Icma.az
close
up
RU
Sxadadze: “Hər kəs “Qəbələ”yə qarşı daha yaxşı görünmək istəyir”

Sxadadze: “Hər kəs “Qəbələ”yə qarşı daha yaxşı görünmək istəyir”

Icma.az, futbolpress-az saytına istinadən bildirir.

“Qəbələ”nin baş məşqçisi Kaxaber Sxadadze klubun saytına müsahibə verib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis komandanın çıxışı və hədəfləri haqda danışıb:

– “Qəbələ”nin cari mövsümdə keçirdiyi 4 oyunu necə qiymətləndirirsiz? Komandadan istədiklərinizi ala bilirsiz?
– Komandamın indiyə qədər göstərdiyi oyundan razıyam. Məncə, nəticələrimizin də yaxşı olduğunu demək olar. Futbolçularım çox diqqətlidirlər və verdiyimiz bütün tapşırıqları hərtəfərli yerinə yetirirlər. Onların məşqlərdə əziyyət çəkməsi, işləməsi məni tam qane edir.

– Müsahibələrinizdə digər komandaların hər birinin “Qəbələ”yə qarşı xüsusi motivasiya ilə oynadığını bildirmisiz. Sizcə, bu “Qəbələ”nin əleyhinədir yoxsa lehinə?
– Əlbəttə ki, “Qəbələ”yə qarşı bütün klubların motivasiyası böyükdür. Çünki, komanda daha öncə Premyer Liqada mübarizə aparıb və böyük uğurlara imza atıb. Hər kəs “Qəbələ”yə qarşı daha yaxşı görünmək istəyir. Biz bütün rəqiblərimizə hörmətlə yanaşırıq və yanaşmalıyıq. Bu, oyunçularımızın daha da diqqətli olmalarına səbəb olur.

– I Liqada mübarizə aparan klubların bir çoxu ot örtüyü problemi yaşayır. Bu cür meydançalarda oynamaq komandanın çıxışına necə təsir edir?
– Bəli, mən dəfələrlə qeyd etmişəm ki, meydançaların vəziyyəti ürəkaçan deyil. Belə olduğu halda isə, yaxşı oynamaq, gözəl futbol göstərmək çətin olur. Bu yalnız “Qəbələ”yə deyil, bütün klublara çətinlik yaradan səbəbdir. Bu cür ot örtüklərində heç bir komanda istədiyi oyunu nümayiş etdirə bilmir.

– Komandanın cari mövsümdə əsas hədəfi, heç şübhəsiz, çempionluqdur. Çoxları isə “Qəbələ”nin asanlıqla bunun öhdəsindən gələcəyini düşünür…
– Çempionat çox çətin və ağırdır. Heç kim deyə bilməz ki, bu liqada çempion olmaq asan əldə edilə biləcək nəticədir. Fərqli komandalar, fərqli oyunlar var. İlk gündən mən bildirmişdim ki, çempionat çətin keçəcək. Bu baxımdan nə baş verəcəyi ilə bağlı proqnoz vermək çətindir. Lakin əlimizdən gələni edirik ki, bu il I Liqanı çempion kimi başa vuraq.

– Çempionatın növbəti turunda keçiriləcək “Difai” ilə oyuna hazırlıq necə gedir?
– Çempionatın ötən turunda keçirdiyimiz “Baku Sportinq”lə oyundan sonra komandanı bir neçə günlük istirahətə buraxdıq. Daha sonra yenidən bir araya gələrək məşqlərimizə start verdik. Oyunçularımız da sevərək, yorulmadan çalışırlar, məşq edirlər ki, istədiyimiz nəticəni əldə edə bilək. Məşqçilər heyəti olaraq, komandamızın hazırlığından da razıyıq. Sadəcə bir problem sayılacaq nüans odur ki, 3 futbolçumuz U-21 millisinin heyətindədir. Onlar isə yalnız matça 2 gün qalmış komandaya qoşulacaqlar. Digər bütün proseslər isə istədiyimiz kimi gedir.

– Son turda səfərdə “Baku Sportinq”i 2 cavabsız qolla məğlub etdiz. Rəqibin meydançası isə, məlum olduğu kimi, olduqca pis vəziyyətdə idi. Artıq kubok oyununun da püşkü atılıb. “Qəbələ” 2-ci təsnifat mərhələsində öz meydanında məhz “Baku Sportinq”lə qarşılaşacaq. Kubok oyunu ilə bağlı fikirləriniz maraqlıdır…
– Kubok oyunlarımız hələ start götürməyib. Ona qədər isə bizim hələ vacib çempionat oyunlarımız var. Ayın 19-u “Difai” ilə qarşılaşırıq. Ona görə hazırda məhz bu matça köklənmişik. Yalnız növbəti oyunumuz hansıdırsa, ona hazırlaşırıq. Bir neçə oyun sonranı indidən düşünmək, hələ tez olar. Bu səbəbdən hazırkı durumda yalnız növbəti matça ciddi şəkildə hazırlaşmaqdan başqa fikrimizi heç nəyə yönəltmirik.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:175
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 04 İyun 2026 12:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see407

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see318

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see298

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see292

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see279

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see278

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see271

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see269

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see267

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see244

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see231

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see225

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see223

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see222

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see222

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see219

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see215

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see210

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see209

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri