Pul bazasının iqtisadi inkişafda böyük rolu var Pərviz Heydərov
Icma.az, 525.az portalına istinadən məlumat verir.
“Ölkədə pul bazası həcmi 2025-ci ilin sonuna olan vəziyyətə görə 22 milyard 470.2 milyon manat təşkil edib ki, bu da 2024-cü ilin sonuna olan 20 milyard 916.5 milyon manat göstəricidən 1 milyard 553.7 milyon manat və ya 7.4 faiz çox deməkdir. Bu da iqtisadiyyatda likvidliyin yüksəlişi və maliyyə bazarında dövriyyənin genişlənməsi üçün müsbət şərtdir”.
İqtisadçı-ekspert Pərviz Heydərov bu fikri 525.az-a deyib. O vurğulayıb ki, pul bazasının iqtisadi inkişafda böyük rolu var. Bu göstərici mühüm tənzimləyici, təsiredici əhəmiyyətə malikdir. Onun həcmi elə müəyyən olunmalıdır ki, nə inflyasiya baş versin, nə də işgüzar fəallıq ləngisin. Bu hər bir hökumətin qarşısında duran həlli çox çətin sayılan məsələlərdən sayılır. Bizdə isə AMB uçot dərəcəsi haqda qərarlar qəbul edərkən həmişə inflyasiyanı, ölkədə istehlak qiymətləri indeksini nəzərdən keçirir. Bu da əsas etibarilə "Azərbaycan Mərkəzi Bank haqqında" Qanunun faiz dərəcələrinin müəyyənləşdirilməsinə dair 31-ci maddəsinin 2-ci bəndindən irəli gəlir.
Ekspert hesab edir ki, sözügedən bənd AMB-nin uçot dərəcəsi siyasətinin əhatəliliyini və təsir dairəsini, imkanlarını məhdudlaşdırır:
“İkinci məqam ondan ibarətdir ki, inflyasiyanı sürətləndirən idxaldır. Neftin dünya bazarlarında ucuzlaşması isə onu stimullaşdırır. Ona görə də xarici ticarət dövriyyəsində müsbət saldo daim qorunub saxlanılmalıdır. Ancaq bu, özü də ölkədə işgüzar aktivliyin artmalı və genişlənməli olduğunu tələb edir. Təsadüfi deyil, rəsmən də etiraf edilir ki, proqnozların reallaşması bir sıra xarici və daxili amillərin dəyişimindən asılıdır. Qeyd edilir ki, qlobal iqtisadiyyatda geosiyasi gərginliyin yüksək qalması, qlobal fraqmentasiya və tariflər üzrə ticarət müharibələri şəraitində əmtəə və maliyyə bazarlarında dalğalanmalar inflyasiyaya artırıcı təsir göstərir. Ticarət tərəfdaşlarında inflyasiya səviyyəsindən əlavə nominal effektiv məzənnənin mümkün ucuzlaşması da inflyasiya üzrə xarici risk faktorlarından sayılır. Daxili faktorlardan isə yerli xərc amillərinin aktivləşməsi qeyd olunur. 2026-cı ildə illik inflyasiyanın 5.7% olacağı gözlənilir ki, bu da AMB-in 4±2% hədəf diapazonuna daxildir. İqtisadiyyat Nazirliyi isə orta illik inflyasiyanın 2026-cı ildə 4.8% təşkil edəcəyini proqnozlaşdırıb. Bir sıra xarici maliyyə qurumlarının ölkəmizdəki sözügedən göstəriciyə dair gözləntiləri müxtəlif olsa da, cari il ərzində də hər şeyin çərçivə daxilində baş verəcəyi zənn edilir”.
Sevinc Qarayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 19 Yanvar 2026 13:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















