Icma.az
close
up
RU
Svetofor ağacın arxasında gizlənib, nişanlar isə yoxdur SÜRÜCÜLƏR ŞİKAYƏT EDİR VİDEO

Svetofor ağacın arxasında gizlənib, nişanlar isə yoxdur SÜRÜCÜLƏR ŞİKAYƏT EDİR VİDEO

Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Paytaxtın Binəqədi şosesində hərəkətin təşkili ilə bağlı mövcud olan ciddi nöqsanlar həm sürücülər, həm də digər yol hərəkəti iştirakçıları üçün təhlükəli vəziyyətlər yaradır. Bu barədə sürücülərdən biri qeydə aldığı videogörüntünü Avtosfer.az-ın qaynar xəttinə göndərərək problemin ictimailəşdirilməsini istəyib.


Sözügedən problemin mahiyyəti ondan ibarətdir ki, yolayrıcında yerləşdirilmiş svetofor obyekti ağacın arxasında tamamilə gizlənib. Nəticədə, bu istiqamətdə hərəkət edən sürücülər svetoforu yalnız yolayrıcına yaxınlaşdıqdan sonra son anda görürlər. Bu isə təhlükəli vəziyyətlərə, qəza riskinin artmasına və yol hərəkəti qaydalarının pozulmasına səbəb olur. Xüsusilə bu yoldan ilk dəfə istifadə edən sürücülər svetoforun mövcudluğundan xəbərsiz olduqları üçün bilmədən qırmızı işıqda hərəkət edirlər. Belə hallar isə qəzalara yol açma risklərini artırır.


Digər mühüm problem isə yol nişanlarının çatışmazlığı ilə bağlıdır. Belə ki, qeyd edilən svetoforda sola dönmək üçün əlavə bir bölmə mövcuddur. Lakin zolaqlar üzrə hərəkəti bildirən 5.8.1 nişanları olmadığı üçün sürücülər hər iki zolaqda hərəkətin düzünə icazə verildiyini düşünürlər.  Sol zolaqla hərəkət edən sürücülər yolayrıcına çatan zaman məlum olur ki, bu zolaqdan yalnız sola dönməyə icazə verilir. Məcburi şəkildə sağ zolağa yerdəyişmə etməyə çalışan zaman isə yolda sıxlıq yaranır.
Qanunvericiliyə əsasən, bu cür intensiv hərəkət olan yollarda zolaqlar üzrə hərəkəti bildirən 1.18 nişanlanma xətti 2-3 dəfə təkrarlanmaqla yola çəkilməli, 5.8.1 nişanları isə 50-100 metr əvvəldən quraşdırılmalıdır. 
Sürücülərin təhlükəsizliyi və yol hərəkətinin düzgün təşkili üçün bu cür nöqsanların vaxtında aradan qaldırılması vacib hesab olunur.

Qeyd: Bu material Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Jurnalistika və İnkişaf Mərkəzi” İnkişaf Birliyi tərəfindən həyata keçirilən “Yol-nəqliyyat hadisələrinin təsnifatı: səbəb və nəticələrin təhlili” adlı layihə çərçivəsində hazırlanmışdır. Materialda qeyd edilən fikir və mülahizələr Agentliyin rəsmi mövqeyini əks etdirmir.

Müəllif: Səfər Əlizadə

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 23 May 2025 12:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see299

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see243

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see186

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see173

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see158

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see146

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see146

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see136

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri