Icma.az
close
up
RU
Susuz İran: Regionda potensial böhran

Susuz İran: Regionda potensial böhran

Icma.az bildirir, Azvision saytına əsaslanaraq.

Maraqlıdır ki, Prezident Məsud Pezeşkiyan da ötən günlərdəki çıxışlarından birində ölkəsini çənginə alan susuzluq qarşısında hökumətin naçar qaldığını şəxsən dilə gətirib. O söyləyib ki, Tehranda noyabrın axırlarınadək yağış yağmasa, anbarlarda su ehtiyatı lazımi səviyyəyə çatmasa, əhalinin su istehlakına qəti məhdudiyyətlər qoyulacaq. Hökumət başçısının sözlərinə görə, bu tədbirlər də kara gəlməzsə, şəhər əhalisini köçürtmək məcburiyyətində qalacaqlar.
Radikal həll təklifi İran cəmiyyətində tənqidlə, hətta məsxərə ilə qarşılanıb. Yerli mətbuat və sosial şəbəkə istifadəçiləri, həmçinin Tehranın sabiq (1990-1998) meri Qulamhüseyn Kərbasçı prezidentin belə bir təklifini "zarafat və cəfəngiyyat" adlandırıb.
Belə görünür ki, İranda susuzluğun günbəgün daha da böyük təhlükəyə çevrilməsi fonunda hökumət nümayəndələri yalnız bu minvalda "iş" görürlər: biri cəfəng təklif irəli sürür, başqası da onu ələ salır. Beləliklə, hamı yeganə ümidlə yağış yağmasını gözləyir. Hərçənd sinoptiklər bildirirlər: ölkədə hələ 10 gün yağıntı gözlənilmir.
Tehran susuz qalıb
Məlumata əsasən, İranda cari ildə 2024-cü illə müqayisədə 92% az yağış yağıb. Paytaxtın, (habelə bir çox vilayətin, eyni zamanda, Qərbi və Şərqi Azərbaycanın) su ehtiyacını ödəyən anbarlar boşalmaq üzrədir. Məsələn, "Lar" anbarında 7%, "Məmlu"da 10%, "Lətyan"da 43%, "Əmir Kəbir"də 37%, "Taleqan"da 52% su qalıb. Bu rəqəmlər hər saat daha da azalır. Üstəlik, qalan ehtiyatın böyük hissəsi istifadəyə yararsız "ölü su" sayılır. Tehran Vilayət Su Şirkətinin baş direktoru Behzad Parsa və digər vəzifəli şəxslər açıq-aşkar söyləyirlər ki, anbarlar ayın sonunadək tamamilə boşalacaq. Ölkənin ikinci ən böyük şəhəri Məşhəddə, həmçinin Kərəcdə də vəziyyət eynidir. Böhran, ümumilikdə, 16 milyon insanın su təminatını təhlükə altında qoyub.
“Son 30 ildə şirin su ehtiyatının həcmi 132 milyard kubmetrdən 90 milyard kubmetrə düşüb. Bu, 30%-dən çox azalma deməkdir. Hərçənd su ehtiyacı və istehlakı artmaqdadır”, – İranın Dövlət Su və Kanalizasiya Şirkətinin rəhbəri Haşim Əmini bildirir.

Bəs, həqiqətən də, İranın su qıtlığının səbəbi yalnız quraqlıq və iqlim dəyişikliyidirmi?
İrana il ərzində orta hesabla 376 mm yağıntı düşür ki, onun da çoxu ərazinin yalnız 26%-nə (Xəzər dənizi ətrafına, yəni şimal-qərbə) cəmləşir. Yerdə qalan torpaqların aldığı yağıntı həcmi seyrəkdir: bütövlükdə təqribən 200 mm. Əhalinin artımı isə yağıntı miqdarı ilə tərs mütənasibdir: ölkədə 1980-ci ildə 39 milyon nəfər yaşayırdısa, hazırda bu rəqəm 93 milyona yaxınlaşır. İnsanların içməli su ehtiyacından əlavə elektrik stansiyaları, kənd təsərrüfatı və s. sahələr də böyük həcmdə suya möhtacdır, hərçənd su ehtiyatı bu istiqamətlərdə əsasən səmərəsiz işlədilir. Fermerlərin suvarmada istifadə məqsədilə şəxsi quyular qazması həmçinin yeraltı suların səviyyəsinin tədricən aşağı düşməsinə, nəticədə azalmasına gətirib çıxarır. Hesablamalar göstərir ki, İranda yeraltı su ehtiyatı tükənmək üzrədir.

(Urmiya gölünün son illərdə vəziyyəti)
Əhali susuzluğun başlıca səbəbini ehtiyatların hökumət tərəfindən səmərəsiz idarəsində görür. Bu, teokratik rejimə qarşı mövcud narazılığı, şikayətləri daha da artırır. İranda son 20 ildə meydana gələn vətəndaş iğtişaşlarının motivlərindən biri məhz su məsələsi ilə əlaqədardır. Xüsusən Urmiya gölünün qidalanma problemi səbəbi ilə quruma təhlükəsinə görə dəfələrlə etiraz aksiyaları keçirilib. İsfahan və Xuzistanda da sudan irəli problemlər ucbatından vətəndaş-hökumət qarşıdurması meydana gəlib. Ümumiyyətlə, 1999-cu ildən bəri artan su böhranı kəndlərin kütləvi boşaldılmasına, ölkə miqyasında su çatışmazlığına gətirib çıxarıb. Çatışmazlığın aradan qaldırılması istiqamətində görülən işlər əhəmiyyətli nəticə verməyib. Müasir infrastrukturun qurulmaması, idarələrdə korrupsiya halları və s. amillər kənd təsərrüfatına bütövlükdə ağır ziyan vurub.
İranın energetika naziri Abbas Əliabadi də böhranın səbəbini, eyni zamanda, şəhərlərin, o cümlədən paytaxt Tehranın qədim infrastrukturunda görür. Onun fikrincə, yüzillik binaların artıq ömrünü başa vurmuş su borularında qaçılmaz sızıntı halları israfla nəticələnir. Nazir səbəblər sırasında iyunda meydana gəlmiş 12 günlük İran-İsrail müharibəsini də sayır. Həmin günlərdə İsrailin hərbi təyyarələri paytaxtın şimalındakı Təcriş məhəlləsini bombalamışdı. Zərbə yeraltı boruları zədələmiş, ərazidə güclü subasma meydana gəlmişdi.
Su böhranı daxili vəziyyətlə yanaşı İranın transsərhəd su ehtiyatlarını paylaşdığı qonşuları ilə münasibətlərinə də təsir göstərir. Məsələn, Əfqanıstanla Helmənd və Hərirud çayları üzərində mübahisə, Xəzəryanı ölkələrlə dənizlə əlaqəli münaqişələr, həmçinin Türkiyə, İraq və Suriya ilə Dəclə-Fərat çaylarına görə gərginlik. Gələcəkdə münasibətlərin pozulması təkcə yerüstü yox, yeraltı sular ucbatından da baş verə bilər. Belə ki, İranda yeraltı su ehtiyatının azalmasının Azərbaycan, Türkiyə, Türkmənistan. Ermənistan, hətta Gürcüstan və Rusiyada da qrunt su sisteminə mənfi təsir göstərməsi ehtimalı var. Mütəxəssislər belə bir mənzərənin üzə çıxmasında iqlim dəyişikliyinin rolunu vurğulayırlar.

(BMT-nin Su, Ətraf Mühit və Səhiyyə Universitetinin direktoru Kave Mədəni)
Böhran Tehranın nüvə proqramına təsirsiz ötüşmür. Birləşmiş Millətlər Təşkilatının (BMT) Su, Ətraf Mühit və Səhiyyə Universitetinin direktoru Kave Mədəni “Fox News” telekanalına müsahibəsində diqqətə çatdırıb ki, problem ölkənin enerji və nüvə infrastrukturunu da təhlükə altına atır.
“İranın getdikcə pisləşən su böhranı ölkənin fəaliyyət qabiliyyətinə zərbə vuracaq, qlobal səhnədə mövqeyini zəiflədəcək”, – direktor vurğulayır.
Hazırda İranda su böhranı ilə mübarizə tədbirləri çərçivəsində Quraqlığa qarşı xəbərdarlıq və monitorinq Milli Mərkəzi fəaliyyət göstərir, müvafiq dövlət proqramları və əhali arasında maarifləndirmə tədbirləri həyata keçirilir, başqa ölkələrin, o cümlədən Almaniyanın müvafiq təcrübələri öyrənilir. Hökumət məişətdə, sənaye və kənd təsərrüfatında su ehtiyacını ödəmək üçün duzsuzlaşdırma və çirkabdan təmizlənmə qurğularından istifadəni artırır. Ötən illərdə konkret müsbət nəticələr verən tendensiya xüsusən iri şəhərlərdə suyun çirkabdan təmizlənməsi işinə təkan verir, hətta xarici investisiya imkanı yaradır. Çin bu sahədə İranın əsas tərəfdaşı sayılır.
Firudin Həmidli
AzVision.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:257
embedMənbə:https://azvision.az
archiveBu xəbər 13 Noyabr 2025 14:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see400

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see311

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see291

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see281

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see272

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see268

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see260

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see260

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see259

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see240

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see225

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see219

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see217

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see215

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see215

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see214

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see213

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see209

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see204

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri