Taekvondoçularımızdan Qazaxıstan və Özbəkistanda 6 medal FOTO
Icma.az, Idman.biz portalına istinadən məlumat verir.
Azərbaycan taekvondoçuları Qazaxıstan və Özbəkistanda keçirilən açıq beynəlxalq turnirlərdə ölkəmizi uğurla təmsil ediblər.
İdman.biz xəbər verir ki, bu barədə Taekvondo Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Qazaxıstanın Almatı şəhərində keçirilən yarışda Rüqəyyə Əliyeva (28 kq) və Aylin Salahlı (41 kq) qızıl, Çilingir Gökalp (36 kq) gümüş medal qazanıblar.
Daha sonra Özbəkistanın paytaxtı Daşkənddə yola düşən təmsilçilərimiz “Grand Master” taekvondo klubunun təşkilatçılığı ilə keçirilən turnirdə qüvvələrini sınayıblar. Klub üzvlərindən Çilingir Gökalp (36 kq) bu dəfə bütün rəqiblərini məğlub edərək qızıl medal əldə edib. Aylin Salahlı (41 kq) çempionluğunu bir daha sübut edib. Rüqəyyə Əliyeva (28 kq) fəxri kürsünün ikinci pilləsində qərarlaşıb.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 11 İyun 2025 15:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















