Icma.az
close
up
RU
Taksi ilə daşınmalar xeyli azaldı

Taksi ilə daşınmalar xeyli azaldı

Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakıda bir il ərzində 2 milyarddan çox səfər həyata keçirilir və bu səfərlərin strukturunda ictimai nəqliyyatın payı 30 %, fərdi nəqliyyat və taksilərin payı isə 50 % təşkil edib.

Axar.az xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə keçirilən nəqliyyat məsələlərinə həsr olunan müşavirədə deyib.

Onun sözlərinə görə, beynəlxalq təcrübə isə bunun tamamilə əksini tələb edir:

“Beynəlxalq təcrübədə ictimai nəqliyyatın payının ən azı 39-40 %, fərdi nəqliyyat vasitələrinin istifadəsinin payı isə 30 % civarında olması tələb edilir ki, rəvan mobillik mühiti yaranmış olsun. Sadə hesablamalara görə, yalnız ictimai nəqliyyata illik əsasda 300 milyon səfərin ötürülməsi vacibdir ki, yenə də qeyd etdiyimiz rəvan mobil mühit yaranmış olsun və tədbirlər bu istiqamətdə həyata keçirilib".

A. Rzayev qeyd edib ki, hesablamalara başlanarkən vəziyyətin trendi daha da pisləşmək üzrə idi: "Yəni, şəhərdə ictimai nəqliyyatın payının azalması, fərdi nəqliyyat vasitələrinin payının isə artması trendi var idi”.

AYNA-nın sədri əlavə edib ki, avtobuslarla 2024-cü ildə 28 milyon olmaqla, 2023-2024-cü illərdə 41 milyon əlavə sərnişin, dəmir yolu və metro ilə 11 milyondan çox əlavə sərnişin daşınıb:

"Taksi daşımalarında isə 32 %-lik enmə baş verib. Eyni zamanda, 2024-cü ilin son aylarında yaradılmış mikromobillik şəbəkəsi və mikromobillik xidmətində 700 mindən çox səfər həyata keçirilib. Bu da tədbirlərin trendinin dəyişməsinin və bizim istədiyimiz istiqamətdə getməsinin göstəricisidir".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://axar.az
archiveBu xəbər 28 Yanvar 2025 18:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1022

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see517

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see420

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see327

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see325

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see303

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see229

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see225

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see217

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see214

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see213

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see210

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see205

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see205

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see198

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see191

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see183

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see173

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see173

Milyonlarla manat dəyəri olan əmlaklar satışa çıxarıldı SİYAHI

10 Oktyabr 2026 15:33see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri