Icma.az
close
up
RU
Taksidə kondisioner DAVASI Razılaşmayan sürücü özünə başqa iş tapsın

Taksidə kondisioner DAVASI Razılaşmayan sürücü özünə başqa iş tapsın

Lent az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bir neçə taksi şirkəti havaların isinməsi ilə bağlı sürücülərə ekonom və ya komfort növ sifarişdən asılı olmayaraq, avtomobildə kondisionerləri işə salmaqla bağlı təlimat verib. Bildirilib ki, sözügedən təlimata əməl etməyən sürücülərə qanuni çərçivədə tədbirlər görüləcək.

Lakin bir çox sürücülər kondisionerin yanacaq israfına səbəb olduğunu bildirərək soyutma sistemindən istifadə etmir. Kondisioneri qoşmağı bildirəndə isə “bizə sərf etmir”, “əlavə pul verin”, “ekonom taksidə kondisioner olmaz”, “xoşunuza gəlmirsə, komfort taksi çağırın”, kimi fikirlərlə etiraz edirlər.

Bəs görəsən, taksi şirkəti və sürücülər arasında olan konfliktin cəzasını sərnişinin çəkməyi nə dərəcədə doğrudur? Kondisioneri qoşmağa görə sürücü sərnişindən əlavə pul istəyə bilərmi? Bu hallarla qarşılaşan sərnişinlər şikayətlərini kimə və necə bildirməlidirlər?

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov Lent.az-a açıqlamasında bildirib ki, qaydalara qarşı çıxaraq sərnişini narahat vəziyyətdə daşıyan şəxslər başqa peşəylə məşğul olmalıdırlar:

“Taksi operatoru şirkətləri ilə sürücülər və taksi parkları arasında bağlanmış müqavilədə qeyd olunur ki, sərnişinin təhlükəsiz və komfortlu daşınması həyata keçirilməlidir. Bu bəndlə həm sürücülər, həm də parklar razılaşırlar. Ümumilikdə Azərbaycan qanunvericiliyinə görə də ictimai nəqliyyatın istənilən növündə isti havalarda sərinləndirici, qışda isə isitmə sistemləri işə salınmalıdır. Bu məsələ, həmçinin “taksi fəaliyyəti haqqında” Qaydalarda da öz əksini tapıb. Qaydalar bütün seqmentlərə aid taksilərə - ekonom, biznes və komforta aiddir.

Taksi operator şirkətinin bu addımını dəstəkləyirəm. Bu, belə olmalıdır. Sürücülərin qaydalara qarşı çıxaraq, sərnişinə narahat vəziyyət yaratması yolverilməzdir. Şirkətin qaydaları ilə uzlaşmayan sürücüyə görə sərnişinin rahatlığı pozula bilməz. Çünki dövlətin taksi fəaliyyəti ilə bağlı qayda və qanunlarına görə soyutma sistemləri işləməlidir. Necə ki, taksinin ili və sürücünün sertifikatlı olub-olmaması onun fəaliyyətini tənzimlədiyi kimi, avtomobildəki soyutma və isitmə sistemlərinin işlək vəziyyətdə olmasına da əməl edilməlidir. Əgər sürücü bundan narazıdırsa və taksi şirkəti ilə aralarında konfilikt yaranıbsa, o zaman o, taksi fəaliyyəti ilə məşğul ola bilməyəcək. Sərnişini rahat şəraitdə yox, əziyyətlə daşımaq istəyən sürücü yaxşı olar ki, özünə başqa peşə tapsın. Çünki taksi xidmət sektorudur. Xidmət sektorunda işləyə bilməyən, hövsələsi çatmayan insanlar özlərini başqa sahələrdə sınasalar daha yaxşıdır. Taksi sürücüləri peşəkarlar, təcrübəli adamlar, etik qaydalara və qanunlara əməl edən insanlar olmalıdırlar”.

Biznes konsultant, iqtisadçı, Beynəlxalq idarəetmə sistemləri üzrə ekspert Asif İbrahimov Lent.az-a açıqlamasında qeyd edib ki, şirkətlə sürücü arasında məsələ sərnişinin üzərinə qoyulmamalıdır:

“Taksi xidmətlərində kondisionerdən istifadə məsələsi əslində sürücü ilə şirkət arasındakı iqtisadi münasibətlərin nəticəsidir və bunun yükü sərnişinin üzərinə qoyulmamalıdır. Əgər sərnişin mobil tətbiq üzərindən taksi sifariş edirsə, o, yalnız bir avtomobil deyil, müəyyən edilmiş xidmət standartını satın alır. Yay aylarında kondisionerin işlək vəziyyətdə olması da həmin xidmət standartının ayrılmaz hissəsidir. Bu baxımdan sərnişinin rahatlığı sürücü ilə platforma arasındakı gəlir bölgüsündən asılı olmamalıdır. Digər tərəfdən, sürücülərin narazılığını da anlamaq mümkündür. Kondisionerdən istifadə yanacaq sərfiyyatını artırır, avtomobilin istismar xərclərini yüksəldir və mövcud tariflər bəzi hallarda bu əlavə xərcləri tam kompensasiya etmir. Sürücülərin “komissiyalar yüksəkdir”, “qiymətlər aşağıdır” kimi iradları da məhz bu iqtisadi reallıqdan qaynaqlanır. Lakin problemin həlli sərnişinə “əlavə pul veri”  və ya “ekonom sifarişdə kondisioner olmur” demək deyil. Əgər platforma kondisioneri məcburi xidmət standartı kimi müəyyənləşdirirsə, o zaman tarif siyasəti də həmin standartın maliyyə yükünü nəzərə almalıdır”.

İqtisadçı qeyd edib ki, hava temperaturunun yüksək olduğu günlərdə qiymətlərdə fərq qoyula bilər:

“Məncə, ən optimal həll yollarından biri dinamik tarif mexanizminin tətbiqidir. Məsələn, yüksək temperatur müşahidə olunan günlərdə və saatlarda qiymətlərə cüzi düzəliş edilə yaxud platformanın komissiya siyasətində mövsümi güzəştlər tətbiq oluna bilər. Bu halda həm sürücünün əlavə xərci qismən qarşılanar, həm də sərnişin keyfiyyətli xidmət əldə etmiş olar. Əsas prinsip ondan ibarət olmalıdır ki, şirkət və sürücü arasındakı kommersiya mübahisələrinin nəticəsi sərnişinin xidmət keyfiyyətinə mənfi təsir göstərməsin. Çünki xidmət sektorunda müştəri rahatlığı və məmnuniyyəti hər zaman prioritet hesab edilməlidir”.

İqtisadçı Günay Hüseynova Lent.az-a açıqlamasında qeyd edib ki, taksi və bir çox xidmət sahəsində köklü islahatlara ehtiyac var:

“Əgər şəxs şirkətin qoyduğu tələblərə razı olub, daha sonra hirsini müştəridən çıxırsa, ümumiyyətlə, həmin şəxs bir daha o sektorda işə qəbul edilməməlidir. Şirkətin sürücüdən 25% rüsum çıxması müştərinin problemi deyil. Taksi sahəsi müştəri məmnuniyyəti və xidməti keyfiyyəti yaxşılaşdırmaq məqsədi ilə təkmilləşdirildi, lakin realda isə tam əksini gördük. “Sifarişi ləğv et”, “kartla ödəniş olacaq ya nağd?”, “kartdırsa, gəlmirəm”, “kondisioneri açmıram”, kimi kobud davranışlar və.s kimi neqativ hallar var. Əsas məsələ isə odur ki, vətəndaşı maarifləndirən bir yazı və ya lövhə yoxdur ki, hər hansısa problemdə şirkət ilə və ya AYNA ilə əlaqə saxlamaq lazımdır.

Xarici ölkələrin təcrübəsi tamamilə ilə fərqlidir. Sürücü maksimum şəkildə müştərini məmnun etməyə çalışır, bizdə isə sərnişini yalnız pul kimi görürlər. Əgər sürücü şirkətin qoyduğu qaydalarla razılaşmırsa, xətdən kənarlaşa və ya etirazını şirkətə bildirə bilər.

Düşünürəm ki, sərnişinlərin şikayət və təkliflərini bildirməsi üçün şirkətin əlaqə nömrəsi avtomobillərin üzərinə vurulmalı, bir sıra ölkələrdə olduğu kimi bizdə də taksilərdə POS-terminallar quraşdırılmalıdır. Bundan əlavə sürücülər ildə iki dəfə, 6 aydan bir etika və etik davranış qaydaları ilə bağlı məcburi olaraq kurs və təlimə yönləndirilməli, müvəffəqiyyət əldə edənlər bu sahədə çalışmalıdırlar”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:161
embedMənbə:https://lent.az
archiveBu xəbər 02 İyun 2026 19:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see337

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see267

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see256

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see225

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see220

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see217

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see213

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see212

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see208

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see207

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see198

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see197

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see195

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see189

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see188

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see188

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see188

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see182

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see179

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri