Icma.az
close
up
RU
“SUVEREN AZƏRBAYCAN VƏ DİGƏRLƏRİ OLMALI DEYİL...” Putinin ideoloqu azğlnlaşdı və Kremlin məqsədlərini açıqladı...

“SUVEREN AZƏRBAYCAN VƏ DİGƏRLƏRİ OLMALI DEYİL...” Putinin ideoloqu azğlnlaşdı və Kremlin məqsədlərini açıqladı...

Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.

Bu günlərdə Kremlin əsas təbliğat ruporlarından olan Vladimir Solovyov keçmiş SSRİ respublikalarına qarşı “SVO” keçirməyi tələb edəndə, bunun təsadüfi olmadığı və bu cür tezislərin Kremldən gəldiyi məlum idi. Ötən gün isə eyni üslubda “Putinin filosofu” kimi tanınan, “Rus dünyasdı”nın baş ideoloqlarından biri olan Aleksandr Duqin Rusiyanın qonşu öllkələrlə bağlı gerçək məqsədlərini açıq şəkildə bəyan edib.

“AzPolitika” xəbər verir ki, Aleksandr Duqin çıxdığı canlı efirdə Azərbaycan da daxil olmaqla milli dövlətlərin, ümumiyyətlə, mövcudluğunun dayandırılmalı olduğunu deyib. Hətta onların “keçmişdə qaldığını” iddia edib və öz səviyyəsinə uyğun ifadələrlə təhqir edib. Rusiyaya yaraşan fikirləri müstəqil dövlətlər haqda səsləndirib. 

Duqin deyib ki, Orta Asiya və Cənubi Qafqaz ölkələri suveren olmamalıdır. Onun sözlərinə görə, Moskva müstəqil Azərbaycan, Ermənistan, Gürcüstan, Qazaxıstan, Özbəkistan və Qırğızıstanın mövcudluğuna dözməməlidir: "Biz suveren Ermənistan, Azərbaycan, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstanın mövcudluğunu qəbul edə bilmərik. Bu yeni modeldə heç bir suverenlik mövcud ola bilməz. Vəssalam! Suverenlik bitdi. Milli dövlətlər keçmişdə qaldı, bunlar zibildir... Onlar ya vahid birliyimizin bir hissəsinə çevriləcək, ya da ABŞ və Aİ üçün platsdarm olacaq".

Beləliklə, tamamilə azğınlaşmış Rusiya təbliğatı açıq şəkildə solovyovların, duqinlərin və digər çirkin təbliğatçılarının dili ilə bütün postsovet məkanını təhdid edir. Kremlin imperiyaçılıq, işğalçılıq niyyətləri artıq getdikcə daha az gizlədilir və əvvəllər "çoxqütblülük" və "dialoq" arxasında gizlədilən əsl niyyətlər ortaya qoyulur.

Kreml Duqin kimilərin dili ilə açıq şəkildə postsovet dövlətlərinin, o cümlədən Azərbaycan dövlətlərinin suverenliyinə qarşı çıxır. Odur ki, bu cür fiqurların bütünlükdə postsovet məkanına münasibətdə aktivləşməsi qətiyyən təsadüfi deyil və onların sinxron şəkildə dedikləri də sadəcə, “şəxsi ideyaları” deyil. Bütün bu açıqlamalar Kremldəki real düşüncənin birbaşa sübutudur. Bu göstərir ki, qonşuların suverenliyi Kremldə hələ də "tarixi səhv" hesab olunur. Belə bəyanatlarla isə həmin ölkələrin cəmiyyətlərinin və dövlətlərinin reaksiyası yoxlanılır.

Bu cür ritorika gərginliyi artırmağa və əks-reaksiyaya səbəb olmağa yönəlmiş daha geniş informasiya strategiyasının bir hissəsi ola bilər.

Məlum olduğu kimi, bundan öncə Ermənistan XİN Solovyovun oxşar bəyanatına görə Rusiya səfirini çağırarq, ona etiraz notası təqdim etmişdi. Ən azından eyni addım Duqinin bu çıxışına görə bütün MDB ölkələri tərəfindən atılmalı, birgə etiraz, iradə nümayiş etdirilməlidir.

Duqinin qonşu millli dövlətləri “zibil” adlandırmasına gəlincə, bu, Rusiyanın özünü həm fiziki, həm də ideoloji baxımdan idarə edənlərin beyninin çoxdan zibillə dolduğunu göstərir. Rusiya dövlət və cəmiyyət olaraq bu gün Ukraynada törətdiyi hərbi cinayətlərlə, qonşularına qarşı yaramaz münasibəti, eləcə də bütün dünyanı nüvə silahı ilə təhdid etməsilə tarixin zibilliyinə atılmağa layiq olduğunu nümayiş etdirir və əsl “zibil”in hansı dövlət olduğunu ortaya qoyur.

C.Mməmmədli

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 19 Yanvar 2026 12:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see196

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see157

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see152

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see145

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see140

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see130

MDU yeni akademik inkişaf mərhələsinə qədəm qoyur

17 Yanvar 2026 14:03see127

ETX yeni podkast layihəsinə başlayıb

17 Yanvar 2026 15:34see127

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri