Icma.az
close
up
RU
Dövlətçilik dəyərləri və suverenlik: Milli təhlükəsizlik inkişafın qarantı kimi

Dövlətçilik dəyərləri və suverenlik: Milli təhlükəsizlik inkişafın qarantı kimi

Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

2023-cü il sentyabrın 19-20-də Azərbaycan tarixində yeni bir qəhrəmanlıq səhifəsi yazıldı. Qarabağda hələ də mövcud olan Ermənistan silahlı qüvvələrinin və separatçı dəstələrin törətdiyi təxribatlar Azərbaycanın səbir kasasını daşırmışdı. Məhz bu mərhələdə Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli və uzaqgörən siyasəti nəticəsində 2023-cü il sentyabrın 19-da lokal xarakterli antiterror əməliyyatına start verildi.

Qısa müddətdə Azərbaycan Ordusu yüksək peşəkarlıq nümayiş etdirərək qarşıya qoyulan bütün vəzifələri yerinə yetirdi. Cəmi 23 saat 43 dəqiqə ərzində separatçılar ağ bayraq qaldırmağa məcbur oldular. On minlərlə silahlı qüvvə tərksilah edildi, yüzlərlə texnika məhv edildi və ya ələ keçirildi. Ən əsası isə – Prezident İlham Əliyevin dəmir iradəsi sayəsində Azərbaycanın dövlət suverenliyi tam bərpa olundu. Əməliyyatın ən mühüm məqamlarından biri də dövlətimizin humanist mövqeyi idi. Ali Baş Komandanın göstərişi ilə mülki əhalinin təhlükəsizliyi tam təmin edildi. Qarabağda yaşayan erməni sakinlərinə əvvəlcədən xəbərdarlıqlar edildi, qadınların, uşaqların, qocaların və xəstələrin qorunması xüsusi diqqət mərkəzində saxlanıldı. Bu, həm də Prezident İlham Əliyevin humanizmə əsaslanan siyasətinin bariz təzahürü idi.
Həmin il sentyabrın 28-də separatçı rejimin rəhbərliyi qondarma qurumun ləğvi ilə bağlı sənəd imzaladı. Bununla da Qarabağda 30 ilə yaxın davam edən separatizm birdəfəlik tarixə qovuşdu. Artıq Qarabağda yalnız Azərbaycan dövləti var, yalnız Azərbaycan qanunları işləyir və üçrəngli bayrağımız Xankəndidə, Xocalıda, Ağdərədə və digər şəhərlərimizdə əzəmətlə dalğalanır. Bu möhtəşəm nəticə Prezident İlham Əliyevin 20 illik ardıcıl siyasətinin, diplomatik uzaqgörənliyinin və hərbi-siyasi liderliyinin məntiqi yekunudur. 2020-ci ilin Vətən müharibəsində əldə olunan Qələbə 2023-cü ilin 19–20 sentyabr antiterror əməliyyatı ilə tamamlandı. Dövlətimizin başçısının dəmir iradəsi, xalqın birliyi və Ordumuzun gücü sayəsində Azərbaycan öz ərazi bütövlüyünü tam təmin etdi. Bu gün Azərbaycan xalqı fəxrlə deyə bilər ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz tarixinin ən şanlı mərhələsini yaşayır. Dövlətimizin təsis etdiyi Dövlət Suverenliyi Günü də məhz bu qürur dolu günlərin rəmzi olaraq hər il qeyd ediləcək.
Azərbaycan xalqı bu gün öz tarixi iradəsinin, mübarizəsinin, qəhrəmanlıq və həmrəyliyinin bəhrəsini görür. Qarabağ artıq birdəfəlik Azərbaycanın ayrılmaz hissəsidir və biz hamımız birlikdə Prezident İlham Əliyevin müdrik rəhbərliyi altında daha qüdrətli gələcəyə doğru addımlayırıq.

Fatma Yıldırım
Milli Məclisin deputatı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 17 Sentyabr 2025 11:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ömrü Sultaninin ölüm xəbəri yayıldı FOTO

20 Dekabr 2025 17:28see314

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see246

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see201

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see172

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see159

Türkiyə və HƏMAS nümayəndələri Qəzza razılaşmasının ikinci mərhələsini müzakirə ediblər

20 Dekabr 2025 21:11see151

Qusarda aztəminatlı ailənin evinin təmirinə göstəriş verildi FOTO

20 Dekabr 2025 20:00see151

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see151

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see150

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see148

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see146

Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

21 Dekabr 2025 02:45see145

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see144

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see142

“Hakimlərin bizə qarşı kobud səhvləri ilə üzləşirik” “Sabah”ın məşqçisi

21 Dekabr 2025 00:31see139

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see134

Rusiya iki yaşayış məntəqəsinə nəzarəti ələ keçirdi

20 Dekabr 2025 19:01see133

“Güllü”nün qızı həbsdə ilk dəfə danışdı

21 Dekabr 2025 00:55see132

Ömrü Sultani ilə məsələdə adı hallanan hospitaldan cavab: “Bizdə nə müalicə alıb, nə də ölüb“ Yenilənib FOTO

20 Dekabr 2025 18:21see132

İngiltərə Premyer Liqası: Liverpul azlıqda qalan Tottenhem i məğlubiyyətə uğratdı

21 Dekabr 2025 00:00see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri