Icma.az
close
up
RU
Şuşakənd ilk əsgərini qarşıladı FOTOLAR

Şuşakənd ilk əsgərini qarşıladı FOTOLAR

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Xocalı rayonunun Şuşakəndi ilk əsgərini qarşıladı.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə, kəndin ilk əsgəri Famil Hüseynov hərbi xidmətini başa vuraraq, doğma yurduna qayıdıb.

Bu əlamətdar hadisə Şuşakənd sakinləri üçün təkcə bir ailənin sevinci deyil, həm də illərlə həsrətində olduqları vətənə qayıdışın, dirçəlişin və davamlı həyatın rəmzi kimi dəyərləndirilir.

Qeyd edək ki, əsgər Hüseynov Famil Ağcabədi rayonundan hərbi xidmətə yola düşüb.  Xidmətini başa vuran Familin qarşılanması Şuşakənddə duyğulu anlarla yadda qalıb. Valideyinlər üçün bu görüş həm övlad, həm də torpaq həsrətinin bitdiyi an olub. Bu hadisəni daha da mənalı edən maraqlı bir tarixi paralel də var. Familin atası Hüseynov Kamal da 38 il əvvəl elə bugünkü tarixdə hərbi xidmətini başa vuraraq məhz bu kəndə qayıdıb. İllər sonra eyni yol oğul tərəfindən təkrarlanıb. Şuşakənddə ilk əsgərin qarşılanması azad edilmiş ərazilərdə həyatın bərpasının canlı göstəricisidir. Bu gün bu torpaqda dalğalanan bayraq, sevinc, insanların üzündəki təbəssüm sabaha olan inamı daha da möhkəmləndirir. Famil Hüseynovun doğma yurda dönüşü, əslində Şuşakəndin gələcəyinə atılan ümidli bir addımdır. Bu tarixi gün həm bir ailənin qüruru, həm də azad Şuşakəndin yeni həyatının simvolu kimi yaddaşlara yazılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:130
embedMənbə:https://modern.az
archiveBu xəbər 05 Yanvar 2026 11:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

26 Sentyabr 2026 00:02see242

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

26 Sentyabr 2026 13:31see241

Deniz Baysal və Barış Yurtçu 7 illik evliliklərini bitirdilər

25 Sentyabr 2026 23:42see220

Məcnun Məmmədov panel sessiyada çıxış etdi Fotolar

25 Sentyabr 2026 21:53see215

Yeni pandemiya añ məsələsidir ÜST rəhbərindən dünyanı şoka salan BƏYANAT

26 Sentyabr 2026 03:05see215

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

26 Sentyabr 2026 00:41see213

Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi

26 Sentyabr 2026 01:18see212

WP: ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını istisna etmədiyini düşünür

26 Sentyabr 2026 06:14see205

Tiflisdə qazıntı: türklərə aid şəhər tapıldı, dərhal bağladılar...

26 Sentyabr 2026 13:43see192

Ceyhun Bayramov Nyu Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb

27 Sentyabr 2026 00:00see186

Klopp Adeyemini müdafiə etdi: “Onun oyununu bəyənirəm”

27 Sentyabr 2026 01:04see185

Manaf Ağayevin qardaşının dəfnində ürəkdağlayan görüntüləri VİDEO

26 Sentyabr 2026 01:02see183

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

27 Sentyabr 2026 08:13see182

Kaylinin şousu diqqət çəkdi

26 Sentyabr 2026 12:09see182

Bu nazirliyin işçilərinə süni intellekt öyrədiləcək

26 Sentyabr 2026 15:44see178

Kara Haydar ın maşınlarından dəstə dəstə pullar çıxdı

26 Sentyabr 2026 14:34see177

Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?

27 Sentyabr 2026 02:04see177

182 metr Dünyanın ən hündür abidəsi kimə həsr olunub?

26 Sentyabr 2026 14:07see173

İspaniya millisi rekord vurdu məğlubiyyətsizlik seriyasını 39 matça çatdırdı

27 Sentyabr 2026 01:20see167

SOCAR və Apollo upstream layihələrinə investisiya imkanlarını araşdıracaq

26 Sentyabr 2026 15:01see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri