Icma.az
close
up
RU
Taksi xidməti ilə bağlı mühüm açıqlama

Taksi xidməti ilə bağlı mühüm açıqlama

Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanda taksi fəaliyyəti ilə bağlı qəbul olunan yeni qaydalar sektorun daha ciddi şəkildə tənzimlənməsinə yönəlib. Bu dəyişikliklər həm sürücülər, həm də sərnişinlər üçün yeni şərtlər formalaşdırır və bazarda qiymət siyasətinə təsir ehtimalını artırır. Əsas sual isə ondan ibarətdir ki, tətbiq olunan məhdudiyyətlər və tələblər gediş haqlarına necə təsir edəcək və bu dəyişikliklərin iqtisadi nəticələri hansı formada özünü göstərəcək.
Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən iqtisadçı ekspert Famil Niftiyev bildirib ki, Baş Nazirin “Avtomobil nəqliyyatı haqqında” sərəncamı ilk növbədə qeyd etmək lazımdır ki, sənəd birbaşa qiymət tənzimləməsi deyil, bazarın strukturuna müdaxilə xarakteri daşıyır. 
"Yəni dövlət qiyməti yox, təklif tərəfini  daha dəqiq desək, bazara daxil olma şərtlərini və xidmət keyfiyyət standartlarını dəyişir. Bu isə klassik mikroiqtisadi baxımdan qiymətə dolayı təsir edən əsas amillərdən biridir. Qısa müddətdə gözlənilən ən real təsir xərclər üzərindən formalaşacaq. Əgər yeni texniki və tərtibat tələbləri avtomobillərin yenilənməsini, əlavə sertifikatlaşdırma və ya istismar xərclərinin artmasını şərtləndirərsə, bu zaman taksi fəaliyyəti ilə məşğul olan fərdi sürücülərin və şirkətlərin orta xərci yüksələcək. Rəqabətli bazarda belə xərclər adətən tam olmasa da, qismən qiymətlərə ötürülür. Ona görə də ilkin mərhələdə gediş haqlarında artım təzyiqi yaranması iqtisadi baxımdan məntiqli ssenaridir". 
Ekspert bildirib ki, bununla paralel olaraq, bazara giriş baryerlərinin yüksəlməsi ehtimalı da mühüm faktordur. 
"Əgər müəyyən sürücülər yeni tələblərə uyğunlaşa bilməsə və fəaliyyəti dayandırsa, bazarda təklif azalacaq. Tələb isə, xüsusilə şəhər mühitində, qısa müddətdə elastik deyil, yəni insanlar taksidən imtinanı dərhal edə bilmirlər. Bu halda təklifin azalması qiymətlərin yüksəlməsi ilə nəticələnə bilər. Bu, klassik “təklif şoku” ssenarisidir. Lakin orta və uzun müddətdə vəziyyət daha balanslı görünə bilər. Əgər tənzimləmə bazarı “kölgə fəaliyyətindən” çıxararaq daha şəffaf və proqnozlaşdırıla bilən edərsə, iri oyunçuların və ya yeni investisiyaların daxil olması mümkündür. Bu isə təklifin yenidən genişlənməsinə, hətta texnoloji platformaların (məsələn, sifariş sistemlərinin) daha effektiv işləməsinə səbəb ola bilər. Belə bir halda ilkin qiymət artımı sabitləşə və ya müəyyən seqmentlərdə geriləyə bilər".
Onun sözlərinə görə, sərnişin baxımından bu dəyişikliklərin iqtisadi dəyəri yalnız qiymətlə ölçülmür.
"Keyfiyyətin yüksəlməsi daha təhlükəsiz, komfortlu və standartlaşdırılmış xidmət əslində “gizli gəlir” kimi qiymətləndirilə bilər. Yəni sərnişin bir qədər çox ödəsə belə, aldığı xidmətin dəyəri də artırsa, ümumi rifah itkisi o qədər də böyük olmaya bilər. Sürücülər üçün isə təsir daha diferensial olacaq. Maliyyə imkanları olan və yeni tələblərə uyğunlaşa bilən sürücülər bazarda daha az rəqiblə qarşılaşaraq gəlirlərini artıra bilərlər. Əksinə, kapitalı zəif olan sürücülər üçün bu dəyişikliklər bazardan çıxma riski yaradır. Bu da gəlir bölgüsündə müəyyən qeyri-bərabərliyə səbəb ola bilər. Ümumilikdə, bu qərarın iqtisadi mahiyyəti ondan ibarətdir ki, dövlət bazarı “ucuz və geniş” modeldən “daha keyfiyyətli və tənzimlənən” modelə doğru yönəldir. Belə keçidlər adətən qısa müddətdə qiymət artımı və təklif daralması ilə müşayiət olunsa da, uzun müddətdə daha sabit, təhlükəsiz və institusional baxımdan güclü bazar formalaşdırmaq potensialına malik olur".
Əfsanə Kamal
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:242
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 11 Aprel 2026 16:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see355

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see347

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see305

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see282

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see271

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see270

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see255

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see231

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see231

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see223

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see213

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see211

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see210

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see210

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see199

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see199

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see194

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see193

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see187

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri