Şüvəlanda Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramına həsr olunmuş konsert keçirilib
Icma.az, Xalqcebhesi portalına istinadən məlumat yayır.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Xəzər rayonunun Şüvəlanqəsəbə Mədəniyyət evində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramına həsr olunmuş tədbir keçirilib.
Tədbirdə “Səma” rəqs ansamblının təqdimatında “Uşaqların Həmrəyliyi – Dünyanın Ümididir” adlı konsert proqramı təşkil olunub.
Konsertdə “Səma” rəqs ansamblının ifasında Azərbaycanın, eləcə də müxtəlif dünya xalqlarının rəngarəng milli rəqsləri nümayişolunub.
Tədbirdə çıxış edən 14 saylı Xəzər-Pirallahıseçki dairəsi üzrə millət vəkili, Milli Məclisindeputatı, Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva “Səma” rəqs ansamblının yaradıcılıq fəaliyyətini yüksək dəyərləndirib. Günay Əfəndiyeva kollektivin bədii rəhbərliyini və üzvlərini peşəkar ifaları münasibətilə təbrik edərək bildirib: “Bu gün bu səhnədə uşaqlarımız hər bir rəqs nömrəsini böyük sevgi ilə nümayiş etdirdilər. Bu sevgi əslində öz mədəniyyətinə, öz incəsənətinə, öz milli dəyərlərinə olan sevgidir.Eyni zamanda uşaqlarımızın həm də digər xalqların mədəniyyətinə hörmət ruhunda yetişməsinin, ümumbəşəri dəyərlərə bağlılığınınbir ifadəsidir”.
Deputat bu cür yaradıcılıq layihələrinin davamlı olmasının gənc nəslin milli irsə sahib çıxmasına, Azərbaycanın mədəni inkişafına töhfə verdiyini vurğulayıb.
Günay Əfəndiyeva “Səma” rəqs ansamblına yaradıcılıq uğurları arzulayıb və kollektivin gələcək mədəni təşəbbüslərinə dəstəyini ifadəedib.
Tədbirdə Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavini Lalə Əhmədova, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin nümayəndələri S. Məmmədova, Ş. Cəbiyeva çıxış edərək, belə mədəni tədbirlərin gənc nəslin yaradıcılıq potensialının üzə çıxarılmasında, milli-mənəvi dəyərlər ruhunda formalaşmasında əhəmiyyətini vurğulayıblar.
Tədbirin sonunda birgə xatirə şəkli çəkilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 22 Dekabr 2025 09:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















