Icma.az
close
up
RU
Taksi sifarişi zamanı göstərilən məbləğ mənzil başına çatanda niyə dəyişir?

Taksi sifarişi zamanı göstərilən məbləğ mənzil başına çatanda niyə dəyişir?

Icma.az bildirir, Hurriyyet portalına istinadən.

Son zamanlar insanların ən çox narazı qaldığı və şikayət etdiyi məsələ taksi xidmətlərindəki qiymət dəyişkənliyidir. Sərnişinlər iddia edir ki, taksi sifarişi zamanı göstərilən məbləğ mənzil başına çatanda dəyişir. Daha çox məbləğ tələb olunur. Nəticədə sürücü və sərnişin arasında gərginlik, narazılıq yaranır.

Daha bir narazılıq isə son günlərdə taksi xidmətlərindəki qiymət artımıyla bağlıdır. Bir müddət əvvəl 3 manata gedilən məsafə üçün indi az qala ikiqat qiymət tələb olunur.

Bəs, gərginliyə səbəb olan nöqsanlar niyə aradan qaldırılmır? Bunun üçün hansı addımlar atılmalıdır?

"İndi "Prius"la yox, 25-30 minlik maşınla xidmət göstərilir"

Mövzu ilə bağlı Bizim.Media-ya danışan ekspert Elməddin Muradlı bildirib ki, bu cür narazılıqların yaranmaması üçün qiymətlərin konkretləşdirilməsinə ehtiyac var:

"Taksi sürücüləri dəfələrlə bizə müraciət edirlər ki, qiymətlər ucuzdur, bizə sərf eləmir. Vətəndaş da şikayət edir ki, qiymət bahadır. İndi bunun ortaq məxrəcini tapmaq lazımdır ki, heç kim narazı qalmasın.

Taksi sürücülərinin mövqeyindən yanaşanda görürük ki, onlar əvvəlki qaydada işləmirlər. İndi onların üzərində ciddi nəzarət var. Əvvəlkinə nisbətən daha müasir, yeni avtomobillərlə xəttə çıxırlar. Əvvəl 11 min, 12 min dəyərindəki “Prius”la işləyirdilər. İndi 25-30 minlik təzə avtomobillərlə xidmət göstərirlər. Bunu onlardan dövlət tələb etdi ki, köhnə maşınla taksi sürmək olmaz. Amma əvəzində şərait yaradılmalıdır”.

Qiymət məsələsinə gəlincə, Elməddin Muradlı bildirib ki, ilk iş bunun tənzimlənməsi olmalıdır:

“Qiymətlərin aşağı həddi müəyyənləşdirilib. 2 manat 50 qəpikdən ucuz məbləğ ola bilməz. Bu, qanunla qadağandır. Şirkətlər qarşısında bu, tələb kimi qoyulub. Onlar da həmin qiymətdən aşağı sürücüyə sifariş vermirlər. Amma yuxarı həddlə bağlı narazılıqlar qalır. Sürücülər deyir ki, uzaq məsafəyə 3-4 manata gedirlər və bu qiymət onları qane etmir. Zənnimcə, indi əsas müzakirə mövzusu problemin necə həll olunmasıdır. Qiymətin aşağı-yuxarı həddi necə olmalıdır ki, heç bir tərəf narazı qalmasın”.

“Bu ciddi şəkildə araşdırılmalıdır”

Ekspertin bununla bağlı konkret təklifləri də var:

“Qiymətlərin aşağı-yuxarı həddi müəyyənləşdirilməlidir. 1 kilometrin məbləği nə qədər olmalıdır? 10, 50 kilometrdən sonra məbləğ necə hesablanmalıdır? Gecə-gündüz, pik saatlar, bayram günlərinə uyğun tariflər necə olmalıdır? Bu suallara cavab tapılmalıdır. Bu, dünya təcrübəsində də var. Bizdə isə bu məsələ açıq qalıb.

Görünür, şirkətlər də, sürücü və sərnişinlər də bu boşluqdan istifadə edir. Qiyməti bilirik, şirkət müəyyənləşdirir. Şürücü özündən qiymət demir. Ona göstəriş gəlir ki, sərnişini bu ünvandan filan ünvana apar. O da əməl edir. Amma nəyə görəsə gedib mənzil başına çıxandan sonra qiymət dəyişir. Bu dəyişikliyin səbəbi nədir, bu kimin ideyasıdır, kimin düşüncəsidir? Bu, ciddi şəkildə araşdırılmalıdır və bu narazılıqlara aydınlıq gətirilməlidir. Əgər dediyim kimi, yuxarı-aşağı hədd müəyyənləşərsə, məsələ öz həllini tapa bilər.

Mən bu haqdakı fikirlərimi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İctimai Şurasının iclaslarında da deyirəm.  Ümid edirəm, tezliklə məsələnin bu formada həllinə nail ola biləcəyik”.

“Əvvəlki kimi 3 manata taksi olmayacaq”

Ekspert onu da qeyd edib ki, bu məsələlərin tənzimlənməsində sərnişinlər qədər sürücülər də maraqlıdır:  “Sərnişinlər bunu qəbul etməlidirlər ki, bu adamlar əvvəlki dövr sürücüləri kimi deyil. Onlar çətin sınaqlardan, sürücü-təlim mərkəzlərindəki ciddi təlimlərdən keçiblər. DİM-də imtahan veriblər. Bu yerə gələnə qədər nə qədər maddi vəsait xərcləyiblər. Ona görə də əvvəlki kimi 3 manata taksi olmayacaq.

Əslində, heç əvvəllər də belə olmayıb. Bu, pandemiya dövrünün bir fəsadı oldu ki, biz bunu yaşadıq. Taksi bazarında xaotik vəziyyət yarandı. Xarici şirkətlər bazara daxil oldu və ortaya belə bir mənzərə çıxdı. İndi də qarşısını ala bilmirlər. İnsanlar da elə zənn edirlər ki, elə belə də olmalıdır. Taksi xidməti bundan ibarətdir. Xeyr, bu, belə deyil. Ona görə də xidmət sahəsində normal tənzimlənmə işi aparılmalıdır. Əgər tənzimlənmə olmasa, bu problemlər davam edəcək”. \\Valyuta.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:120
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 28 Noyabr 2024 20:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu həftə saatlar qış vaxtına qurulacaq

24 Oktyabr 2025 16:17see299

Türkiyə Universitetləri — Dünyada Tanınan Müasir Təhsil 2025

24 Oktyabr 2025 16:02see263

İsveç hökuməti 1990 cı illərdən bəri ən böyük vergi islahatını planlaşdırır

25 Oktyabr 2025 03:10see233

NBA çempionu həbs edildi SƏBƏB KONKRET

23 Oktyabr 2025 22:41see213

Qızıl indi də ucuzlaşır bazarda vəziyyət necədir? VİDEO

23 Oktyabr 2025 22:25see157

İnanılmaz dərəcədə zəngin olacaq 3 bürc

24 Oktyabr 2025 03:20see148

Məktəb direktorlarının təyinatında YENİ QAYDALAR

24 Oktyabr 2025 00:24see142

Makrondan Trampa DƏSTƏK:Rusiyaya sanksiya dönüş nöqtəsidir

24 Oktyabr 2025 07:18see141

Dinamo Kiyev in əfsanəvi futbolçusu, üçqat SSRİ çempionu İvan Yaremçuk Polşada həbs edilib

24 Oktyabr 2025 15:49see140

Dünyanın ən yaxşı hava limanı şəlalə və damdakı hovuzla seçilib

24 Oktyabr 2025 22:42see137

ABŞ dövlət katibi Qəzzada sülh planının müzakirəsi üçün İsrailə səfər edib

23 Oktyabr 2025 21:42see136

İdman etməyin faydaları

24 Oktyabr 2025 12:06see130

Hər gün mixək çubuğu çeynəyin...

24 Oktyabr 2025 05:57see130

HƏMAS dan Qəzza açıqlaması: Yerinə yetirmişik

24 Oktyabr 2025 19:42see128

Ərköyün övlad ailəsini bıçaqladı TƏFƏRRÜAT KONKRET

24 Oktyabr 2025 00:17see127

Ailəsi şəhid olduğunu 12 gün sonra öyrəndi

25 Oktyabr 2025 13:02see126

Tramp Kolumbiya və Meksikanın narkokartellərin nəzarəti altına keçdiyinə inanır

24 Oktyabr 2025 05:19see126

Ermənilər nə etdi, nə edə bilmədi?.. Əkbər QOŞALI YAZIR

25 Oktyabr 2025 16:23see124

“Daim təhlükə altındayıq” Sakinlərdən ŞİKAYƏT

24 Oktyabr 2025 18:31see122

Orbana ikiqat zərbə Budapeşt sammitinin ləğvi Baş nazirə nə vəd edir?

25 Oktyabr 2025 12:59see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri