Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

Qazancımızın neçə faizi ərzağa gedir?

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

2025 ci il kifayət qədər uğurlu oldu

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

ChatGPT də problem yarandı

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Taksi sürücülərinin psixoloji durumu: Bizi kimlər daşıyır? RƏYLƏR

Taksi sürücülərinin psixoloji durumu: Bizi kimlər daşıyır? RƏYLƏR

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

 Hər gün minlərlə insan taksilərdən istifadə edir.

Taksi sürücüsünün psixoloji və fiziki vəziyyətinin yaxşı olması isə əsas şərtlərdən biridir. Çünki bir anlıq diqqətsizlik və ya emosional vəziyyətin yaxşı olmaması həm sürücünün, həm də sərnişinlərin həyatını təhlükəyə ata bilər.

Bu səbəbdən, taksi sürücülərinin psixoloji və narkoloji testlərdən keçirilməsi insanların təhlükəsizliyi baxımındən çox vacibdir.

Bəs buna nə dərəcədə əməl olunur?

Tural Orucov, AYNA-nın mətbuat katibi

Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyat Agentliyinin mətbuat katibi Tural Orucov bildirib ki, taksi fəaliyyəti göstərmək üçün hüquqi şəxslər və ya fərdi sahibkarlar buraxılış vəsiqəsi və buraxılış kartına müraciət etdikdə tələb olunan sənədlərdən biri də reysqabağı tibbi müayinə müqaviləsidir.

T.Orucov qeyd edib ki, sürücünün narkotik sərxoşluq vəziyyətinin, narkotik vasitələr və psixotrop maddələrdən istifadənin müəyyən edilməsi üçün aparılan tibbi müayinənin nəticəsi barədə məlumatlar mütləq qaydada təqdim etməlidir:

“Qeyd olunan sənədlər olmadığı təqdirdə daşıyıcılar icazə üçün müraciət edə bilmirlər”.

AYNA sözçüsü nəzərə çatdırıb ki, avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar sürücülərin reysqabağı tibbi müayinədən keçirməsini təmin etməlidirlər.

“Hüquqi şəxslər və ya fərdi sahibkarlar sürcülərin tibbi müayinəsi üçün tibb müəssisələri ilə müvafiq qaydada müqavilə imzalayaraq fəaliyyət göstərir. Qeyd olunan şərait bəzi daşıyıcılar tərəfindən parklarda da yaradılır”,- deyə Tural Orucov qeyd edib.

Elnur Rüstəmov, psixoloq

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən psixoloq Elnur Rüstəmov bildirib ki, müasir şəhər həyatında nəqliyyatın əsas hissəsini təşkil edən taksi xidməti, gündəlik olaraq minlərlə insanın həyatına birbaşa təsir edir. Bu baxımdan da taksi sürücülərinin yalnız texniki və sürücülük bacarıqları deyil, eyni zamanda psixoloji hazırlığı da ön planda olması vacibdir.

E.Rüstəmovun sözlərinə görə, taksi sürücülərinin psixoloji testdən keçməsi bir nəzarət mexanizmi olmaqla yanaşı, həm sərnişinlərin təhlükəsizliyini, həm də sürücünün özünün sağlamlığını qoruyan önəmli vasitədir:

“Gündəlik uzunmüddətli sükan arxasında qalmaq, yol stresinə məruz qalmaq, müxtəlif xarakterli sərnişinlərlə ünsiyyət, bütün bunlar sürücünün emosional və psixoloji durumuna təsirsiz ötüşmür. Əgər bu hallar nəzarətsiz qalarsa, zamanla sürücüdə aqressiv davranış meylləri, diqqət pozuntuları, qərarvermə çətinliyi, idarəetmə zamanı təhlükəli reaksiyalar müşahidə oluna bilər”.

Psixoloq qeyd edib ki, peşəkar psixoloji testlər sürücülərdə stresə davamlılıq və gərginliklə mübarizə bacarığı, emosional stabillik, aqressiv və impulsiv davranış risklər, yüksək konsentrasiya və diqqət davamlılığı, empati və ünsiyyət bacarıqlarını müəyyənləşdirməyə imkan verir.

Onun sözlərinə görə, bu göstəricilər işə qəbul zamanı ilkin mərhələdə, eləcə də mütəmadi olaraq təkrar yoxlanılmalıdır. Psixoloq söyləyib ki, sürücülərin psixoloji durumu kəskin dəyişikliklərə məruz qala biləcək bir mühitdə fəaliyyət göstərdiyindən, bu qiymətləndirmələr davamlı xarakter daşımalıdır.

E.Rüstəmov izah edib ki, sükan arxasında olan şəxs, eyni zamanda insan taleyi daşıyır. Onun bir anda qərar vermə sürəti, reaksiyası, davranışı bir və ya bir neçə insanın həyatını dəyişə bilər. Təhlükəsiz və etibarlı taksi xidməti üçün psixoloji sağlamlıq ən az texniki baxış qədər önəmlidir:

“Artıq bir sıra Avropa ölkələrində və inkişaf etmiş dövlətlərdə taksi sürücülərinin psixoloji testlərdən keçməsi qanunla tənzimlənir. Xüsusilə ictimai nəqliyyat və taksi xidməti göstərən şəxslər üçün bu testlər vacib şərtlərdən biridir. Nəticədə bu ölkələrdə sərnişinlərin təhlükəsizlik göstəriciləri və xidmət keyfiyyəti əhəmiyyətli dərəcədə yüksəlib”.

Həmsöhbətimiz hesab edir ki, biz də ölkə olaraq bu sahədə qanunvericilik təşəbbüsləri və idarəetmə mexanizmləri formalaşdırmalı, psixoloji testlər nəqliyyat şirkətləri tərəfindən rəsmi olaraq tətbiq olunmalı və yalnız mütəxəssis psixoloqlar tərəfindən aparılmalıdır. Bildirib ki, bu həm vətəndaşlarımızın təhlükəsizliyinə, həm də sürücülərin psixoloji rifahına xidmət edəcək:

“Əgər bu sahədə xüsusi bir layihə, maarifləndirmə kampaniyası və ya ictimai dinləmə olarsa, Psixologiya Elmi Tədqiqat İnstitutu olaraq bu prosesdə dəstək verməyə və elmi əsaslandırılmış tövsiyələrlə iştirak etməyə hazırıq”.

Paşa Səfərov, hüquqşünas

Məsələ ilə bağlı Bakıvaxtı.az-a danışan hüquqşünas Paşa Səfərov söyləyib ki, taksi sürücülərinin psixoloji və narkoloji testdən keçməsi olduqca vacibdir ki, bu sahədə, həm “Avtomobil nəqliyyatı haqqında”, həm də “Lisenziyalar və icazələr haqqında” qanunlara əsasən müvafiq müddəalar mövcuddur.

P.Səfərov nəzərə çatdırıb ki, həmçinin, Nazirlər Kabinetinin 24 aprel 2019-cu il tarixli 71 saylı qərarında avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcıların, mülkiyyət və ya icarəyə götürülən nəqliyyat vasitələrinin texniki vəziyyətinin reysdən əvvəl yoxlanılması və sürücülərin reys qabağı tibbi müayinədən keçirilməsi ilə bağlı prinsiplər nəzərdə tutulub.

Buna baxmayaraq, bəzi arzuolunmaz faktların hələ də aşkarlandığını deyən hüquqşünas əlavə edib ki, İnzibati Xətalar Məcəlləsində də müvafiq maddələr var, xüsusilə 133-cü maddədə, bu maddədə nəqliyyat vasitələrinin alkoqol istifadəsi ilə idarə olunması məsələsi ilə bağlı inzibati tənbeh tədbirləri nəzərdə tutulub:

“Mənim fikrimcə, bu tədbirlərin sərtləşdirilməsi zəruridir. Eyni zamanda, bu tədbirlərin effektivliyi və nəzarət gücləndirilməlidir ki, tətbiq edilən qərarlar daha doğru və təsirli olsun”.

Razi Nurullayev, deputat

Milli Məclisin deputatı Razi Nurullayev Bakıvaxtı.az-a açıqlamasında qeyd edib ki, taksi xidməti və taksi sürücülərinin işə götürülməsi ilə bağlı mövcud qanunvericilik aktları kifayət qədər sərtdir.

Onun sözlərinə görə, bu sahədə ciddi nəzarət həyata keçirilir və taksi sürücüləri, eləcə də avtobus sürücüləri təlimlərə cəlb olunublar.

Onlara vətəndaşlarla davranış qaydaları, etika, estetika və digər yeni mədəni davranış qaydalarının öyrədildiyini söyləyən R.Nurullayev əlavə edib ki, sürücülərin xasiyyətləri və onlara xas olan keyfiyyətlərin nələr olması barədə də təlimlər verilib.

Deputat onu da nəzərə çatdırıb ki, sürücülər narkoloji testdən keçir və psixoloji sağlamlıqları ilə bağlı arayış təqdim edirlər:

“Ola bilsin ki, bəzi şəxslər sağlamlıq arayışlarını qanunsuz yollarla əldə edirlər, amma bu, artıq ayrı bir məsələdir. Mənim bildiyimə görə, əvvəllər mövcud olan problemlər demək olar ki, xeyli həll olunub”.

Müsahibimiz vurğulayıb ki, əgər hələ də şikayətlər varsa, bu məsələlərlə bağlı aidiyyəti üzrə müraciət edərək, məsələnin aydınlaşdırılması mümkündür.

“Artıq qanunvericilik bu sahədə yerindədir və tətbiq olunmaqdadır. Taksi xidmətində də müsbət irəliləyişlər əldə olunub. Əgər problemlər hələ də qalırsa, bu məsələləri işçi qaydada müzakirə edib, müəyyən dəyişikliklərə getmək mümkündür. Lakin konkret olaraq, bununla bağlı faktlar ortada olmalıdır”,- deyə deputat bildirib.

Aslan Əsədov, nəqliyat məsələləri üzrə ekspert

Nəqliyat məsələləri üzrə ekspert Aslan Əsədov isə Bakıvaxtı.az-a bildirib ki, taksi sürücülərinin psixoloji testdən keçməsi, doğru addımlardan biridir.

A.Əsədov nəzərə çatdırıb ki, birinci növbədə taksi sürücülərinin sayı ilə paralel olaraq onlara aid olan nəqliyyat vasitələrinin çeşidlənməsi vacibdir.

Onun sözlərinə görə, nəqliyyat vasitələrinin sayı artırılmalıdır. Ekspert bildirib ki, yalnız bundan sonra sürücülərin keyfiyyətini və psixoloji vəziyyətini nəzərdən keçirə bilərik. A.Əsədov izah edib ki, hazırda kifayət qədər taksi və avtomobil yoxdur:

“Bununla yanaşı, problemləri həll etmək üçün ən vacib addım müasir və yeni avtomobillərin gətirilməsidir. Bu addım, növbəti mərhələdə isə taksi istifadəçilərinin sürücülərin keyfiyyət və kəmiyyət xüsusiyyətlərini araşdırmağa imkan verəcək”.

Mina Mikayılova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:122
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 10 Aprel 2025 16:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see211

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see193

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see192

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see180

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see173

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see166

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see164

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see163

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see150

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see147

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see144

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see142

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see138

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see138

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see134

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see132

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see132

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see128

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri