Icma.az
close
up
RU
Susuz qalan vətəndaşlar məhkəmədə qazana bilər?

Susuz qalan vətəndaşlar məhkəmədə qazana bilər?

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

Bir neçə gündür ki, paytaxtın bəzi ərazilərində su fasilələrlə verilir. 

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti isə Oğuz-Qəbələ-Bakı su kəmərində baş verən qəza ilə əlaqədar Bakı şəhəri və Abşeron yarımadasının bəzi ərazilərinə su təchizatında müvəqqəti fasilə yaranacağı barədə xəbərdarlıq edib. Məlumata görə, işlər yekunlaşdıqdan sonra suyun iyunun 20-dən suyun əvvəlki rejimlə verilməsi bərpa olunacaq. 

Mövcud vəziyyət, suyun fasilələrlə verilməsi isə vətəndaşlar üçün çətinlik yaradır. Abonenetlər əlavə xərc çəkib su almaga məcbur olduqlarına görə məhkəməyə muraciət etsələr, qazanmaq imkanı nə gədərdir? 

Məsələ ilə bağlı vəkil Ruslan Mustafayev “Cebheinfo.az”-a bildirib ki, suyun təchizatını təmin etməli olan təşkilat, yəni Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti bunu bilərəkdən, məqsədli şəkildə etməyib, hansısa qəzanın baş verməsi nəticəsində suyun fasilələrlə verilməsinə məcbur olub:

“Bu səbəbdən məhkəməyə müraciət olunarsa, qəza olması sübut edildiyi halda təbii olaraq məhkəmə qarşı tərəfin üzərinə hər hansı məsuliyyət qoymayacaq. Yəni, bu, qurumun qəsdən törətdiyi əməl deyil, “fors major” hal nəticəsində baş verən hadisə olduğu üçün onun da bu halda məsuliyyəti yoxdur”. 

Vəkilin sözlərinə görə, ancaq başqa məqamlarda, məsələn, bazar günü su ilə bağlı hər hansı bir tədbirlər görülməsi, boruların yenilənməsi və s. kimi işlərin gecə saatlarında vətəndaşların sudan daha az istifadə etdiyi vaxtlara salına bilər: 

“Yəni, bu kimi tədbirlər olduğu təqdirdə qarşı tərəf məsuliyyət daşıyır. Qəsdən, plansız edilən addımlar nəticəsində vətəndaşa maddi və mənəvi ziyan dəyirsə, onu tələb etmək hüququ var. Məhkəmə də araşdırma apardıqdan sonra  həmin addımın məsuliyyətsizlik nəticəsində baş verdiyi, vətəndaşa maddi və mənəvi ziyan dəydiyi sübut olunsa,  məhkəmənin vətəndaşın xeyrinə qərar çıxarmaq imkanı var”. 

Nigar Abdullayeva 
“Cebheinfo.az”

Açar sözlər: Susuz vətəndaşlar məhkəmə Ruslan Mustafayev

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 17 İyun 2025 13:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri