Icma.az
close
up
RU
Taksi sifarişi zamanı göstərilən məbləğ mənzil başına çatanda niyə DƏYİŞİR?

Taksi sifarişi zamanı göstərilən məbləğ mənzil başına çatanda niyə DƏYİŞİR?

Bizim media saytına istinadən Icma.az xəbər verir.

Son zamanlar insanların ən çox narazı qaldığı və şikayət etdiyi məsələ taksi xidmətlərindəki qiymət dəyişkənliyidir. Sərnişinlər iddia edir ki, taksi sifarişi zamanı göstərilən məbləğ mənzil başına çatanda dəyişir. Daha çox məbləğ tələb olunur. Nəticədə sürücü və sərnişin arasında gərginlik, narazılıq yaranır.
Daha bir narazılıq isə son günlərdə taksi xidmətlərindəki qiymət artımıyla bağlıdır. Bir müddət əvvəl 3 manata gedilən məsafə üçün indi az qala ikiqat qiymət tələb olunur.
Bəs, gərginliyə səbəb olan nöqsanlar niyə aradan qaldırılmır? Bunun üçün hansı addımlar atılmalıdır?
"İndi "Prius"la yox, 25-30 minlik maşınla xidmət göstərilir"
Mövzu ilə bağlı Bizim.Media-ya danışan ekspert Elməddin Muradlı bildirib ki, bu cür narazılıqların yaranmaması üçün qiymətlərin konkretləşdirilməsinə ehtiyac var:
 

MÖVZU İLƏ BAĞLI:
AYNA-dan taksi şirkətlərinə XƏBƏRDARLIQ: Ciddi tədbirlər görüləcək


"Taksi sürücüləri dəfələrlə bizə müraciət edirlər ki, qiymətlər ucuzdur, bizə sərf eləmir. Vətəndaş da şikayət edir ki, qiymət bahadır. İndi bunun ortaq məxrəcini tapmaq lazımdır ki, heç kim narazı qalmasın.
Taksi sürücülərinin mövqeyindən yanaşanda görürük ki, onlar əvvəlki qaydada işləmirlər. İndi onların üzərində ciddi nəzarət var. Əvvəlkinə nisbətən daha müasir, yeni avtomobillərlə xəttə çıxırlar. Əvvəl 11 min, 12 min dəyərindəki “Prius”la işləyirdilər. İndi 25-30 minlik təzə avtomobillərlə xidmət göstərirlər. Bunu onlardan dövlət tələb etdi ki, köhnə maşınla taksi sürmək olmaz. Amma əvəzində şərait yaradılmalıdır”.
Qiymət məsələsinə gəlincə, Elməddin Muradlı bildirib ki, ilk iş bunun tənzimlənməsi olmalıdır:
“Qiymətlərin aşağı həddi müəyyənləşdirilib. 2 manat 50 qəpikdən ucuz məbləğ ola bilməz. Bu, qanunla qadağandır. Şirkətlər qarşısında bu, tələb kimi qoyulub. Onlar da həmin qiymətdən aşağı sürücüyə sifariş vermirlər. Amma yuxarı həddlə bağlı narazılıqlar qalır. Sürücülər deyir ki, uzaq məsafəyə 3-4 manata gedirlər və bu qiymət onları qane etmir. Zənnimcə, indi əsas müzakirə mövzusu problemin necə həll olunmasıdır. Qiymətin aşağı-yuxarı həddi necə olmalıdır ki, heç bir tərəf narazı qalmasın”.
“Bu ciddi şəkildə araşdırılmalıdır”
Ekspertin bununla bağlı konkret təklifləri də var:
“Qiymətlərin aşağı-yuxarı həddi müəyyənləşdirilməlidir. 1 kilometrin məbləği nə qədər olmalıdır? 10, 50 kilometrdən sonra məbləğ necə hesablanmalıdır? Gecə-gündüz, pik saatlar, bayram günlərinə uyğun tariflər necə olmalıdır? Bu suallara cavab tapılmalıdır. Bu, dünya təcrübəsində də var. Bizdə isə bu məsələ açıq qalıb.
Görünür, şirkətlər də, sürücü və sərnişinlər də bu boşluqdan istifadə edir. Qiyməti bilirik, şirkət müəyyənləşdirir. Şürücü özündən qiymət demir. Ona göstəriş gəlir ki, sərnişini bu ünvandan filan ünvana apar. O da əməl edir. Amma nəyə görəsə gedib mənzil başına çıxandan sonra qiymət dəyişir. Bu dəyişikliyin səbəbi nədir, bu kimin ideyasıdır, kimin düşüncəsidir? Bu, ciddi şəkildə araşdırılmalıdır və bu narazılıqlara aydınlıq gətirilməlidir. Əgər dediyim kimi, yuxarı-aşağı hədd müəyyənləşərsə, məsələ öz həllini tapa bilər.
Mən bu haqdakı fikirlərimi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İctimai Şurasının iclaslarında da deyirəm.  Ümid edirəm, tezliklə məsələnin bu formada həllinə nail ola biləcəyik”.
“Əvvəlki kimi 3 manata taksi olmayacaq”
Ekspert onu da qeyd edib ki, bu məsələlərin tənzimlənməsində sərnişinlər qədər sürücülər də maraqlıdır:  “Sərnişinlər bunu qəbul etməlidirlər ki, bu adamlar əvvəlki dövr sürücüləri kimi deyil. Onlar çətin sınaqlardan, sürücü-təlim mərkəzlərindəki ciddi təlimlərdən keçiblər. DİM-də imtahan veriblər. Bu yerə gələnə qədər nə qədər maddi vəsait xərcləyiblər. Ona görə də əvvəlki kimi 3 manata taksi olmayacaq.
Əslində, heç əvvəllər də belə olmayıb. Bu, pandemiya dövrünün bir fəsadı oldu ki, biz bunu yaşadıq. Taksi bazarında xaotik vəziyyət yarandı. Xarici şirkətlər bazara daxil oldu və ortaya belə bir mənzərə çıxdı. İndi də qarşısını ala bilmirlər. İnsanlar da elə zənn edirlər ki, elə belə də olmalıdır. Taksi xidməti bundan ibarətdir. Xeyr, bu, belə deyil. Ona görə də xidmət sahəsində normal tənzimlənmə işi aparılmalıdır. Əgər tənzimlənmə olmasa, bu problemlər davam edəcək”.
Rəna Cumaqızı, Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:61
embedMənbə:https://bizim.media
archiveBu xəbər 28 Noyabr 2024 10:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2092

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see338

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see243

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see243

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see209

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see188

Leyla Əliyeva beynəlxalq konfransda çıxış etdi FOTOLAR

08 Dekabr 2025 22:16see186

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see154

Güclü siklon Kamçatkanı vurdu

09 Dekabr 2025 03:48see151

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see143

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see141

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see140

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see139

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see134

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see131

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see130

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see129

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see129

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see123

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri