Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Tağıyevin qızına qulluq edən tələbə 30 İL SONRA DANIŞDI

Tağıyevin qızına qulluq edən tələbə 30 İL SONRA DANIŞDI

Icma.az bildirir, Bakupost portalına istinadən.


1971-ci ildə anadan olan Sevinc Mustafayeva 1990-cı ildə Bakı Baza Energetika Texnikumunda təhsil alıb. Həyatın maraqlı təsadüfləri nəticəsində onun yolu qısa müddətlik də olsa, Azərbaycanın tanınmış milyonçusu Hacı Zeynalabdin Tağıyevin qızı, atasının irsinin qoruyucusu Sara Tağıyeva ilə kəsişib. Gənc tələbə olmasına baxmayaraq, Sevinc xanım Sara Tağıyevanın ömrünün son illərində evinə gedib-gəlib, ona qulluq edib və onunla yaxın ünsiyyət qurub.

Bakupost.az xəbər verir ki, bu qeyri-adi tanışlığın necə baş verdiyini Sevinc Mustafayeva Musavat.com-a verdiyi müsahibədə danışıb:

-Mən fəal tələbə və texnikumun gənclər təşkilatının nümayəndəsi idim. Günlərin bir günü təşkilatın sədri Şəmsəddin müəllim məni yanına çağırdı və dedi ki, təşkilatın adından bir xanıma gedib qulluq etməliyəm. Mən o xanımın kim olduğunu bilmirdim. Onu da qeyd edim ki, mənə qədər də iki tələbə onun evinə gedib, qulluq etmişdi. Beləliklə, razılaşdıq ki, hər gün günorta gedib onun nahar yeməyini verəcəyəm. Bunu 20 dəqiqəlik tənəffüs zamanı etməliydim ki, dərslərə gecikməyim. Yeməklər təşkilat tərəfindən yeməkxanadan hazır formada mənə təqdim olunacaqdı. Cavan qız idim, sevinirdim ki, vaxtımı boş keçirməyəcəyəm və kiməsə kömək edəcəyəm. Bir məsələni də qeyd edim ki, mən rus dilini çox yaxşı bilirdim. Bəlkə də ona görə Şəmsəddin müəllim məni seçmişdi. Çünki Sara xanım da rusdilli idi. Onun evi M.Ə. Sabir adına məktəbə çox yaxın yerdə yerləşən beş mərtəbəli binanın birinci mərtəbəsində idi.

-Sara xanım sizi necə qarşıladı?

- 91 yaşı var idi və gözü görmürdü. Məni onun yanına aparanda əli ilə mənə toxundu. O, bir dəfə toxunmaqla qarşısındakının kim olduğunu bilirdi. Hər dəfə onun evinə gedəndə kilidi açarkən əlini mənə toxundurub deyirdi: “Seviçka, eto tı?”. Onun icazəsi olmadan ikinci bir adam evinə girə bilməzdi. Çox kübar və ciddi xanım idi.

-Evdə vəziyyət necə idi?

-Evə girəndə anladım ki, təkcə nahar verməklə kifayətlənmək olmaz. Sara xanımın özü də baxımsız vəziyyətdə idi. Hər yer kir içində idi. Ona görə də həmin bir otaqlı evi də səliqəyə salmağa başladım. Artıq onun kimin qızı olduğunu bilirdim və ona qulluq etməyi fəxr hesab edirdim.

Ondan daha çox hansı yeməyi xoşladığını soruşdum. Bildirdi ki, badımcan qızartmasını və soğanı sevir. Mən onun meyvəsini də əskik etməzdim. Çox az yeyirdi. Hətta öz evimizdə yemək hazırlayıb aparırdım.

O, səliqəyə də çox fikir verirdi. Ancaq belə bir xüsusiyyəti də var idi ki, nəyisə xoşalmırdısa, onu etmək olmazdı. Məsələn, stolun üstündə nəsə var idisə, icazəsiz heç kim ona toxuna bilməzdi. Gərək hər şey onun icazəsi ilə edilərdi. Əks halda onda aqressiya yarada bilərdim.

Gedəni-gələni yox idi, tək yaşayırdı. Bəzən isə jurnalistlər gəlib müsahibə götürürdülər. Qulağı eşitmirdi, bunun üçün qulaq aparatı alıb taxmışdılar. Rus dilində çox gözəl danışırdı.

-Nə qədər müddət ona qulluq etdiniz?

-Bir il ona qulluq etdim. 1991-ci ilin noyabr ayının axırlarında onun evinə gedəndə evdə orta yaşlı bir kişi gördüm. Sara xanım onu mənə təqdim etdi və bildirdi ki, onun oğludur və Rusiyadan gəlib. O bildirdi ki, bundan sonra oğlu ona baxacaq, buna görə də daha getməyə bilərəm. Bundan sonra Şəmsəddin müəllimə bu haqda məlumat verdim və daha onlara getmədim. Üstündən bir ay keçmişdi ki, Sara xanımın rəhmətə getdiyini eşitdim.

-Sara xanım sizinlə nə barəsində danışırdı?

-Evdə bir divanı, onun qarşısında da stolu var idi. Həmişə o divanda sakitcə oturardı. Həm ciddi, kübar, həm də mehriban qadın idi. Atası ilə bağlı haralara müraciət etməsindən bir dəfə bəhs etmişdi. Həmişə deyirdi ki, təhsilini ali məktəbdə davam etdir. Atasından heç nə demirdi. Mənə bildirirdi ki, səhərlər yatır, ona görə də ancaq günortalar onlara gedə bilirdim. Onun yeməyini qarşısına qoyurdum, o yeyirdi, mən isə dərsə tələsirdim. Bəzən dərsə gecikirdim. Xəlil müəllim biləndə ki Sara xanımgildən gəlirəm, mənə güzəşt edirdi.

-Onu başqa heç kim ziyarət etmirdi?

-Mən olduğum müddətdə görmədim. Bir dəfə qrup yoldaşlarımdan bir neçəsi onu görmək istəyirdi. Bu barədə Sara xanımdan icazə aldım. Onlar Sara xanımın evinə gələndə o, tələbələrin hər birini toxunaraq qəbul edirdi. Gözü görməsə də hissiyyatı güclü idi.

-Onunla bağlı ən çox hansı xatirəni bu günə kimi unuda bilməmisiniz?

-Onun qara rəngdə aypara formasında darağı var idi. Saçlarını yuyub qaydasına salandan sonra başına taxırdım. Deyirdi ki, sən çox təmizkar qızsan, sən gələndən evdə yaxşı ab-hava yaranıb. Çox qürurlu bir xanım idi. Heç vaxt özünü sındırmazdı. Bəzən yeməyi yubana bilərdi. Ancaq o, heç vaxt kiməsə ağız açmazdı. O qadın mənim üçün müəllimə, həyat dərsi oldu. Onun rəhmətə getməsindən çox sonra xəbər tutdum və çox pis oldum. Eşitdiyimə görə, dünyasını dəyişənə yaxın məni arzulayıbmış. Ancaq bunun nə dərəcədə real olduğunu bilmirəm.

Qeyd edək ki, Sara Tağıyeva 1991-ci ildə dekabrın 15-də dünyasını dəyişib. Onun tabutu ilk dəfə laylay eşitdiyi evdən - indiki Tarix Muzeyindən qaldırılıb.

1990-cı illərdə söhbət zamanı bu hadisəni çox böyük təəssüflə xatırlayıb:

"Azərbaycan Tarix Muzeyi atamın mülkü idi. Mən 1899-cu ildə o əzəmətli evdə doğulmuşam. Uşaqlığım, gəncliyim, ömrümün ən xoş anları, günləri orada keçib. Getmişdim ki, bir necə dəqiqə sadəcə o binanın daş pillələrində oturum, xəyalən də olsa, o xoş günlərimi, ata-analı anlarımı "yaşayım”. Buna da Püstəxanım icazə vermədi. (Akademik Püstəxanım Əzizbəyova qatı bolşevik Məşədi Əzizbəyovun nəvəsi idi və uzun illər həmin muzeyin direktoru olub). Onun babası Məşədini mənim atam xaricdə oxudub sonra da Bakıda işlə təmin edib. Nə deyim? Çox fani dünyadır".


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 21 Aprel 2026 22:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see367

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see289

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see270

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see250

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see249

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see233

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see227

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see224

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see214

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see211

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see206

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see204

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see203

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see201

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see200

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see199

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see195

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see188

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see179

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri