Icma.az
close
up
RU
Taksi sürücüləri narazılıq edir “Bir neçə saniyəyə görə cərimə olunuruq”

Taksi sürücüləri narazılıq edir “Bir neçə saniyəyə görə cərimə olunuruq”

Sfera.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakıda taksi sürücüləri ictimai nəqliyyata ayrılmış xüsusi zolaqlarda tətbiq olunan cərimələrlə bağlı narazılıq edirlər. Onların sözlərinə görə, sərnişin götürmək və ya düşürmək məqsədilə avtobus zolaqlarında cəmi bir neçə saniyəlik dayandıqları halda belə, inzibati məsuliyyətə cəlb olunurlar. Xüsusilə səhər və axşam saatlarında, avtobusların intensiv hərəkəti zamanı bu zolaqlarda dayanmağın mümkünsüz olduğunu bildirən sürücülər, bunun həm onların qazancına, həm də sərnişin məmnuniyyətinə mənfi təsir etdiyini vurğulayırlar.


Sürücülərin narazılığı həm də sərnişinlər arasında çaşqınlıq və narahatlıq doğurur. Çünki onlar da bəzən işə tələsdiklərindən və ya qısa məsafələrə gedərkən taksiyə üstünlük verirlər. Lakin taksilərin qanuni şəkildə sərnişin götürmək üçün avtobus zolaqlarında qısa müddətlik belə dayana bilməməsi, bu xidmətdən effektiv istifadəni çətinləşdirir.


Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən nəqliyyat üzrə ekspert Aslan Əsədovun fikrincə, taksilərin avtobus zolaqlarından istifadə etməsi dünya praktikasında geniş yayılmış bir yanaşmadır:

“Taksilər də ictimai nəqliyyatın bir növü sayılır. Bu, dünya praktikasında da var. Cənub-Şərqi Asiya ölkələrində və ya bəzi inkişaf etmiş ölkələrdə avtobusla sərnişindaşımanı təmin etmək çətin olduğu üçün taksilər daha əlçatan, rahat və sürətli ictimai nəqliyyat vasitəsi kimi fəaliyyət göstərir. Azərbaycanda isə əsasən avtobus nəqliyyatı ön plandadır. Bu səbəbdən də avtobus zolaqları və mübadilə mərkəzlərinin yaradılması bu nəqliyyat növünü önə çıxarır”.


Ekspert qeyd edir ki, Azərbaycanda da taksi xidməti “qapıdan-qapıya” prinsipi ilə fəaliyyət göstərdiyi üçün sərnişinlərin bir çox halda köməyinə çatır:

“Qiymət fərqli olsa da, insanlar rahatlıq və sürətə görə tez-tez taksidən istifadə etməyə üstünlük verirlər. Bu isə taksilərin də ümumi ictimai nəqliyyat sisteminin bir hissəsi olduğunu göstərir”.


Mütəxəssisin fikrincə, bu sahədə qaydaların optimallaşdırılması həm sərnişinlərin rahatlığını artırar, həm də taksi sürücülərinin qanuni çərçivədə fəaliyyətini asanlaşdırar:

“Məsələn, müəyyən saatlarda və ya xüsusi nişanlarla qeyd olunmuş ərazilərdə taksilərə qısa müddətli dayanmağa icazə verilməsi ictimai nəqliyyatın işinə mane olmadan problemi qismən həll edə bilər.


Eyni zamanda, ekspert bu kimi məsələlərin şəhər nəqliyyatı siyasətində balanslı şəkildə həll edilməli olduğunu düşünür. Taksilərlə bağlı qaydaların ictimai nəqliyyata maneə yaratmadan optimallaşdırılması üçün dünya təcrübəsindən faydalanmaq və yerli reallıqlara uyğun çevik yanaşma tətbiq etmək zəruridir".


Bəsti Rəfizadə
Sfera.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:257
embedMənbə:https://sfera.az
archiveBu xəbər 29 May 2025 13:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see407

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see318

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see298

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see292

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see279

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see278

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see271

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see269

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see267

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see244

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see231

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see225

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see223

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see222

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see222

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see219

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see215

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see210

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see209

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri