Icma.az
close
up
RU
Tahir Kərimlidən ittihamlara qəribə reaksiya

Tahir Kərimlidən ittihamlara qəribə reaksiya

GlobalInfo saytına istinadən Icma.az xəbər verir.

“Qardaşım haqqında yayılan məlumatlarda diqqət mərkəzinə mən gətirilirəm. Bu da məhz 20 yanvar faciəsinin 36-cı ildönümündə edilib. Təsadüfi deyil…”

Globalinfo.az xəbər verir ki, bunu Pravda.az-a açıqlamasında sabiq deputat, Vəhdət Partiyasının keçmiş rəhbəri, partiyanın Baş Məclisinin sədri Tahir Kərimli bildirib.

T.Kərimli və partiya rəhbərliyi arasında soyuq münasibətlər var. O, bu məsələdən danışarkən deyib: “Baxın, iki gün öncə, Vəhdət Partiyasının qərargahında 20 yanvar faciəsinə həsr olunan tədbir keçirilib, amma partiyanın qurucularından biri kimi məni dəvət etməyiblər. Amma başqaları 20 yanvarla bağlı tədbirlərə dəvət ediblər, müsahibələr vermişəm… Bu da əsasən məhkəmə hakimi kimi 1990-cı il 20 Yanvar qətliamına görə keçmiş SSRİ Prezidenti Mixail Qorbaçova ölüm hökmü çıxarmağımla bağlıdır. Qənaətim budur ki, məni gözdən salmağa hesablanmış məlumatlar partiya daxilindən ötürülür, yəni yeni kadrların işidir. Bu məlumatlar Vəhdət Partiyasının rəhbərliyinin fikrini ifadə edir! Mən nə üçün gözdən salınmalıyam, ləkələnməliyəm? Özü də məhz yanvarın 20-də… Qorbaçova ölüm hökmü çıxardığım vaxt… Bu, yanvarın 20-də deyil, 5 gün tez, 5 gec də ola bilərdi. Belə adamlar indiki iqtidarın kölgəsinə də xoş söz deyirlər. Yeni rəhbərliyin fəaliyyəti dövründə, yəni 6-7 ay ərzində partiyada sosial problemlərlə bağlı ştrix də olmayıb. Kölgəsinə yarınmaq istədikləri iqtidarın ən böyük nümayəndəsi rəhmətlik Heydər Əliyev idi. Böyük dövlət adamı mənimlə görüşəndə bildirdi ki, Qorbaçov barəsində çıxarılan ölüm hökmünü yüksək qiymətləndirir. İndi bu adamlar məni qiymətləndirməməkdə özlərini Heydər Əliyevdən də üstün tuturlar? Bəlkə demək istəyirlər ki, ölüm hökmünü çıxarmaqla səhv addım atmısan? Bu vəziyyət məni düşündürür. Hesab edirəm ki, baş verənlər təsadüf deyil, doğrunu ifadə edir. Təəssüf edirəm… Başa düşməlidirlər ki, ilahi ədalət var və bumeranq effekti verir. Partiyada yüksək vəzifəyə təyin etdiklərim böhtan atır ki, qardaşım 20-dən artıq şəxsdən vəzifəyə düzəltmək adı ilə pul alıb. Qardaşım 1993-cü ildən işsiz idi, belə bir imkanı olsaydı, özünə iş düzəldərdi. Bu qədər də namərdlik olmaz! Kişisiniz, məni gözdən salmaq üçün başqa üsul tapmadınız? Partiyaya gələndən işləri yalnız məndə nöqsan axtarmaqdır. Vəhdət Partiyasının bir dəfə də olsun, rəsmi iclası keçirilməyib, ştat cədvəli müəyyən olunmayıb, ağıllarına gələnləri vəzifələrə təyin ediblər. Başım çıxmır, bu adamlara nə pislik etmişəm belə?”

Xatırlatma: 2025-ci ilin iyunun 14-də Vəhdət Partiyasının növbədənkənar VI Qurultayında Adəm İsmayıl alternativsiz sədr seçilib. 27 ildir, partiyaya rəhbərlik edən T.Kərimli isə Baş Məclisin sədri seçilib. Rəhbər dəyişikliyindən sonra Vəhdət Partiyasının fəaliyyətində geriləmə müşahidə olunur, demək olar, qalmaqallarla gündəmə gəlir, yeni gətirilən kadrların davranışları narazılıq doğurur. Vəhdət Partiyası ölkədə ilk dəfə olaraq partiya sədrinin müavini vəzifəsinin funksiyalarını süni intellekt əsaslı qadın modelə həvalə etməsi sosial şəbəkələrdə müzakirələrə səbəb olub, 30 illik partiyanın yeni rəhbərliyinin addımı gülüş doğurub.

Qeyd: Adəm İsmayıl oğlu Bakuvi nizamnamə kapitalı 100 AZN “Green Park Azərbaycan” MMC və Nizamnamə kapitalı 50 AZN olan “A-3 Sənaye Tikinti İnvestisiya Karparasiyası” MMC-nin qanuni təmsilçisidir. Hər iki şirkətin fəaliyyəti hazırda “passivdir”. A.İsmayılla bağlı mətbuatda yayılan məlumatlarda qeyd olunur ki, o, daha çox tikinti sahəsində fəaliyyət göstərib, binalar inşa edib, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev və keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun kadrı kimi təqdim edilən “Akula Akif” ləqəbli Akif Mustafayevlə əlaqələri olub. Tikinti sahəsində irəli getməsinə R.Mehdiyevin dəstək verdiyi vurğulanır. Bu məlumatlar A.İsmayıl tərəfindən təkzib olunmayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:253
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 21 Yanvar 2026 11:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri