Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

Tağıyev: neft filminə tərcüməsiz baxan fransız nəyi necə görəcək

Tağıyev: neft filminə tərcüməsiz baxan fransız nəyi necə görəcək

Icma.az, Missiya.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Kinoteatrlardan tamaşaçı nəfəsinin kəsildiyi illəri xatırlayanda köks ötürməyə bilmirsən. Qorxurduq, deyirdik ölkədə film sənayesi çökdü, kinoteatrlar kababxanaya çevrildi, tamaşaçı həvəsi öldü. Bu o illər idi ki, ölkə yenicə müstəqil olmuşdu, əlində-ovcunda təkcə yaralanmış-yarılanmış məmləkəti qalmışdı. 

Nə yaxşı yanıldıq. Məmləkət də bütövləşdi, film sənayesi də dirçəldi. Əziyyəti olanlara əbədi minnətdarlıq düşür. Bu sırada Bakı Media Mərkəzinin xüsusi rolu var. Mədəniyyətin ən çətin janrı olan kinomuzu yenidən ayağa qaldıra bildilər. Əlbəttə xeyli sayda şirkətlər var və onların çəkdikləri də kino sənayesinə töhfə oldu. Hansı güclü idi, hansı zəif idi, hansının çəkdiyi daha baxımlı idi, bu barədə başqa yazılarda danışarıq. Əsas odur meydana rəngarəng filmlər çıxdı. 

Peşəkarlar bilir, film deyəndə xüsusən tammetrajlı ekran əsəri nəzərdə tutulur. Belə ekran əsərlərini yaratmaqda Bakı Media Mərkəzinin bacarığı alqışa layiqdir. Həmin alqışı "Tağıyev: neft" filminin final səhnəsində tamaşaçıların reaksiyasının nəticəsində eşitdim. Düzdür alqış teatrda, konsertdə olar, belə münasibət film üçün yaddır, amma mahiyyətə varanda anlayırsan ki, tamaşaçı bəyəndiyini göstərmək istəyib. Nə fərqi var necə göstərib. 

Bəyənməmək mümkünsüzdür. Ssenaridən başlayıb, kütləvi səhnələri əks etdirən kadrlara qədər böyük əmək sərf olunduğu anındaca görünür. Aktyor oyununa söz ola bilməz. Filmdəki əksər rolların ifaçıları ilə yoldaşlıq münasibətim var. Filmə baxandan sonra onlara mesaj yazıb bizə yaşatdıqları zövqə görə təşəkkürümü bildirdim.

 Filmin məzmun qayəsini inam təşkil edir. İki inanclı var, biri dinin, o biri hissin pəncərəsindən baxır. Hiss qalib gəlir - 4 ildən sonra neft fontan vurur. Xeyir, bu hadisə dinin uduzması anlamını vermir. Din müstəvisində molla uduzur. Mollalıq edən mollalar həmişə uduzublar. Ticarətçi fəhminin vacibliyi də filmdə qabardılır. Tağıyev böyük riskə gedərək hamının əlini üzdüyü barsız torpağı satın alır. 

4 ildir ac-susuz, pulsuz neft axtaran fəhlələrin obrazlarını yaradan aktyorlar həqiqətən möhtəşəm rol ifa edirlər. Onların min əzabla məşəqqətə dözmələri azərbaycanlı xarakterinin - "...dar gündə atıb getməzlər" gerçəyinin nümayişidir. 

Tağıyevin neft sevdasının ailə sevgisini üstələməsi faciə ilə nəticələnir. Gələcəyin milyonçusunun həyat yoldaşı kasıblıq xəstəliyinə - vərəmə qurban gedir. Yaşlanmış və hər şeyi əlindən alınmış Tağıyev obrazı xarici jurnalistin sualına cavab verəndə ailənin hər şeydən vacib olduğunu deyir. 

Xarici jurnalist də ailəsindən söz açır. O da anasızlığın, atasızlığın dərdini yaşayanlardandır. Hacının səmimi söhbəti jurnalisti də kövrəldir. Azərbaycanlı istiqanlıdır - filmdə bunu da görürük. 

Ortada yoldan çıxmış, qoçuluq eşqinə düşmüş biri də var. Dözmür, hətta Tağıyevin oğlu ilə səmimi dost olmasına baxmayaraq, uşağın da sözünə məhəl qoymayıb barsız torpağı tərk edir. Çılğınlığımızı göstərən nümunə. 

Filmdə xarici iş adamı ilə azərbaycanlı iş adamının fərqini də çox aydın görə bilirik. Xarici 4 ildən sonra "yaramaz ərazi"ni satır, bizimki inamının gücü ilə oranı alır. 

Qızıl satan kişi obrazı da hərisliyin, görməmişliyin nümunəsidir. Əsl qızıl saatı gizlədib, müştəriyə saxta qızıl saatı sırayır. 

Qəfil ölərək buxtanın ətrafına düşən qarğa da ətrafda neft olduğunun siqnalını verir. Hələ bir kiçik detal da var, adam ayağının altına baxmadan böcəyi əzib keçir. Dövrün amansızlığını göstərir - süründünmü ayaq altında qalıb əziləcəksən. 

Öz dininə uduzmuş mollanın Tağıyevin oğlunu tora salmaq istəyi də şarlatanlığın o dövrdəki dərəcəsindən xəbər verir. Ananın ölümünün atanın günahı olduğunu oğulun üzünə deyən mollalar bu gün məmləkətin qürur simvollarına çevrilənlərin həyatını cəhənnəmə döndərmişlərdən olublar. 

"Xortdanın cəhənnəmdən məktubları" əsərini xatırlayıram. Mistikaya baxın, dünən Gənc Tamaşaçılar Taetrında eyni adlı əsərin tamaşasına baxdım. Tağıyev filmindəki mollanın obrazı həmin tamaşada da var idi. Sevgililərin onun evinə sığınmasından istifadə edən molla qızı özünə siğə etdirir. O molla yeriyəndə qarışqanı tapdamasın deyə, yolları süpürürlərmiş. Ayağın altında qalmayan qarışqanı süpürgə əzib məhv edirmiş. Səhnədə cəhənnəmi göstərirlər, "qəhrəmanımız" ətrafı süpürür. 

Beləsi təbii ki, Tağıyevə qalib gələ bilməz. İki obraz var: biri Allahı hər yerdə görür, biri ancaq göydə. Kim daha haqlıdır? "Tağıyev: neft" filmində bu suala verilən cavab həm qəşəngdir, həm dəqiqdir, həm də bizimkidir. 

"Öz filmimizi çəkək" deyənlərə şad xəbər: "Tağıyev: neft" filmi məhz Azərbaycan simalıdır. Filmə baxan fransız, lap elə tərcüməsiz də azərbaycanlının hansı keyfiyyətlərə məxsus olduğunu görər, belə keyfiyyətli xalqa heyran da olar. 

Ardı olacaq. "Tağıyev: neft" filminin ikinci bölümü çəkilir. Əminəm, 1920-ci il tarixindən bəhs edən səhnələr müstəqilliyi 23 ay çəkən Azərbaycanı 70 ildən sonra əbədi müstəqillk zirvəsinə çatdıran xalqın düşüncə tərzini, yaşam fəlsəfəsini yaradıcı heyətin bacarığı sayəsində ustalıqla göstərəcək. 

Ceyhun Musaoğlu


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:153
embedMənbə:https://missiya.az
archiveBu xəbər 09 Dekabr 2024 11:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see318

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see289

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see286

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see267

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see260

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see248

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see243

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see241

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see234

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see217

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see212

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see201

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see195

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see191

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see189

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see188

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see181

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see175

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see172

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

10 Noyabr 2026 11:18see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri