Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

Şvabeni kimlər danışdırır?

Şvabeni kimlər danışdırır?

Icma.az bildirir, Newscenter.az saytına əsaslanaraq.


AŞPA (Avropa Şurası Parlament Assambleyası) adlı bədnam qurumun iyunun 24-də Belçikadan olan deputat Kristof Lakruanın hesabatı əsasında hazırlanmış “Azərbaycanda tənqidi səslərin susdurulması” adlı qətnaməsi, zənnimcə, Avropanın siyasi dairələrinin reallıq hissini itirmələrinin, köhnə stereotiplərlə yaşamalarının və erməni lobbisindən "qidalanan" sərsəm xristian təəssübkeşliyinin göstəricisidir. Ona görə də mən bu sənədə bizim bəzi radikal-demokratlarımız kimi eyforiyaya qapılmış tərzdə və "liboş" düşüncəsi ilə yox, AŞPA kimi, ATƏT kimi vicdansız qurumların vaxtilə göz yumduğu Ermənistanın işğalçılıq siyasəti üzündən öz yurdundan didərgin düşmüş, uzun illər məcburi köçkün həyatı yaşamış bir şəxs kimi və müharibə iştirakçısı kimi münasibət bildirmək istəyirəm.
Qətnamənin məzmunu və Frank Şvabe kimi qatı azərbaycanofobların bu sənədin ətrafında apardıqları müzakirələr, səsləndirdiyi ittihamlar bir daha göstərir ki, məqsəd qlobal ədalətin təntənəsi deyil, AŞPA-nın daxilində qruplaşmış xüsusi siyasi dairələr Azərbaycan dövlətinin haqlarını əlindən almağa, ölkəmizi təkləməyə və öz maraqlarına uyğun yönləndirməyə çalışırlar. Məhz buna görə də sözügedən dairələr Azərbaycana qarşı təzyiq siyasətini davam etdirmək niyyətindədirlər. Məlumdur ki, Şvabe sadəcə danışmaq xatirinə danışmır, onu danışdırırlar. Şvabe pərdə arxasındakı anonim "dirijor"ların diktəsi ilə Azərbaycanın üzərinə şığıyır.
Bunun nəticəsidir ki, qətnamənin müzakirəsi zamanı Frank Şvabenin səsləndirdiyi ittihamlar hüquqi arqumentlərə yox, Qərbdəki ənənəvi ikili standartlara, qərəzliliyə, azərbaycanofobiya və islamofobiyaya əsaslanırdı. Bu, Frank Şvabenin həmişəki ampluasıdır. Onun ölkəmizə qarşı uzun illərdir sistemli şəkildə sərgilədiyi toksik münasibət bir daha göstərir ki, sözügedən dairələr Şvabeni sanki məqsədyönlü şəkildə Azərbaycan üzrə "mütəxəssis" kimi yetişdirirlər. Ermənistanla bağlı daim susqunluq nümayiş etdirən bu neofaşist alman deputat bizim ölkəmizlə bağlı məsələlərdə isə bütün varlığı ilə zərərli, zəhərli mövqe nümayiş etdirir. Şvabe və onunla eyni "dəyər"ləri bölüşən avrohəmkarları ötən əsrin 90-cı illərində Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğal siyasəti nəticəsində öz yurdlarından didərgin düşən soydaşlarımızın hüquqlarının pozulmasına, soyqırımı və etnik təmizləmə faktlarına, şəhər və kəndlərimizin dağıdılmasına, mədəni irsimizin məhv edilməsinə səbəb olan erməni vandalizminə münasibətdə heç vaxt sərt çıxış etməyiblər. Onlar bu acı həqiqətləri qəsdən görməzdən gəliblər. Çünki mənim kimi müharibə dəhşətlərini və məcburi köçkün həyatının film kimi gerçəkliklərini yaşamış insanların hissləri, əzabları Şvabeyə və onun siyasi dələduz həmkarlarına tamamilə yaddır.
Onların siyasi dələduzluğuna, ikili standartlarına işıq salan əyani bir misal: 30 il ərzində Azərbaycan torpaqlarını işğal altında saxlamış bir ölkənin - Ermənistanın təmsilçisi Armen Gevorkyan AŞPA-da çıxışı zamanı həmişəki kimi yenə də ənənəvi “erməni məhbusları”, “Dağlıq Qarabağın mədəni irsi”, “erməni köçkünlər” və sair kimi saxta klişeləri təkrarladı. Şvabe və həmkarları bu erməninin çıxışını diqqətlə dinlədilər və dəstək nümayiş etdirdilər. Lakin onların heç biri AŞPA-nın kürsüsündən çıxış edən erməni deputata ölkəsinin 30 ilə yaxın Azərbaycana qarşı niyə işğalçı siyasət yürütməsi ilə, yüz minlərlə azərbaycanlının Qərbi Azərbaycandan etnik təmizləməyə məruz qalması ilə, həm Qarabağda, həm də Qərbi Azərbaycanda yüzlərlə məscidin dağıdılması ilə, saysız-hesabsız yaşayış məntəqələrimizin məhv edilməsi ilə, qəbiristanlıqların təhqir olunması ilə və eləcə də işğal dövrünün digər ağır nəticələri ilə bağlı birdənə də olsun sual vermədilər, sorğulamadılar. Əksinə, onlar Azərbaycanın üzərinə qarğa-quzğun kimi şığıdıqları halda, işğalçı Ermənistanın nümayəndəsinə isə ölkəmizə qarşı birtərəfli ittihamlar, dezinformasiya və revanşist fikirlər yaymaq üçün meydan verirlər. Bax, budur “obyektiv” və “demokratik” AŞPA-nın gerçək siması (daha doğrusu, simasızlığı): bir tərəfdən onilliklər boyu davam edən erməni işğalına, yüz minlərlə qaçqın və məcburi köçkün soydaşımızın taleyinə göz yumur, digər tərəfdən isə Azərbaycana ədalət və beynəlxalq hüquq prinsiplərindən, demokratiya və insan hüquqlarından "mühazirə" oxumağa cəhd göstərir. Bu, ikili standartların ən iyrənc və açıq nümunəsidir. Deməli, AŞPA-nın Azərbaycana qarşı yaramaz münasibəti əsla dəyişməyib. Görünən budur ki, Azərbaycan da ikili standartların tənqidi ilə bağlı AŞPA-nın özünə mühazirə oxumalıdır. Eləcə də özünü Azərbaycana münasibətdə az qala mini-Hitler kimi aparan Frank Şvabeyə də tövsiyəmiz var: qoy, bu alman deputat bütün siyasi karyerası boyunca heç olmasa bircə dəfə empatiya ilə davranaraq əsl ədalətli siyasətçi mövqeyi tutsun və azərbaycanlı qaçqınlarla, köçkünlərlə həmsöhbət olsun, Xocalı sakinləri ilə görüşsün, erməni işğalı nəticəsində yaralanmış, şikəst olmuş qazilərimizin həqiqətlərini dinləsin.
Qoy, Şvabe və AŞPA-nın digər üzvləri bizi özlərinin gerçək ədalət tərəfdarı olduqlarına inandırsınlar. Bizim onların ədalətliliyinə inanmamağa tam haqqımız var. AŞPA həqiqətən də ədalətli təşkilat olsaydı, Azərbaycanın Qarabağı işğaldan azad etmək istədiyi dönəmlərdə bizim yanımızda olardı. Lakin çox təəssüf ki, Qarabağ məsələsi hər dəfə gündəmə gələndə AŞPA da digər beynəlxalq qurumlar kimi ortalardan görünməz olurdu. Biz 30 ilə yaxın davam edən işğal dövründə AŞPA-nı heç vaxt yanımızda görə bilmədik. Çünki AŞPA hər daim işğalçının yanındaydı. Eynilə ATƏT-in Minsk qrupunun bədnam həmsədrləri kimi. Ona görə də bu gün AŞPA-nın "ədalət etalonu" rolunda çıxış etməyə mənəvi-siyasi hüququ yoxdur.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:159
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 26 İyun 2026 22:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see318

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see289

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see286

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see267

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see260

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see248

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see243

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see241

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see234

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see217

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see212

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see201

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see195

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see191

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see189

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see188

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see181

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see175

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see172

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

10 Noyabr 2026 11:18see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri