Icma.az
close
up
RU
Статья не опубликована
Tabutlarla evdən çıxarılan kitablar: onları necə qoruyaq? ictimai müzakirəyə təqdim edir

Tabutlarla evdən çıxarılan kitablar: onları necə qoruyaq? ictimai müzakirəyə təqdim edir

Aznews.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Görkəmli alimlərin və yazıçıların şəxsi kitabxanaları onların bilik dünyasının, düşüncə tərzinin və elmi axtarışlarının ayrılmaz hissəsidir. Lakin bu dəyərli irs çox vaxt sahibsiz qalır və ya itib-batır. Azərbaycan reallığında alim və yazıçı kitabxanalarının taleyi hələ də sistemli bir yanaşma tələb edən məsələ olaraq qalır.

Bu problemin mahiyyətini və həlli yollarını araşdırmaq üçün AzNews.az ilk olaraq sabiq deputat Etibar Əliyevin fikirlərini öyrənib.

O əməkdaşımıza bildirib ki, tarixi bioqrafiyaları oxuduqca görkəmli şəxslərin çox vaxt ata-babalarından miras qalan zəngin kitabxanalara sahib olduqları aydın olur:

“Lakin zaman keçdikcə bu kitabxanaların taleyi qeyri-müəyyən qalır, bəzi hallarda isə dəyərli əlyazmalar və kitablar itib-batır. Bu, düşündürücü və ürək ağrıdan bir problemdir. Çünki istedadlı şəxslər uzun illər boyu böyük zəhmət hesabına topladıqları kitablar və əlyazmalarla öz şəxsi kitabxanalarını yaradıblar. Onların bir çoxunun böyük kitabxana yaratmaq, qeydlər aparmaq kimi vərdişləri olub. Lakin onlar dünyadan köçdükdən sonra bu xəzinə bəzən diqqətdən kənarda qalır və ya dəyərsiz bir əşya kimi dəyərləndirilir”.

Keçmiş deputat qeyd edib ki, Qərb ölkələrində bu məsələyə daha həssas yanaşırlar:

“Orada alimlər və mütəfəkkirlər çox vaxt vəsiyyətnamələrində kitabxanalarını akademik qurumlara, muzeylərə və ya ictimai kitabxanalara bağışlayırlar. Beləliklə, onların topladıqları qiymətli kitablar gələcək nəsillər üçün qorunub saxlanılır və elm dünyasına töhfə verir. Azərbaycanda isə belə bir praktika geniş yayılmayıb. Əksər hallarda görkəmli alimlərin və yazıçıların şəxsi kitabxanaları onların varisləri tərəfindən dəyərsiz əşyalar kimi qəbul edilir. Nəticədə, bu kitablar zibilliyə atılır və ya satılır. Halbuki bu kitabların elmi araşdırmalar üçün çox böyük əhəmiyyəti ola bilər. Məsələn, görkəmli alim Azad Mirzəcanzadənin kitabxanasının taleyi naməlumdur. Onun evində olarkən otaqların və dəhlizlərin kitablarla dolu olduğunu görmüşdüm. O, bir dəfə mənim kitabxanamdan bir kitab istəmişdi, aparıb ona vermişdim. Lakin indi o kitabların harada olduğunu bilmirik. Düzdür, o, müəyyən elmi kitablar yazıb və həmin kitablar çap olunub. Ancaq onun şəxsi qeydləri, istifadə etdiyi mənbələr, arxiv materialları harada qalıb? Bu cür suallar çoxdur və çox vaxt cavabsız qalır”.
Etibar Əliyev vurğulayıb ki, görkəmli şəxslərin kitabxanalarında onların şəxsi kolleksiyaları üçün xüsusi guşə yaradılmalıdır.
“Bu guşələrdə həmin şəxslərin kitabları, əlyazmaları və qeydləri saxlanmalı, gənclər üçün açıq olmalıdır. Belə bir təşəbbüs həm mütaliə mədəniyyətini inkişaf etdirər, həm də böyük şəxsiyyətlərin elmi və ədəbi irsini gələcək nəsillərə ötürməyə kömək edər. İllər əvvəl universitet kitabxanalarındakı nadir kitabların çoxunun zibilliyə atıldığını eşitmişdim. Sovet dövründə aparıcı universitetlərə nadir kitabların nüsxələri verilirdi. Ola bilər ki, onların çoxu məhv edilib. Bu yaxınlarda bir universitetdə qədim kitablarla necə davranıldığını görəndə açıq şəkildə təəssüfləndim. Halbuki 100-150 il əvvəl çap olunmuş bu kitabların xüsusi mühafizə mühiti yaradılmalıdır. Hazırda şəxsi kitabxanamda 4 mindən çox kitab var. Dünyadan köçməmişdən öncə onları hansısa universitetə və ya kitabxanaya bağışlamaq üçün vəsiyyətnamə yazacağam. Bu, ən azından öz şəxsi kitab kolleksiyamın qorunması üçün atacağım bir addım olacaq”.
Bu məsələ ilə bağlı rəsmi qurumlarında fikrini öyrənmək üçün Mədəniyyət Nazirliyinə üz tutduq.
Nazirlikdən bildirildi ki, dövlət mülkiyyətində olan kitabxanaların fondlarını zənginləşdirmək onların əsas vəzifələrindən biridir. Əgər yaradıcı şəxslərin yaxınları kitabxanalarını Nazirliyə bağışlamaq təşəbbüsü ilə çıxış edərlərsə, bu kitablar qəbul ediləcək, çeşidlənəcək və qanunvericiliyə uyğun olaraq saxlanılacaq.

“Bu praktikaya misal olaraq, dahi dramaturq Hüseyn Cavidin qızı Turan Cavid atasının bütün arxivini Mədəniyyət Nazirliyinə bağışlayıb. Nazirlik isə bu materialları qoruyaraq kitabxanalara yerləşdirib və onların mühafizəsini təmin edib”.

Alim və yazıçı kitabxanalarının qorunmasında universitetlərin də üzərinə böyük məsuliyyət düşür. Sosial şəbəkələrdə bu barədə gedən müzakirələrdə təklif səslənir ki, işğaldan azad olunan bölgələrdə açılan universitetlər təşəbbüs göstərməli, ziyalılara müraciət edərək onların kitabxanalarını əldə etməlidir. Lakin universitetlərin bu məsələyə yanaşmaları, deyəsən, fərqlidir.

Qarabağ Universitetinin mətbuat xidmətindən əməkdaşımıza bildirilib ki, bu məsələ ilə bağlı sualın aidiyyəti qurumlara ünvanlanması daha məqsədəuyğundur.
Xəzər Universiteti isə fərqli mövqe sərgiləyib. Universitetin suala cavab verən əməkdaşı vurğulayıb ki, bir çox məşhur şəxslər öz kitabxanalarını onlara bağışlayıblar:

“Hazırda Xəzər Universitetinin kitabxanasında 220 mindən artıq kitab var”.

Rəfiqə Namazəliyeva,
AzNews.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:41
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 11 Fevral 2025 20:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see412

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see276

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see223

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see204

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see180

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see159

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see157

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see157

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see157

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see144

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see140

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see139

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see139

Tanınmış şirkətin milyon yarımlıq dələduzluğu işində Hökm oxundu

04 Dekabr 2025 11:29see135

Neymar və het trik

04 Dekabr 2025 09:17see135

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see130

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see128

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see127

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see127

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri