Tailandda təbii fəlakət: 23 nəfər öldü
Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.
Tailandda leysan yağışlarının səbəb olduğu daşqınlar nəticəsində 23 nəfər həlak olub.
Axar.az “The Nation” qəzetinə istinadla xəbər verir ki, sentyabrın 16-dan ölkənin Banqkok da daxil olmaqla 29 əyalətində leysan yağışları davam edir.
Tailandın Fövqəladə Halların Qarşısının Alınması və Nəticələrinin Aradan Qaldırılması Departamentinin (DDPM) məlumatına görə, təbii fəlakət 2,6 milyondan çox insana təsir edib.
Xilasetmə qrupları daşqınlardan zərər çəkmiş ərazilərdə sakinlərin təxliyəsini gücləndirib. Evlərini tərk etmək məcburiyyətində qalan insanlar üçün 200-dən çox müvəqqəti yerləşdirmə mərkəzi yaradılıb.
Hakimiyyət orqanları yağıntıların intensivliyinin azalacağını gözləyir. Bununla belə, bir sıra ərazilərdə güclü yağışlar, qəfil daşqınlar və torpaq sürüşmələri təhlükəsi qalmaqdadır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:17
Bu xəbər 29 Sentyabr 2026 20:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















