Icma.az
close
up
RU
Taksi sifarişi zamanı göstərilən məbləğ mənzil başına çatanda niyə dəyişir? EKSPERT

Taksi sifarişi zamanı göstərilən məbləğ mənzil başına çatanda niyə dəyişir? EKSPERT

Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Son zamanlar insanların ən çox narazı qaldığı və şikayət etdiyi məsələ taksi xidmətlərindəki qiymət dəyişkənliyidir. Sərnişinlər iddia edir ki, taksi sifarişi zamanı göstərilən məbləğ mənzil başına çatanda dəyişir. Daha çox məbləğ tələb olunur. Nəticədə sürücü və sərnişin arasında gərginlik, narazılıq yaranır. Daha bir narazılıq isə son günlərdə taksi xidmətlərindəki qiymət artımıyla bağlıdır. Bir müddət əvvəl 3 manata gedilən məsafə üçün indi az qala ikiqat qiymət tələb olunur.

Bəs, gərginliyə səbəb olan nöqsanlar niyə aradan qaldırılmır? Bunun üçün hansı addımlar atılmalıdır?

"İndi "Prius"la yox, 25-30 minlik maşınla xidmət göstərilir"

Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı “Bizim.Media”ya danışan ekspert Elməddin Muradlı bildirib ki, bu cür narazılıqların yaranmaması üçün qiymətlərin konkretləşdirilməsinə ehtiyac var:

"Taksi sürücüləri dəfələrlə bizə müraciət edirlər ki, qiymətlər ucuzdur, bizə sərf eləmir. Vətəndaş da şikayət edir ki, qiymət bahadır. İndi bunun ortaq məxrəcini tapmaq lazımdır ki, heç kim narazı qalmasın. Taksi sürücülərinin mövqeyindən yanaşanda görürük ki, onlar əvvəlki qaydada işləmirlər. İndi onların üzərində ciddi nəzarət var. Əvvəlkinə nisbətən daha müasir, yeni avtomobillərlə xəttə çıxırlar. Əvvəl 11 min, 12 min dəyərindəki “Prius”la işləyirdilər. İndi 25-30 minlik təzə avtomobillərlə xidmət göstərirlər. Bunu onlardan dövlət tələb etdi ki, köhnə maşınla taksi sürmək olmaz. Amma əvəzində şərait yaradılmalıdır”.

Qiymət məsələsinə gəlincə, Elməddin Muradlı bildirib ki, ilk iş bunun tənzimlənməsi olmalıdır:

“Qiymətlərin aşağı həddi müəyyənləşdirilib. 2 manat 50 qəpikdən ucuz məbləğ ola bilməz. Bu, qanunla qadağandır. Şirkətlər qarşısında bu, tələb kimi qoyulub. Onlar da həmin qiymətdən aşağı sürücüyə sifariş vermirlər. Amma yuxarı həddlə bağlı narazılıqlar qalır. Sürücülər deyir ki, uzaq məsafəyə 3-4 manata gedirlər və bu qiymət onları qane etmir. Zənnimcə, indi əsas müzakirə mövzusu problemin necə həll olunmasıdır. Qiymətin aşağı-yuxarı həddi necə olmalıdır ki, heç bir tərəf narazı qalmasın”.

“Bu ciddi şəkildə araşdırılmalıdır”

Ekspertin bununla bağlı konkret təklifləri də var:

“Qiymətlərin aşağı-yuxarı həddi müəyyənləşdirilməlidir. 1 kilometrin məbləği nə qədər olmalıdır? 10, 50 kilometrdən sonra məbləğ necə hesablanmalıdır? Gecə-gündüz, pik saatlar, bayram günlərinə uyğun tariflər necə olmalıdır? Bu suallara cavab tapılmalıdır. Bu, dünya təcrübəsində də var. Bizdə isə bu məsələ açıq qalıb.

Görünür, şirkətlər də, sürücü və sərnişinlər də bu boşluqdan istifadə edir. Qiyməti bilirik, şirkət müəyyənləşdirir. Şürücü özündən qiymət demir. Ona göstəriş gəlir ki, sərnişini bu ünvandan filan ünvana apar. O da əməl edir. Amma nəyə görəsə gedib mənzil başına çıxandan sonra qiymət dəyişir. Bu dəyişikliyin səbəbi nədir, bu kimin ideyasıdır, kimin düşüncəsidir? Bu, ciddi şəkildə araşdırılmalıdır və bu narazılıqlara aydınlıq gətirilməlidir. Əgər dediyim kimi, yuxarı-aşağı hədd müəyyənləşərsə, məsələ öz həllini tapa bilər.

Mən bu haqdakı fikirlərimi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İctimai Şurasının iclaslarında da deyirəm.  Ümid edirəm, tezliklə məsələnin bu formada həllinə nail ola biləcəyik”.

“Əvvəlki kimi 3 manata taksi olmayacaq”

Ekspert onu da qeyd edib ki, bu məsələlərin tənzimlənməsində sərnişinlər qədər sürücülər də maraqlıdır:

“Sərnişinlər bunu qəbul etməlidirlər ki, bu adamlar əvvəlki dövr sürücüləri kimi deyil. Onlar çətin sınaqlardan, sürücü-təlim mərkəzlərindəki ciddi təlimlərdən keçiblər. DİM-də imtahan veriblər. Bu yerə gələnə qədər nə qədər maddi vəsait xərcləyiblər. Ona görə də əvvəlki kimi 3 manata taksi olmayacaq.

Əslində, heç əvvəllər də belə olmayıb. Bu, pandemiya dövrünün bir fəsadı oldu ki, biz bunu yaşadıq. Taksi bazarında xaotik vəziyyət yarandı. Xarici şirkətlər bazara daxil oldu və ortaya belə bir mənzərə çıxdı. İndi də qarşısını ala bilmirlər. İnsanlar da elə zənn edirlər ki, elə belə də olmalıdır. Taksi xidməti bundan ibarətdir. Xeyr, bu, belə deyil. Ona görə də xidmət sahəsində normal tənzimlənmə işi aparılmalıdır. Əgər tənzimlənmə olmasa, bu problemlər davam edəcək”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:132
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 28 Noyabr 2024 21:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see263

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see187

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see183

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see158

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see155

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see152

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see149

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see148

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see144

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see143

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see139

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see138

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see138

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see137

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see135

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see133

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see132

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri