yerləşəcək.

Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov: Cənab Prezident, ümumiyyətlə, burada 606 ev var. İlkin olaraq 92 evi təmir etmişik, 50 ailə artıq köçüb. Yəqin ayın sonuna 40 ailə də köçəcək. Ondan sonra da iki mərhələdə 192 ev. Amma təklif edərdik ki, bütün infrastruktur bərpa edilsin.

Prezident İlham Əliyev: Bütün, hamısını. Bəli, hamısını. Siz təklif verin, onların hamısını bərpa edək. Çünki mənə verilən məlumata görə, artıq burada həm Həsənrizdə, həm də Kəlbəcər rayonunda yaşamış insanlar yerləşir.

Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov: Artıq buraya köçmək üçün 360 nəfər siyahıya alınıb.

Prezident İlham Əliyev: Bura çox gözəl, səfalı yerlərdir.

Kişi sakin: Şuşa ilə bərabər yerdir, relyefi də oxşardır.

Prezident İlham Əliyev: Bəli, Şuşadan üstünlüyü ondadır ki, Sərsəng su anbarı da var, orada balıq tutmaq olar. İş yerləri ilə bağlı nə işlər görülür?

Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov: Böyük kənd olduğuna görə burada 13 təsərrüfat subyekti ilə, obyektlərlə bağlı müraciətlər olub. Bundan başqa, yaxın yerlərdə, icazə versəydiniz, fermalar var, o fermaları icarə verərdik.

Prezident İlham Əliyev: Əlbəttə. Bir də ki, əkin sahələri verilməlidir, əkin-biçinlə məşğul olsunlar. Heyvandarlıq üçün bura ən yaxşı yerdir.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:214
embedMənbə:https://unikal.az
archiveBu xəbər 18 Mart 2025 21:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri