Icma.az
close
up
RU
Taksi sürücülüyü: qaydalar sərt, tələblər ağır, sərnişinlər hövsələsizdir

Taksi sürücülüyü: qaydalar sərt, tələblər ağır, sərnişinlər hövsələsizdir

Icma.az, Avtosfer portalına istinadən məlumat verir.

Taksi sürücüləri ilə bağlı tələblər çoxdur, Bakı şəhərində taksi fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı qaydalar qüvvəyə mindikdən sonra bu tələblər ortaya çıxdı.

Bunu nəqliyyat eksperti Elməddin Muradlı deyib.

Onun sözlərinə görə, ümumilikdə tələblər taksi fəaliyyətini daha peşəkar şəkildə bir xidmət sahəsi kimi təşkilini özündə ehtiva edir:

"Amma qoyulan tələblər necə icra olunur, bu sahədə hansı problemlər var - bu kimi suallar insanları düşündürür və narahat edir. Qaydalar yazılıb, təsdiqlənib və demək olar ki, hər kəs hansı qaydaların olduğunu bilir. Bu qaydalara uyğun davranmamaq, onları pozmaq problem yaradır. Bu məsələləri tənzimləmək çətin deyil, həll etmək mümkündür. Bunun üçün də çox ciddi analizlərə ehtiyac var. Qabaqlayıcı tədbir olaraq birgə fəaliyyətə ehtiyac duyulur. Məsələn, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi və Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi birlikdə işləyə bilər.

Taksi sürücüsü kimi fəaliyyət göstərmək üçün yaş həddi 21 yaşdan başlayır, ən az 2 il sürücülük təcrübəsi olmalıdır. Məhkumluq olmamalıdır. Bundan sonra taksi sürücüsü kimi fəaliyyət göstərmək istəyənlər AYNA-da, sürücü təlim mərkəzlərində 5 günlük təlim keçməlidirlər. DİM-də imtahan verməlidirlər və sertifikat almalıdırlar. Həmçinin narkoloji dispanserdən keçməlidirlər, sağlamlıq arayışı təqdim etməlidirlər. Daha sonra taksi buraxılış vərəqəsi alaraq kiçik sahibkar kimi vergi uçotuna daxil olmalıdırlar. Bu qeydiyyat məsələlərindən sonra taksi sürücüsü olmaq olar".

Elməddin Muradlı bildirib ki, taksi xidmətində bəzi neqativ hallar var və bu, prosesə ciddi təsir göstərir.

"Həkimdən müəyyən yollarla arayış əldə edə bilmək görülən bütün işlərin üstündən sanki bir xətt çəkir və bütün prosesi ləkələyir. Bu sahədə təəssüf ki, bazar hökm sürür. Bu isə ciddi narahatlıq doğurur. Səhiyyə Nazirliyi məsələyə daha ciddi yanaşsa, bunların qarşısını almaq olar və həmin məsələlər tənzimlənər. Narkoloji dispanserlər bildiyim qədəri ilə əvvəllər ciddi yanaşırdılar. Lakin indi necə yanaşdıqları sual altındadır.

Dünənki hadisədən sonra kimsə buna risk etməməlidir. Bu hadisədə ölüm halı baş vermədi, amma növbəti hadisə ölümlə nəticələnərsə, onda kim, necə cavab verəcək?! Buna görə də sağlam olmayan adama sənəd verməsinlər. Bu, gec-tez onların özlərinə də ziyandır, belə taksi sürücüsü onların özlərinin və yaxınlarının da qarşısına çıxa bilər", - ekspert əlavə edib.

AYNA-dan bildirilib ki, taksi fəaliyyəti göstərmək üçün hüquqi şəxslər və ya fərdi sahibkarlar buraxılış vəsiqəsi və buraxılış kartına müraciət etdikdə tələb olunan sənədlərdən biri də reysqabağı tibbi müayinə müqaviləsidir:

"Sürücü narkotik sərxoşluq vəziyyətinin, narkotik vasitələr və psixotrop maddələrdən istifadənin müəyyən edilməsi üçün aparılan tibbi müayinənin nəticəsi barədə məlumatları mütləq qaydada təqdim etməlidir. Həmin sənədlər olmadığı təqdirdə daşıyıcılar icazə üçün müraciət edə bilməzlər. Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar sürücülərin reysqabağı tibbi müayinədən keçirməsini təmin etməlidirlər. Hüquqi şəxslər və ya fərdi sahibkarlar sürcülərin tibbi müayinəsi üçün tibb müəssisələri ilə müvafiq qaydada müqavilə imzalayaraq fəaliyyət göstərir. Qeyd olunan şərait bəzi daşıyıcılar tərəfindən parklarda da yaradılır".

Qeyd edək ki, aprelin 10-da günorta saatlarında Heydər Əliyev prospekti ilə Ələsgər Qayıbov küçəsinin kəsişməsində, körpü üzərində taksi avtomobili "uçuş"u xatırladan qeyri-adi qəza törədib.

Nizami rayonu, Heydər Əliyev prospekti ərazisindən yol-nəqliyyat hadisəsi baş verməsi səbəbilə aprelin 10-da saat 15:10 radələrində Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunan 1974-cü il təvəllüdlü Anar Nəcəfovun müalicəsi davam etdirilir.(teleqraf)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:415
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 12 Aprel 2025 11:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see330

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see322

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see313

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see272

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see269

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see254

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see249

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see248

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see236

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see234

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see214

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see212

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see211

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see206

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see195

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see194

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see184

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri