Icma.az
close
up
RU
Taksi xidməti göstərən şirkətlər AZAL ı məhkəməyə verə bilər HÜQUQŞÜNASDAN SAMİR RZAYEVƏ HÜQUQ DƏRSİ

Taksi xidməti göstərən şirkətlər AZAL ı məhkəməyə verə bilər HÜQUQŞÜNASDAN SAMİR RZAYEVƏ HÜQUQ DƏRSİ

Icma.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

AZAL rəhbərliyinin Heydər Əliyev Hava Limanında yaratdığı taksi monopoliyasına nəhayət, İnsan Hüquqları Üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyevadan da tənqidi reaksiya gəldi. 

Ombudsman  tərəfindən Heydər Əliyev adına Beynəlxalq Hava Limanında 10 sentyabr 2025-ci ildən taksi xidmətinin həyata keçirilməsi sahəsində tətbiq edilən xüsusi tarif siyasəti nəticəsində yaranmış vəziyyətin bərabərlik hüququnun təmini baxımından monitorinqi aparılıb. Gəlinən nəticəyə görə rəqabət qanunları pozulub.

Uzun illər Milli Məclisdə çalışmış hüquqşünas Rahim Axundov da Gununsesi.infoya açıqlamasında AZAL rəhbərliyinin qanunsuzluq etdiyini deyib.

Heydər Əliyev Beynəlxalq Aeroportunun saytında qeyd edilib ki, “Bakı Taksi Xidməti” MMC Azərbaycanda fəaliyyət göstərən yeganə Dövlət Taksi Xidmətidir. Göründüyü kimi, hava limanında taksi fəaliyyəti ilə məşğul olma hüququ yalnız “Bakı Taksi Xidməti” MMC üçün tanınmışdır. Yəni belə bir hüquq yalnız bir şirkətə verilmişdir.

Bu o deməkdir ki, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti yalnız bir taksi şirkətini aeroportun ərazisinə buraxmış və sərnişindaşıma sahəsində taksi xidməti göstərmək yalnız bir şirkətə sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa imkan vermişdir. Bu yanaşmanın hüquqi əsaslarını qanunda araşdıranda ciddi pozuntular üzə çıxır”.

Hüquqşünas deyir ki, Konstutusiyanın 15-ci maddəsinin II hissəsinə görə Azərbaycan dövləti bazar münasibətləri əsasında sosial yönümlü iqtisadiyyatın inkişafına şərait yaradır, azad sahibkarlığa təminat verir, iqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol vermir.

“Mülki Məcəllənin 5.1-ci maddəsinə görə istər sahibkarlıq fəaliyyəti ilə məşğul olan, istərsə də məşğul olmayan hər hansı fiziki və ya hüquqi şəxslər mülki hüquq münasibətlərinin subyektləri ola bilərlər.

Həmin Məcəllənin 6-cı maddəsinin tələblərinə görə mülki hüquq subyektləri bərabərdir və iradə sərbəstliyi vardır.

“Sahibkarlıq fəaliyyəti haqqında” Qanun isə Azərbaycan Respublikasında sahibkarlığın prinsiplərini, sahibkarlıq fəaliyyəti subyektlərinin hüquqlarını və vəzifələrini, onun dövlət tərəfindən müdafiə və təqdir olunmasının forma və üsullarını, sahibkarların dövlət orqanları və müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumlar (bundan sonra – qurumlar) ilə qarşılıqlı münasibətlərini müəyyənləşdirir.

Bu Qanunun 3-cü Maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasının qanunvericilik aktlarında nəzərdə tutulmuş hallar istisna edilməklə fəaliyyət qabiliyyəti olan Azərbaycan Respublikasının hər bir vətəndaşı, mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslər və s. sahibkarlıqla məşğul ola bilərlər. Bu Qanunun 5-ci Maddəsinə görə Yalnız qanunla nəzərdə tutulmuş hallarda sahibkarlıq fəaliyyətinin məhdudlaşdırılmasına yol verilir”.

Rahim Axundovun sözlərinə görə, dövlət hakimiyyəti və dövlət idarəetmə orqanlarına mülkiyyət və təşkilati-hüquqi formasından asılı olaraq bu və ya digər sahibkarlıq növünə imtiyazlar verən qərarlar çıxarmaq qadağan olunur.

““Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Nizamnaməsinin 1.3 bəndinə görə Cəmiyyətin fəaliyyəti ilə əlaqədar olan, lakin bu Nizamnamə ilə tənzimlənməyən məsələlər Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir. Nizamnamədə aeroprt ərazisində digər fiziki və hüquqi şəxslərin sərnişin daşıma xidməti sahəsində taksi fəaliyyətini tənzimləməsi kimi müddəalar yer almamışdır.

Gördüyünüz kimi, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən digər fiziki və hüquqi şəxslərin aeroport ərazisində sərnişin daşıma xidməti sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olması faktiki olaraq məhdudlaşdırılmışdır ki, bu da Azərbaycanda qüvvədə olan və yuxrıda istinad etdiyimiz normativ hüquqi aktlara zidd olmuşdur. Bu da o deməkdir ki, sərnişin daşıma xidmətində yalnız bir fiziki və ya hüquqi şəxsə taksi xidmət növü kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq imkanının verilməsinin, nəticədə digər fiziki və ya hüquqi şəxslərin həmin xidmət sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olmasının məhdudlaşdırılmasının heç bir hüquqi əsası yoxdur. Əgər “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti belə əsasların olduğunu iddia edirsə, bunu ictimaiyyətə açıqlaya bilər. Bu yanaşma həm də, Ombudsman Aparatının qeyd etdiyi kimi, xüsusi tarif siyasətinin formalaşmasına gətirib çıxarmışdır”.

Rahim Axundovun fikrincə, belə bir yanaşma həm də qüvvədə olan Rəqabət Məcəlləsinin normalarına ziddir və aeroport ərazisində taksi xidməti göstərən fiziki və hüquqi şəxslər arasında haqsız rəqabətə gətirib çıxarmış, eyni zamanda sərnişin daşıma sahəsində taksi xidməti göstərən digər sahibkarlıq subyektlərinin xidmətlərindən istifadə etmək istəyən insanların seçim imkanlarını məhdudlaşdırmışdır. “Rəqabət Məcəlləsində aerport ərazisində sahibkarlıq fəaliyyəti ilə məşğul olan təsərrüfat subyektlərinin Rəqabət Məcəlləsindən kənar fəaliyyət göstərməsinə dair heç bir müddəa yoxdur və bu Məcəllə bütün Azərbaycan ərazisində eyni dərəcədə hüquqi qüvvəyə malikdir. Digər tərəfdən taksi xidmətinin özü Rəqabət Məcəlləsinə görə təbii inhisar sahəsi deyildir. Bu Məcəllənin 36.1.6-cı maddəsinə görə yalnız hava limanı xidmətləri, hava limanlarının, uçuş zolaqları və qurğularının istismarı, hava gəmilərinə aviasiya və aeronaviqasiya xidmətləri təbii inhisar sahəsinə aiddir. Bir məqamı da diqqətinizə çatdırım ki, Rəqabət Məcəlləsinin 15.1-ci maddəsinə əsasən, bir təsərrüfat subyekti 50 faiz və daha çox bazar payına malik olduqda, hökmran mövqe tutmuş hesab edilir. Maddənin mənasından da görünür ki, bir təsərrüfat subyektinin, yəni bir fiziki və ya hüquqi şəxsin bazarda təkbaşına hökmran mövqe tutması üçün bazarda ən azından 50 faiz paya malik olmalıdır. Hətta bu baxımdan da taksi xidməti sahəsində “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin yanaşması başa düşülən deyildir”.

Hüquqşünasın sözlərinə görə,  taksi xidməti göstərən digər taksi şirkətləri “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə qarşı məhkəmədə iddia qaldıra bilər: “Həmçinin, Mülki Prosessual Məcəllənin 59-cu maddəsinə görə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi istehlakçıların hüquqlarının müdafiəsi məqsədilə öz təşəbbüsü və ya istehlakçının (istehlakçılar ittifaqının) müraciəti əsasında məhkəmə qarşısında iddia qaldıra bilər”.

Pərviz Həşimli

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:121
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 25 Sentyabr 2025 13:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see212

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see154

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see154

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see151

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see128

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri