Icma.az
close
up
RU
Tahir Əmiraslanov: “Əgər belədirsə, gəlin, rus restoranlarının hamısını bağlayaq”

Tahir Əmiraslanov: “Əgər belədirsə, gəlin, rus restoranlarının hamısını bağlayaq”

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Rusiya Kommunistləri” Partiyası Baş nazir Mixail Mişustinə Rusiyaya düşmən olan ölkələrin mətbəxini təqdim edən iaşə obyektlərinə xüsusi vergi tətbiq etmək təklifini göndəmək niyyətindədir. 

Bu barədə “Abzas” nəşrinə müsahibəsində partiyanın sədri Sergey Malinkoviç deyib. "Rusiyaya düşmən olan ölkələrin mətbəxini təbliğ etmək düzgün deyil. Bu ölkələr rus mətbəxi restoranlarını inkişaf etdirməyə kömək etmirlər. 

Belə restoranlar faktiki olaraq həmin ölkələrdə yoxdur", - Malinkoviç hesab edir. Bundan əlavə, Malinkoviç Azərbaycan və Türkiyə yeməkləri təqdim edən kafelərin xüsusi vergiyə cəlb edilməsi ilə bağlı müzakirələrin aparılmasına çağırır. 

“Cebheinfo.az”-a açıqlamasında Milli Kulinariya Mərkəzinin sabiq baş direktoru Tahir Əmiraslanov bildirib ki, ölkəmizdə kifayət qədər rus restoranı var: 

“Əgər belədirsə, gəlin, hamısını bağlayaq. O zaman Azərbaycanda fəaliyyət göstərən rus restoranlarına da müvafiq qaydada “зеркальный” (güzgü prinsipi) əsasında xüsusi vergi tətbiq olunsun. Burada qeyri-adi heç nə yoxdur. Qarşılıqlı şəkildə biz də edək. Onsuz da guya bizim mətbəximizi oğurlamayıblar? Guya indiyə qədər bizə qarşı heç bir təcavüz olmayıb? 

Guya Rusiyadakı restoranlar vergi vermirlər? Üstəlik, Rusiyadakı restoranlarda işləyənlərin əksəriyyəti elə ruslardır. Əgər orada işləyə bilməsələr, Azərbaycanda da aşpaz tələb olunur. Azərbaycanlı aşpazlara Türkiyədə, başqa ölkələrdə də tələbat var. Göndərəcəyik, işləyəcəklər. Burada heç bir problem yoxdur”. 

Tahir Əmiraslanov qeyd edib ki, siyasətin ağırlığı sadə insanların üzərinə düşüb:

“Hazırda Azərbaycanla Rusiya arasında strateji müttəfiqlik münasibətləri mövcuddur. Mən siyasətçi deyiləm, siyasətdən də başım çıxmır. 

Amma görünən odur ki, siyasətin ağırlığı sadə insanların üzərinə düşüb. Belə deyirlər, nə olsun? Rusiya bu məsələ ilə bağlı hər hansı sənəd hazırlayıbmı? İndiki vəziyyətdə hərbə- zorba gəlir. 

Rusiyadakı restoranların əksəriyyətində ruslar və yəhudilər şərikdirlər. Ola bilsin ki, yalnız kiçik restoranlar azərbaycanlılara məxsusdur. Ümumiyyətlə, Rusiyanın bütün xidmət orqanları oradan düz və ya əyri yolla çörək yeyir. Bu, bütün dünyada belədir”. 

Əfsanə Rəcəb 
“Cebheinfo.az”

Açar sözlər: rus restoranları Tahir Əmiraslanov Malinkoviç

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 18 İyul 2025 12:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri