Icma.az
close
up
RU
Suverenlik və Konstitusiya İli Dövlətçilik təcrübəsi və hüquqi inkişaf

Suverenlik və Konstitusiya İli Dövlətçilik təcrübəsi və hüquqi inkişaf

Icma.az bildirir, Manset saytına əsaslanaraq.

Azərbaycan Respublikasının dövlətçiliyinin əsas prinsiplərindən biri suverenlik və konstitusiya hakimiyyətidir. Suverenlik bir dövlətin müstəqil siyasət yürütmək, daxili və xarici işlərini sərbəst şəkildə tənzimləmək hüququnu ifadə edir. Bu anlayış müasir beynəlxalq münasibətlər sistemində də əsas əhəmiyyətə malikdir. Konstitusiya isə dövlətin hüquqi əsaslarını, idarəçilik mexanizmini və vətəndaşların fundamental hüquqlarını tənzimləyən əsas qanundur.


Dövlətin suverenliyi üçün ilk növbədə hüquqi-siyasi, sosial-iqtisadi fundament formalaşdırılmalıdır. Azərbaycana münasibətdə qeyd edilməlidir ki, 1969-cu ildə Ümummilli lider Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsi ilə ölkənin intibah dövrünə qədəm qoyması belə fundament rolunu oynadı. Belə ki, tarixi inkişafın sonrakı gedişatı bir daha sübut etdi ki, Ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərliyinin birinci dövründə müstəqil dövlətimizi qurmağa başlamışdı. Ötən əsrin 60-cı illərinin sonunda Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ölkənin gələcək müstəqilliyinə etibarlı bünövrə formalaşdırmağa başladı. Məhz həmin dövrdə yaradılmış iqtisadi potensial müstəqillik illərində Azərbaycan üçün çox mühüm rol oynadı. Dahi şəxsiyyət Heydər Əliyevin həyata keçirdiyi düşünülmüş daxili siyasət sayəsində ölkəmizdə milli özünüdərk, vətənpərvərliyin gücləndirilməsi istiqamətində də vacib addımlar atıldı. O dövrdə müxtəlif sahələrdə yerli kadrların yetişdirilməsi, həmçinin milli şüurun inkişaf etdirilməsi, milli ruhun yüksəldilməsi sahəsində bir çox mühüm işlər həyata keçirildi.

Müstəqil və suveren dövlətə sahib olmaq, milli-mənəvi dəyərlərə, həmrəylik, humanizm, ədalət və qanunun aliliyi prinsiplərinə əsaslanan inkişaf etmiş cəmiyyət qurmaq yüzillər boyu Azərbaycan xalqının ən böyük arzusu olmuşdur. Tarixin müxtəlif mərhələlərində kənar müdaxilələrə, məhrumiyyətlərə baxmayaraq, xalqımız milli kimliyini, mübarizə ruhunu qoruyub saxlamış, öz ideallarına həmişə sadiq qalmış və XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa etmişdir. 1991-ci il oktyabrın 18-də qəbul edilmiş “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında yeni Konstitusiyanın hazırlanması nəzərdə tutulsa da, 1991–1993-cü illərdə hakimiyyətin yarıtmaz fəaliyyəti cəmiyyət həyatının bütün sahələrində kəskin böhrana, ölkədə anarxiyanın yaranmasına gətirib çıxarmış, dövlət idarəçiliyi mexanizmləri formalaşdırılmamış, qanunçuluğun, vətəndaşların azad, təhlükəsiz yaşamaq hüququnun təmin edilməsi mümkün olmamışdır. Yalnız 1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətə qayıtmış Ümummilli Lider Heydər Əliyevin böyük xilaskarlıq missiyası sayəsində ölkəmizdə cərəyan edən təhlükəli proseslərin qarşısı alındı, ictimai-siyasi sabitlik təmin edildi və müasir dövlət quruculuğu üçün etibarlı zəmin yarandı.

Ulu öndər Heydər Əliyev tərəfindən həyata keçirilən müdrik və uzaqgörən siyasət nəticəsində milli dövlətçilik ideyası realizə olundu, müasir müstəqil Azərbaycan dövləti möhkəmləndi. Dövlətimiz dahi liderinin rəhbərliyi altında tamamilə yeni inkişaf mərhələsinə qədəm qoydu. Dövlət və cəmiyyət həyatının bir çox sahələrini əhatə edən irimiqyaslı islahatların həyata keçirilməsinə başlandı. Ümummilli lider Heydər Əliyev ölkə daxilində siyasi sabitliyin təmin edilməsi, sosial-iqtisadi quruculuq sahəsində prioritetlərin müəyyən edilməsi, kompleks xarakterli islahatların həyata keçirilməsinə əsas yaradan qanunvericilik bazasının yenidən hazırlanması və digər bir sıra mühüm vəzifələrin öhdəsindən məharətlə gəldi. Qeyd edilməlidir ki, istənilən dövlətin mövcudluğu və inkişafı dövlət hakimiyyətinin təşkilinə dair əsas konstitusiya prinsiplərinin mövcudluğu ilə şərtlənir. Belə ki, hər bir hüquqi dövlətin Konstitusiyası bu təməl prinsipləri müəyyən edərək, insan hüquqları və azadlıqlarının müdafiəsi, hakimiyyətlərin bölgüsü və digər bir sıra mühüm hüquqi başlanğıcları özündə ehtiva edir.

Ulu Öndərin bilavasitə rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də qəbul olunmuş Azərbaycan Respublikasının ilk Konstitusiyası ölkəmizdə genişmiqyaslı qanunvericilik və institusional islahatların əsasını təşkil etdi. Bu Konstitusiya dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması, hüquqi, dünyəvi dövlət quruculuğu, vətəndaşlarımızın layiqli həyat səviyyəsinin, dünya ölkələri ilə dostluq və əmin-amanlıq şəraitində əməkdaşlığın təmin edilməsi kimi ali niyyətlərin həyata keçirilməsi üçün mühüm qanunvericilik bazası rolunu oynamışdır.

Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ölkəmizin hüquqi inkişafında mühüm mərhələ kimi qiymətləndirilir. Bu qərar, hüquqi sistemin təkmilləşdirilməsi, vətəndaşların hüquqi biliklərinin artırılması və konstitusiya əsaslarının möhkəmləndirilməsi məqsədlərinə xidmət edir. Bu sərəncam dövlətçilik tariximizin daha da dərindən öyrənilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Dövlət başçısı cənab İlham Əliyev tərəfindən imzalanan sərəncam ölkəmizin keçmişi, bu günü və gələcəyi üçün xüsusi məna ifadə edərək, hüquqi dövlətçilik və suverenlik dəyərlərinin yeni qlobal çağırışlar əsasında formalaşdırılması üçün bir fürsət kimi dəyərləndirilə bilər. Sərəncamda qeyd edilmişdir: “Hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək onun ən böyük nailiyyətidir. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilməmişdir. Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahibdir, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir”.

Torpaqlarımızın işğaldan azad edilməsi və suverenliyimizin tam təmin olunması nəticəsində əsas qanunda ehtiva edilən Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq niyyəti də tam reallaşıb. Belə ki, Konstitusiyanın 11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir. Azərbaycan Respublikasının ərazisi özgəninkiləşdirilə bilməz. Dövlət başçısı cənab İlham Əliyevin uzaqgörən və uğurlu siyasəti nəticəsində bu müddətdə təsbit edilən prinsiplər tam şəkildə təmin olunub. 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə də dövlətimiz siyasi-diplomatik müstəvidə ardıcıl olaraq yeni qələbələr əldə etməkdə davam etdi. Dövlətimizin İkinci Qarabağ müharibəsində inamlı Qələbə qazanmasına baxmayaraq, Ermənistan tərəfindən hərbi təxribatlar müharibədən sonrakı dövrdə də davam etdirildi. Belə ki, Azərbaycan Ordusunun mövqeləri atəşə tutulmuş, ərazilərimizin minalanması davam etdirilmişdir. 2023-cü il sentyabrın 19-da törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin tərk-silah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlandı. 24 saatdan az müddətdə davam etmiş əməliyyat nəticəsində rəşadətli Azərbaycan Ordusu qarşıya qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirdi. Bununla da, Azərbaycan dövləti daha bir möhtəşəm qələbəyə imza atdı və bu tarix milli dövlətçilik tariximizə növbəti şanlı səhifə olaraq daxil oldu. Həyata keçirilmiş uğurlu antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edildi, Azərbaycan Respublikası Konstitusiyasının hüquqi qüvvəsi işğaldan azad edilmiş bütün ərazilərdə bərqərar oldu. Dövlətimizin və xalqımızın həyatında müstəsna əhəmiyyət kəsb edən bu möhtəşəm Qələbə sayəsində Dövlət Bayrağımız suverenliyimizin bərpa olunduğu bütün ərazilərdə əzəmətlə dalğalanır. 44 günlük Vətən müharibəsi və lokal xarakterli antiterror tədbirləri nəticəsində parlaq Qələbənin əldə edilməsi Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, dövlət başçısı cənab İlham Əliyevin yenilməz siyasi, hərbi iradə və qətiyyəti, ordumuzun qəhrəmanlığı sayəsində mümkün oldu. Dövlətimiz ildən-ilə güclənərək, inkişafının yüksək tərəqqi ilə xarakterizə olunan, keyfiyyətcə yeni dövrünü yaşayır. Dövlət başçısı cənab İlham Əliyev tərəfindən həyata keçirilən effektiv dövlət idarəçiliyi, həmçinin təhlükəsizlik və sabitliyin gücləndirilməsi istiqamətində görülən tədbirlər, ümumilikdə, müstəqilliyimizin daha da möhkəmləndirilməsini təmin edib. Ölkəmizin bilavasitə təşəbbüsü və iştirakı ilə uğurla həyata keçirilən bir sıra irimiqyaslı layihələr nəinki təkcə Azərbaycanın, eyni zamanda, ümumilikdə, regionun təhlükəsizliyinə və iqtisadi inkişafına öz mühüm və əvəzsiz töhfəsini verir. Hazırda işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işlərinin həyata keçirilməsi qarşıda duran ən mühüm və prioritet vəzifələrdəndir. Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı quruculuq proqramı həyata keçirilir, bərpa və yenidənqurma işləri sürətlə və planlı şəkildə davam etdirilir, müasir standartlara cavab verən infrastruktur formalaşdırılır. İşğal illərində tamamilə viran qoyulmuş kənd, qəsəbə və şəhərlər tamamilə yenidən qurulur, doğma torpaqlarımıza həyat qayıdır. Həyata keçirilən bütün bərpa və yenidənqurma işləri Azərbaycan Respublikası ərazisinin vahidliyi, toxunulmazlığı və bölünməzliyi ilə bağlı konstitusiya prinsipinin təmin edilməsinin daha bir əyani göstəricisidir.

“Konstitusiya və Suverenlik İli” dövlətin hüquqi əsaslarının möhkəmləndirilməsi, dövlət suverenliyinin daha da gücləndirilməsi məqsədi daşıyır. İstənilən xalq üçün müstəqil, suveren dövlətini yaratmaq və onu inkişaf etdirmək ən böyük nailiyyətdir. Ərazi, əhali və siyasi hakimiyyət kimi əsas atributları özündə ehtiva edən hər hansı siyasi varlığın dövlət olması üçün suverenlik, müstəqillik xüsusiyyətinə malik olması vacib şərtdir. Suverenlik istənilən dövlətin mövcudluğunun və davamlı inkişafının ilkin və əsas şərti qismində çıxış edir.

Bu yazımızda Suverenlik və Konstitusiya İlinin əhəmiyyəti, dövlətçilik ənənələri və hüquqi islahatlar baxımından qısa da olsa təhlil ediləcəkdir.

Suverenlik və onun hüquqi əsaslarından bəhs edərkən qeyd etmək lazımdır ki, suverenlik anlayışı siyasi elmin və beynəlxalq hüququn əsas anlayışlarından biri olub, dövlətin daxili və xarici siyasətində müstəqilliyini müəyyən edir. Orta əsrlərdə formalaşan və dövlətlərin müstəqilliyini vurğulayan suverenlik anlayışı, xüsusilə Vestfal Sülhü (1648) ilə hüquqi müstəvidə güclənmişdir. Beynəlxalq hüquqda suverenlik prinsipi Birləşmiş Millətlər Təşkilatının (BMT) Nizamnaməsi ilə qorunur. Xüsusilə, BMT-nin Nizamnaməsinin 2-ci maddəsi dövlətlərin daxili işlərinə müdaxilə olunmamasını təsbit edir. Bununla yanaşı, qloballaşma və beynəlxalq təşkilatların artan rolu dövlət suverenliyinin yeni çağırışlarla üzləşməsinə səbəb olmuşdur. Azərbaycan Respublikasının suverenliyi 18 oktyabr 1991-ci il tarixində qəbul edilən "Müstəqillik haqqında Konstitusiya Aktı" ilə hüquqi əsas qazanmışdır. 1995-ci ildə qəbul edilən Konstitusiya isə bu suverenliyi daha da möhkəmləndirmiş, dövlət idarəetmə sisteminin təməlini qoymuşdur. Konstitusiyanın 1-ci maddəsində dövlətin müstəqilliyi və bölünməzliyi təsbit edilir ki, bu da hüquqi suverenliyin əsas göstəricisidir.

Azərbaycan Konstitusiyasının inkişafı və cəmiyyətimizdəki rolunu şərh edərkən qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının 1995-ci il Konstitusiyası müasir dövlət quruculuğunun əsasını təşkil edən fundamental hüquqi sənəddir. Bu konstitusiya dövlət hakimiyyətinin bölünməsi prinsipini təsbit etməklə icra, qanunvericilik və məhkəmə hakimiyyətləri arasında səlahiyyət bölgüsünü müəyyənləşdirmişdir. Konstitusiyanın qəbulu demokratik dövlət quruculuğuna mühüm töhfə vermişdir. Konstitusiya hüququ dövlətin idarəetmə formasını, vətəndaşların hüquq və azadlıqlarını və dövlətin əsas institutlarını müəyyən edən hüquq sahəsidir. Demokratik cəmiyyətlərdə konstitusiya hüququ cəmiyyətin inkişafına və hüquqi dövlətin formalaşmasına təkan verən əsas mexanizmlərdən biridir. Azərbaycan Respublikasında ən yüksək və birbaşa hüquqi qüvvəyə malik olan Konstitusiya qanunvericilik sisteminin əsasında durur, eyni zamanda ölkədə hüquqi və siyasi sabitliyin təminatı qismində çıxış edir. Həmçinin dövlət suverenliyinin əsas təminatçısı olmaqla, Konstitusiya normaları ictimai münasibətlərin inkişafında müəyyənlik amili qismində çıxış edir. Ölkə Konstitusiyası dövlət quruluşunun əsaslarını, hakimiyyətlərin bölünməsi prinsipini, hakimiyyət orqanlarının təşkili, səlahiyyətləri və fəaliyyət qaydalarını, şəxsiyyət, cəmiyyət və dövlət arasındakı münasibətlərin hüquqi çərçivələrini müəyyən edir, insan hüquqları və azadlıqlarının müdafiəsi və təminatı ilə bağlı mexanizmləri tənzim edir. Azərbaycanın konstitusiya hüququnun inkişafı qanunvericiliyin təkmilləşdirilməsi və insan hüquqlarının qorunması ilə sıx bağlıdır.

Məlum olduğu kimi, konstitusiyaların hüquqi əlamətlərindən biri onların stabilliyidir. Konstitusiyanın stabilliyi ölkədə qanunçuluğun, dövlət hakimiyyətinin təşkili və həyata keçirilməsinin, şəxs, dövlət və cəmiyyət arasındakı münasibətlərin əsas şərtlərindən biridir. Konstitusiya uzunmüddətli fəaliyyət üçün nəzərdə tutulan normativ hüquqi aktdır. Bununla belə, konstitusiyaların qəbulu zamanı onların tənzimetmə predmetini təşkil edən ictimai münasibətlər və bu münasibətlərin tərkib hissəsi olan hüquqi, siyasi, sosial və iqtisadi vəziyyət dəyişir, cəmiyyət elmin və texnologiyaların inkişafı baxımından keyfiyyətcə yeni dövrə qədəm qoyur.

 Azərbaycan Respublikasında həyata keçirilən konstitusiya islahatları ölkənin dövlət idarəçiliyinin modernləşdirilməsinə yönəlmişdir. Xüsusilə, 2002, 2009 və 2016-cı illərdə aparılan konstitusiya dəyişiklikləri dövlət hakimiyyətinin səmərəli fəaliyyətini təmin etmək məqsədini daşıyırdı. Bu dəyişikliklər idarəetmə sisteminin çevikliyini artırmaqla bərabər, hüquq sisteminin daha da təkmilləşdirilməsinə şərait yaratmışdır.

Belə ki, ilk dəfə 2002-ci ildə konstitusiya dəyişikliklərinə yaranan ehtiyac bir çox sahələrdə nəzərə çarpan sürətli inkişafdan irəli gəlirdi. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə keçirilən referendumun nəticəsi kimi Konstitusiyaya dövrün obyektiv reallıqlarından irəli gələn bir sıra mütərəqqi əlavə və dəyişikliklər edilib. Əsas Qanunun mətninə 2002-ci il 24 avqust tarixli referendumla edilmiş əlavə və dəyişikliklər ölkənin hüquq sisteminin təkmilləşdirilməsinə xidmət etmiş, eyni zamanda bu ali sənədin mühüm əhəmiyyətə malik yeni müddəalarla zənginləşməsi ilə nəticələnmişdir. 2002-ci ildən keçən yeddi il ərzində cəmiyyət həyatının bir çox sahələrində əldə edilən yeni nailiyyətlər, sosial-iqtisadi islahatların dərinləşməsi, vətəndaş cəmiyyəti institutlarının inkişafı, beynəlxalq inteqrasiyanın genişlənməsi və digər bir sıra mühüm yeniliklər Konstitusiyada da bir sıra əlavə və dəyişikliklərin edilməsi məsələsini gündəmə gətirdi. 2009-cu il martın 18-də keçirilən ümumxalq səsverməsi nəticəsində edilən əlavə və dəyişikliklər mahiyyətcə Əsas Qanunun daha da təkmilləşməsinə, xüsusilə insan hüquq və azadlıqları ilə bağlı əhəmiyyətli müddəaların Əsas Qanunda daha dolğun şəkildə ehtiva edilməsinə xidmət edib. 2009-cu il 18 mart referendumundan ötən illər ərzində ölkə iqtisadiyyatının dinamik inkişafı və digər bir sıra vacib amillər ölkənin siyasi idarəetmə sisteminin daha da müasirləşdirilməsini, həmçinin vətəndaşların hüquqlarının və azadlıqlarının daha səmərəli şəkildə müdafiə olunmasını, bunlar isə öz növbəsində konstitusiya islahatlarının həyata keçirilməsini şərtləndirmişdir. Bununla da, 2016-cı il sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə keçirilmiş ümumxalq səsverməsi - referendum yolu ilə Əsas Qanuna mühüm əlavələr və dəyişikliklər edilmişdir. Əminliklə bildirmək olar ki, ölkə Konstitusiyasına edilmiş bu əlavə və dəyişikliklər hüquqi dövlət prinsip və dəyərlərinin bərqərar olmasının, insan hüquq və azadlıqlarının müdafiəsi və təminatına ən yüksək səviyyədə göstərilən diqqətin bariz təzahürüdür.

Son olaraq Suverenlik və Konstitusiya İlinin elan olunmasının əhəmiyyətindən bəhs edərkən bildirməliyik ki, 2025-ci ilin Suverenlik və Konstitusiya İli elan edilməsi hüquqi islahatların daha sistemli həyata keçirilməsi və vətəndaşların hüquqi biliklərinin artırılması məqsədini daşıyır. Bu təşəbbüs hüquqi təhsil və maarifləndirməni gücləndirməklə vətəndaşların konstitusiya hüquqları ilə bağlı məlumatlılığını artırır. Hüquqi maarifləndirmə cəmiyyətin hüquqi şüurunun formalaşmasında mühüm rol oynayır. Konstitusiya dəyərlərinin təbliği hüquq dövlətinin inkişafı baxımından xüsusi əhəmiyyət kəsb edir. Suverenlik və Konstitusiya İli çərçivəsində keçirilən tədbirlər hüquqi biliklərin genişlənməsinə və qanunun aliliyinin möhkəmləndirilməsinə xidmət edir. Suverenlik və Konstitusiya İlinin elan edilməsi gələcək hüquqi islahatların planlaşdırılması və həyata keçirilməsi üçün mühüm zəmin yaradır. Dövlət suverenliyinin qorunması və hüquq sisteminin modernləşdirilməsi Azərbaycan dövlətinin inkişaf strategiyasının əsas istiqamətlərindən biri olaraq qalmalıdır.

Suverenlik və konstitusiya hüququ müasir dövlətçiliyin fundamental prinsipləridir. Azərbaycan Respublikasında Suverenlik və Konstitusiya İlinin elan edilməsi hüquqi islahatların gücləndirilməsi və dövlət quruculuğunun inkişafı baxımından mühüm addımdır. Bu çərçivədə konstitusiya dəyərlərinin qorunması və hüquqi sistemin təkmilləşdirilməsi istiqamətində aparılan işlər dövlətin gələcək inkişafını müəyyən edəcəkdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə suveren və bütöv Azərbaycanı yeni dövrdə inkişafının mühüm mərhələsi gözləyir. Dövlətimiz və xalqımız tarixi nailiyyətlərə imza atmaqda davam edəcək.

Zahid Cəfərov

YAP Yasamal rayonu “Z.Xəlilov küç.33” (BDU) ünvanı üzrə ərazi partiya təşkilatının sədri
Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü və Hüquq Komissiyasının sədri
Böyük Qarakilsə rayon icmasının sədri, h.e.d, professor

Hadisənin gedişatını izləmək üçün Icma.az-da ən son yeniliklərə baxın.
seeBaxış sayı:34
embedMənbə:https://www.manset.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ramazan ayının başlanması ilə bağlı fətva verilib – bilməli olduğunuz məqamlar

27 Fevral 2025 13:45see259

Fənərbaxça bütün matçlarda əcnəbi hakimlər tələb edib

27 Fevral 2025 01:05see226

Filippində YANĞIN 8 ölü

27 Fevral 2025 16:40see168

Qazaxda 15 yaşlı qızı ZORLA QAÇIRDILAR ÖZƏL

27 Fevral 2025 21:51see159

Qızları ən gözəl, oğlanları isə yaraşıqlı olan yeganə BÜRC

28 Fevral 2025 01:00see147

Rusiya ABŞ a təklif: İşğal qənimətlərinə şərik edir

27 Fevral 2025 01:52see133

Estetik əməliyyatın gizli riski Psixiatrdan VACİB AÇIQLAMA

26 Fevral 2025 16:55see133

ADU da Xocalı faciəsinə həsr olunan anım tədbiri keçirildi

27 Fevral 2025 02:16see127

Rusiyada Putinin qərarlarına kim daha çox təsir edə bilir? Budanov

27 Fevral 2025 16:37see126

Kloze Mahir Emreli barədə: Ona dedim ki, hamı kimi özünü sübut edə bilər

27 Fevral 2025 12:17see123

Naxçıvan və Xaçmaza yeni qazılar təyin edilib

27 Fevral 2025 16:28see122

ABŞ NATO dakı tərəfdaşlarına vəsait ayrılması üçün şərtini açıqlayıb

26 Fevral 2025 18:33see121

Media Trampın Zelenskinin Vaşinqton səfərini ləğv etdiyini iddia edir

27 Fevral 2025 20:12see120

Bağırsaq xərçənginin insanın üzündə görünən əlaməti

27 Fevral 2025 16:13see120

Bu şəxslərə səyahət qadağası QOYULDU

27 Fevral 2025 16:58see119

Misirlə Körfəz ərəb ölkələri elektrik şəbəkələrini birləşdirirlər

27 Fevral 2025 19:55see117

Rusiya ABŞ görüşü başa çatdı: Danışıqlar 6 saatdan çox davam edib

27 Fevral 2025 18:22see113

Lukaşenkodan Ukrayna açıqlaması: “Rusiya heç vaxt buna razı olmayacaq”

27 Fevral 2025 20:16see112

Rusiya Ukrayna hərbi aerodromlarının infrastrukturuna zərbələr endirdi

27 Fevral 2025 16:47see111

“TikTok”un yeni trendi Dubay Şokoladını unutdurur: Mələk saçı şokoladları

27 Fevral 2025 08:32see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri