Icma.az
close
up
RU
Türk ekspert: Şuşanın yenidən dirçəlişi əsrlik həsrətin vüsal tapmasıdır

Türk ekspert: Şuşanın yenidən dirçəlişi əsrlik həsrətin vüsal tapmasıdır

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 2 sentyabr, AZƏRTAC

Ata yurdumuz, mədəniyyətimizin və ruhumuzun beşiyi olan Şuşanın yenidən dirçəlişinə şahidlik etmək sadəcə bir şəhərsalma uğurunu izləmək deyil, əsrlik bir həsrətin vüsal tapmasıdır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türk Dünyası İnkişaf və İnnovasiya Mərkəzinin rəhbəri Mesut Gülaçtı deyib.

Şuşaya səfəri və şəhərdə aparılan bərpa-quruculuq işləri ilə bağlı təəssüratlarını bölüşən M.Gülaçtı Şuşanın yenidən dirçəlişinin yalnız şəhərsalma uğuru deyil, həm də tarixi həsrətin sona çatması baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

M.Gülaçtı ailəsinin köklərinin Şuşadan Türkiyəyə, oradan isə Almaniyaya uzanan köç və qürbət hekayəsi ilə bağlı olduğunu vurğulayıb. O, illərdən sonra ata-baba yurdu Şuşaya qayıtmasının onun üçün xüsusi məna daşıdığını bildirib: “Ailəmizin kökləri bu qədim torpaqlardan - Şuşadan boy verib Türkiyəyə, oradan da Almaniyaya uzanan uzun bir köç və qürbət hekayəsinə çevrilmişdi. İllər sürən ayrılıqdan sonra bu müqəddəs torpaqlara qədəm basmaq, ata-baba yurdu Şuşanın havasını udmaq mənə, Mesut Gülaçtıya qismət oldu”.

Mərkəz rəhbəri Şuşada aparılan bərpa və quruculuq işlərinin şəhərin tarixi kimliyinin qorunması ilə müasir şəhərsalma yanaşmalarını bir araya gətirdiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, şəhərdə həyatın yenidən canlanması xüsusi əhəmiyyət daşıyır.

“Beynəlxalq ekspertlərin də yerində heyranlıqla qeyd etdiyi kimi, Şuşa bu gün yalnız daş binaları ilə deyil, ruhu, uşaq səsləri və küçələrindəki canlı həyatı ilə yenidən ayağa qalxır. Qarabağ küçəsinin yerli təbii daşlarla toxunan müasir görkəmində, “15 dəqiqəlik şəhər” konsepsiyası və innovativ yanaşmalarla inşa edilən məhəllələrində həyatın yenidən canlanması Türk dünyasının ortaq gələcəyi və inkişafı adına böyük bir qürur mənbəyidir”, – deyə M.Gülaçtı bildirib.

O Şuşanın dirçəlişini mümkün edən şəhidlərin xatirəsini ehtiramla yad edib, qazilərə minnətdarlığını ifadə edib.

Ekspert Qarabağın azadlığı və Şuşanın yenidən qurulması prosesinə rəhbərlik edən Azərbaycan Prezidenti İlham Əliyevə, eləcə də bu istiqamətdə fəaliyyət göstərən qurumlara və soydaşlarına təşəkkürünü bildirib: “Qarabağın azadlığı və Şuşanın tarixi kimliyi qorunaraq müasir şəhərsalma vizyonu ilə yenidən qurulması prosesinə qətiyyətlə rəhbərlik edən başda Azərbaycan Prezidenti İlham Əliyev olmaqla, əməyi keçən bütün qurumlara və soydaşlarımıza dərin təşəkkürümü bildirirəm”.

M.Gülaçtı Şuşanın gələcəkdə də Türk dünyasının mühüm simvollarından biri olaraq qalacağına əminliyini ifadə edib: “Ata torpağımız Şuşa əbədiyyən Türk dünyasının parlayan ulduzu və ilham mənbəyi olaraq qalacaq”.

Müxbir – Pərvanə Qafarova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 Sentyabr 2026 16:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see372

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see356

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see346

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see321

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see309

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see306

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see281

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see276

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see269

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see264

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see248

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see242

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see242

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see240

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see236

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see234

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see229

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see227

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see218

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri