Taksi sürücüsü uşaqlı sərnişini yarı yolda düşürdü Video
Hurriyyet portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakıda taksi sürücüsü uşaqlı sərnişini yolda düşürdüb.
Hurriyyet.Media xəbər verir ki, Baku.ws-ə danışan sərnişinin sözlərinə görə, o, taksi sifariş edib və avtomobilin gəlməsi üçün təxminən 8 dəqiqə gözləyib. Taksi gəldikdən sonra azyaşlı uşağı ilə birlikdə avtomobilə əyləşib.
İddiaya görə, sürücü əvvəlcə sərnişinə qarşı kobud davranıb. Ardınca, təxminən 5-6 dəqiqə yol getdikdən sonra qəfil “mən uşaqlı adam götürmürəm” deyərək avtomobili saxlayıb. Sərnişin sürücüdən belə vəziyyətdə nə etməli olduğunu soruşsa da, onun avtomobildən düşməsini istəyib.
Hadisənin baş verdiyi avtomobilin dövlət nömrə nişanının 77-UY-148 olduğu bildirilir. Sərnişin sürücünün bu davranışından narazı qalaraq məsələ ilə bağlı tədbir görülməsini istəyib.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə müraciət etdik. Qurumdan “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, daxil olan neqativ hallar araşdırılır: “Taksi ilə daşımalarda xidmət keyfiyyəti ilə bağlı sərnişinlərdən daxil olan müraciətlər araşdırılır və neqativ halların qarşısının alınması üçün tədbirlər görülür. Sözügedən məsələ ilə bağlı da artıq həmin nəqliyyat vasitəsinin və sürücünün taksi fəaliyyətinə məhdudiyyət tətbiq edilib.
Sərnişinlərə taksi sahəsində qarşılaşdıqları müxtəlif problemlərlə bağlı AYNA-nın “141” Çağrı Mərkəzi və ya sosial şəbəkə hesabları üzərindən müraciət etmələri və nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı barədə məlumat vermələri xahiş olunur”.
“Bolt” şirkətindən isə bildirilib ki, sürücünün sərnişindən əlavə ödəniş tələb etməsi, sifarişi ləğv etməsini xahiş etməsi, əsassız səbəbdən sifarişi ləğv etməsi, sərnişinə qarşı qeyri-peşəkar davranması, o cümlədən narahatlıq yaradan şəxsi suallar verməsi və ya hər hansı digər uyğunsuz davranış nümayiş etdirməsi platformanın qaydalarına ziddir və qəbuledilməzdir: “Bu kimi hallarla qarşılaşan sərnişinlərdən hadisə barədə tətbiq vasitəsilə məlumat vermələri xahiş olunur. Daxil olan hər bir müraciət araşdırılır və qaydaların pozulduğu təsdiqləndiyi hallarda müvafiq tədbirlər görülür”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 21 Avqust 2026 21:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















