Icma.az
close
up
RU
Tacikistan spikeri: Azərbaycan beynəlxalq platformaların mərkəzidir! ÖZƏL

Tacikistan spikeri: Azərbaycan beynəlxalq platformaların mərkəzidir! ÖZƏL

Modern.az saytına istinadən Icma.az xəbər verir.

Oktyabrın 29-da Milli Məclisdə Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunmuş “Konstitusiya müasir dünyada dövlətlərin müstəqilliyinin və suverenliyinin təməli kimi” mövzusunda keçirilən beynəlxalq konfransda 20-dən çox ölkənin parlamentariləri iştirak edib.

Konfransda iştirak etmək üçün Azərbaycana gələn Tacikistan Parlamentinin spikeri Faizali İdizoda bu gün İçərişəhəri ziyarət edib. O, İçərişəhərdə Modern.az-ın suallarını cavablandırıb.

Saytımıza açıqlamasında Tacikistan Parlamentinin spikeri Faizali Idizoda bildirib ki, bu gün Azərbaycan beynəlxalq platformaların mərkəzi hesab olunur:

“Biz günəşli Tacikistandan Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30 illiyini qeyd etmək üçün gəlmişik. Azərbaycan bizim üçün qardaş və dost ölkədir. Ölkə başçılarımızın olduqca yaxşı dostluq əlaqələri var. Deputatlarımız sizinlə birlikdə bu bayramı qeyd etməyə gəldilər. Biz azərbaycanlı deputatlarla yaxın olmaq istəyirik. Düşünürük ki, yaxşı əlaqələr saxlamağımız iki qardaş xalqı daha da yaxınlaşdıracaq. Azərbaycan konstitusiyası ölkənin inkişafı üçün vacib rol oynayır. Azərbaycan bu gün dünyada demokratik ölkə kimi məşhurdur. Bu gün Azərbaycan beynəlxalq platformaların mərkəzi hesab olunur. Bu istiqamətdə hörmətli Prezident cənab İlham Əliyev və parlamentin rolu var".

Spiker vurğulayıb ki, iki ölkə arasında 94 beynəlxalq razılaşma mövcuddur: "Bu razılaşmalar bütün dövlətlərarası məsələləri tənzimləyir. Biz dostluq və əməkdaşlıq qruplarının əlaqələrini daha da gücləndirəyəcək, xüsusilə parlamentlər arasında gələcək əməkdaşlıq yüksək səviyyədə inkişaf edəcək".

Faizali İdizoda Qarabağa səfər edib-etməyəcəyi ilə bağlı sualımıza isə belə cavab verib: "İmkan olsa, növbəti səfər zamanı Qarabağa mütləq gedəcəyik".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://modern.az
archiveBu xəbər 30 Oktyabr 2025 19:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri