Icma.az
close
up
RU
Suverenlik və dövlətçilik dəyərləri milli inkişafın təminatıdır Deputat

Suverenlik və dövlətçilik dəyərləri milli inkişafın təminatıdır Deputat

Icma.az xəbər verir, Unikal.az saytına əsaslanaraq.

31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü xalqımızın milli birlik, həmrəylik və mənəvi bağlılığını təcəssüm etdirən əlamətdar bir tarixdir. 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə təsis edilən bu bayram, həmçinin Azərbaycan xalqının milli azadlıq mübarizəsinin və mənəvi dirçəlişinin simvoluna çevrilmişdir. Ümummilli Lider Heydər Əliyevin sədrliyi ilə qəbul edilən bu qərar dünya azərbaycanlılarının birliyi və təşkilatlanması prosesində mühüm bir mərhələ olmuşdur.

Bunu "Unikal"a açıqlamasında Milli Məclisin deputatı Bədəl Bədəlov deyib. 

Deputatın sözlərinə görə, Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi islahatlar müstəqil Azərbaycanın hüquqi dövlət quruculuğunda mühüm təməl yaratmışdır:

"Ulu Öndərin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra hərtərəfli islahatların həyata keçirilməsi üçün əsas təməl yaradan qanunvericilik bazası, xüsusilə ölkənin yeni Konstitusiyasının hazırlanması və qəbul edilməsi qarşıda duran ən mühüm prioritetlərdən biri idi. Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası 5 bölmə, 12 fəsil, 158 maddə, preambula və keçid müddəalarından ibarət olmaqla 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi - referendum yolu ilə qəbul edilmiş, 1995-ci il noyabrın 27-dən isə qüvvəyə minmişdir. Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan bu sənəd ölkəmizin hüquqi əsaslarını müəyyən edərək demokratik idarəetmə və insan hüquqlarının təmin olunmasına zəmin yaratmış, eyni zamanda, Azərbaycan dövlətinin inkişafı və sabitliyi üçün mühüm bünövrə rolunu oynamışdır.

2002, 2009 və 2016-cı illərdə edilən dəyişikliklər Konstitusiyanı müasir dövrün tələblərinə uyğunlaşdırmış, hüquq və azadlıqları daha da genişləndirmişdir. Bu dəyişikliklər dövlət idarəçiliyinin təkmilləşdirilməsi və insan hüquqlarının qorunması baxımından əhəmiyyətli addımlar olmuşdur.

2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi Konstitusiyanın qəbul edilməsinin 30-cu və Vətən müharibəsindəki Qələbəmizin 5-ci ildönümünü əhatə edir. 2020-ci ilin İkinci Qarabağ müharibəsi Azərbaycanın gücünü və birlik ruhunu bütün dünyaya nümayiş etdirdi. Bu müharibənin nəticələri ölkənin siyasi və iqtisadi inkişafında yeni bir dövrün başlanğıcı olmuş, xalqımızın milli birlik və həmrəyliyi isə Azərbaycanın suverenliyinin təməlini təşkil etdi. Bu tarixi Qələbə dövlətin hərbi-siyasi qüdrətini, xalqın isə öz dəyərlərinə və Liderinə bağlılığını əks etdirən bir göstərici oldu.

“Konstitusiya və Suverenlik İli”nin elan edilməsi bir neçə istiqamətdə mühüm əhəmiyyət kəsb edir. Hüquq və azadlıqların təbliği, vətəndaşların hüquqi bilik səviyyəsinin artırılması, xalqın hüquqi və dövlətçilik dəyərlərinə sadiqliyinin gücləndirilməsi və Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin daha da möhkəmləndirilməsi bu təşəbbüsün əsas məqsədlərindəndir. Bu addımlar Azərbaycanın gələcək inkişafı üçün hüquqi və demokratik dəyərləri gücləndirmək, milli həmrəyliyi möhkəmləndirmək məqsədini daşıyır. Bu il ərzində həyata keçiriləcək islahatlar Azərbaycanın dövlət quruculuğu, hüquqi şüurunun inkişafı və milli suverenliyin qorunması baxımından əhəmiyyətli rol oynayacaq. “Konstitusiya və Suverenlik İli” Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və hüquqi əsaslarını möhkəmləndirən yeni bir səhifə açır".


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:109
embedMənbə:https://unikal.az
archiveBu xəbər 06 Yanvar 2025 16:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see163

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see141

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see139

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see136

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see133

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see133

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see129

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri