Icma.az
close
up
RU
“Tağıyev” filmini kinoteatrlarda 200 mindən çox tamaşaçı izləyib

“Tağıyev” filmini kinoteatrlarda 200 mindən çox tamaşaçı izləyib

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Bakı Media Mərkəzinin istehsalı olan “Tağıyev” bədii filmini ölkə kinoteatrlarında bu günədək 200 mindən çox kinosevər izləyib.

XQ xəbər verir ki, bədii filmin bölümləri – “Tağıyev: Neft”, “Tağıyev: Çar”, “Tağıyev: Sona” və “Tağıyev: Məktəb” ölkənin aparıcı kinoteatrlarında böyük maraqla qarşılanıb. Kinoteatrlar rəsmi statistikanı açıqlayaraq ekran əsərini “Ən çox izlənilən Azərbaycan filmi” elan ediblər.

Azərbaycan tarixinin tanıdılması və milli dəyərlərin təbliğində vacib əhəmiyyət kəsb edən 4 hissəli filmin ilk bölümü “Tağıyev: Neft” xeyriyyəçinin vəfatının 100 illiyinin qeyd olunduğu 2024-cü ildə təqdim olunub. “Tağıyev: Məktəb” bölümünün təqdimatı isə Qızlar Məktəbinin yaranmasının 125 illik tarixinə – 2026-cı ilə təsadüf edib. İctimai maraq nəzərə alınaraq filmlərin kinoteatrlarda nümayişi davam etdirilir.

Uğurlar və beynəlxalq təqdimatlar

Filmlərin ölkə daxilində və xaricində geniş təqdimat mərasimləri keçirilib. “Tağıyev: Neft” filmi 98-ci "Oskar" mükafatının “Ən yaxşı beynəlxalq bədii film” kateqoriyasında Azərbaycanın rəsmi namizədi seçilib və Los-Ancelesdə təqdimatı baş tutub. 2026-cı ildə film Londonda, məşhur BAFTA mərkəzinin "Princess Anne Theatre" zalında xarici auditoriyaya təqdim olunub. Ekran əsəri, həmçinin “Dehancer Colourist Awards 2024” festivalında rəng korreksiyası nominasiyasında qalib gəlib, “Dədə Qorqud” film festivalında isə baş rol ifaçısı, Xalq artisti Pərviz Məmmədrzayev “Ən yaxşı kişi rolu” mükafatını qazanıb.

Möhtəşəm çəkiliş miqyası

XIX əsrin sonu və XX əsrin əvvəlində Bakıda baş verən tarixi hadisələrdən bəhs edən film miqyasına görə Azərbaycan kinematoqrafiyası tarixinə düşüb. 76 fərqli məkanda çəkilən filmdə 2500 nəfərə yakın yaradıcı heyət və kütləvi səhnə iştirakçısı yer alıb, 300-dən çox xüsusi dekorasiya hazırlanıb. Tarixi dövrü tam əks etdirmək üçün xüsusi geyim emalatxanası yaradılaraq çoxlu sayda libas və rekvizitlər ərsəyə gətirilib.

Filmin baş prodüseri Arzu Əliyeva, prodüseri Orman Əliyev, quruluşçu rejissoru Zaur Qasımlı, ssenari müəllifləri İsmayıl İman, Asif İsgəndərli və Zaur Qasımlı, bəstəkarı isə Etibar Əsədlidir.

Qeyd edək ki, Azərbaycan Milli Kino Günü münasibətilə "CinemaPlus" kinoteatrlarında avqustun 9-dək "Tağıyev Film Həftəsi" keçirilir və 4 bölümün hər biri yenidən böyük ekranda təqdim olunur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 04 Avqust 2026 15:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see373

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see365

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see283

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see250

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see242

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see237

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see235

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see227

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see217

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see216

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see209

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see196

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see196

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see190

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see189

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see180

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see180

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see173

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see168

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri