Svetofor və nişanlar ağacın içində gizlənib: Aidiyyəti qurumlar problemə göz yumurlar VİDEO
Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bir neçə müddət əvvəl Bakıda görünməyən svetofor və nişanların sürücülərə təhlükə yaratdığı ilə bağlı məlumat vermişdik. Avtosfer.az xəbər verir ki, söhbət paytaxtın Rixard Zorge və Nizami küçələrinin kəsişməsindən gedir. Belə ki, sözügedən kəsişmədə yerləşən svetofor obyekti və yol nişanları ağacın arxasında gizləndiyi üçün sürücülər onu görə bilmirlər. Ən əsas da həmin yoldan ilk dəfə istifadə edən sürücülər svetoforun mövcudluğundan xəbərsizdilər. Hərəkətin sağa məcburiliyini bildirən, eyni zamanda qarşı tərəfdəki girişi qadağan edən nişanlar ağacın budaqları arasında gizləndiyi üçün sürücülər onları görə bilmirlər. Qeyd edək ki, həmin kəsişmədən düzünə hərəkət edən sürücülər inzibati qaydada məsuliyyətə cəlb edilirlər. Bu barədə oxuculardan biri ərazidən video qeydə alaraq redaksiyamızın qaynar xəttinə göndərib. Sözügedən videonu təqdim edirik.
Fərid
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 02 Sentyabr 2025 10:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















