Icma.az
close
up
RU
Suya görə qardaşına xəsarət yetirən şəxsə cəza verildi

Suya görə qardaşına xəsarət yetirən şəxsə cəza verildi

Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Abşeron rayonunda qardaşlar arasında yaranan mübahisə cinayətlə nəticələnib. 
Demokrat.az
-ın əldə etdiyi xəbərə görə, hadisə 15 aprel 2024-cü ildə Abşeron rayonu, Xırdalan şəhərində baş verib. 
Bakı şəhər sakini, 1974-cü il təvəllüdlü Elşən həmin gün saat 13 radələrində yaşadığı evin həyətində qardaşı Abduləli ilə evinə gələn su xəttini kəsilməsi ilə bağlı aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı yumruqla onun bədəninin müxtəlif nahiyələrinə qəsdən zərbələr endirib. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Hadisəni törədən Elşənin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elşən ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, ailə üzvləri ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhərində yaşayır: “Cəmilə mənim arvadımdır. Cəmilə ilə 2013-cü ildə ailə həyatı qurmuşam və birgə nikahdan 2 azyaşlı övladımız var. Şirmayə anam, zərərçəkmiş Abduləli qardaşım, digər şəxs bacımdır. Anam və qardaşım bizimlə bir həyətdə ayrı-ayrı evlərdə yaşamışıq”. 
Təqsirləndirilən şəxsin sözlərinə görə, aprelin 15-də, saat 13 radələrində evdə olarkən anası Şirmayə onu və arvadını evdən çıxartmaq istəyib: “Bunun üçün qardaşım Abduləliyə bildirdi ki, evimizə gələn suyu kəssin. Abduləli də evimin suyunu kəsdiyi üçün aramızda sözlə mübahisə baş verdi. Mübahisə zamanı Abduləli və anam Şirmayə məni və arvadımı söyərək təhqir etdi. Həmçinin məni və arvadımı öldürməklə hədələdilər. Bunun üçün əsəbləşdim və qardaşım Abduləlinin sifətinə yumruqla bir zərbə vurdum. Onu döydüm”. 
Bu cinayət işinə Abşeron Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Elşən 7 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası alıb. 
Təqsirləndirilən şəxsin üzərinə Sumqayıt şəhər Probasiya İdarəsinə məlumat vermədən Abşeron rayon hüdudlarından kənara çıxmamaq, saat 23:00-dan növbəti gün,  saat 07:00-dək yaşadığı ünvanı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək,  məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin
 dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub.
Fariz Məlikli
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:106
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 13 İyun 2025 18:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see278

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see277

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see260

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see244

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see236

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see223

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see219

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see195

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see193

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see187

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see184

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see183

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see169

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see159

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see150

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see149

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see147

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see140

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see140

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri