Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Talassemiya irsi olduğuna görə bədbəxtlik gətirən xəstəlikdir Adil Qeybulla

Talassemiya irsi olduğuna görə bədbəxtlik gətirən xəstəlikdir Adil Qeybulla

Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

Nikahdan əvvəl yoxlanış həyati əhəmiyyət daşıyır

Hər iki valideyn daşıyıcıdırsa, uşaq 25% ehtimalla xəstə doğulur

Xəstə uşaqların dərmanları və qan köçürmə prosedurları mütləq şəkildə dövlət qayğısı ilə təmin olunmalıdır

8 May tarixini talassemiya xəstəliyindən əziyyət çəkən insanların problemlərinə diqqət çəkmək məqsədilə “Beynəlxalq Talassemiya Günü” kimi qeyd edirlər. 2026-cı ilin son göstəricilərinə əsasən Azərbaycanda rəsmi qeydiyyatda olan 3209 nəfərə talassemiya diaqnozu qoyulub. Talassemiya daşıyıcılarının sayı isə xəstələrdən çoxluq təşkil edir.

Acınacaqlısı isə odur ki, daşıyıcılar sağlam şəxslər hesab olunduğu üçün onların dispanser qeydiyyatı aparılmır. Ötən il Azərbaycanda talassemiya diaqnozu ilə 6 körpə doğulub. Nikahdan əvvəl aparılan müayinələr bu göstəricinin 2024-cü illə müqayisədə təxminən 5 dəfə azalmasına səbəb olub.

Bəs insanların genlərində səssiz dolaşan bu xəstəliyin əlamətləri hansılardır?

Mövzu ilə bağlı Azərbaycan Tibb Universitetinin professoru Adil Qeybulla Sherg.az-a bildirib ki, talassemiya irsi olduğuna görə əksər ailələrə bədbəxtlik gətirən xəstəlikdir: 

“Talassemiya daşıyıcılarında orqanizm hemoglobini normal şəkildə istehsal etmir. Hemoglobinin əsas funksiyası oksigeni ağciyərlərdən götürüb, bədənin toxumalarına daşımaqdır. Hemoglobin alfa və beta zəncirlərindən ibarətdir. Həmin zəncirlər xüsusi genlər tərəfindən kodlanır. Genlərdə baş verən dəyişikliklər alfa və beta zəncirlərinin normal sintez olunmasına mane olur. Bu vəziyyət talassemiya kimi irsi qan xəstəliklərə yol açır. Alfa zəncirini kodlayan genlərdəki pozğunluq “alfa talassemiya”, beta zəncirini kodlayan genlərdəki pozğunluq isə “beta talassemiya” adlanır”. 

Professorun sözlərinə görə hamiləlik dövründə ultrasəs və prenatal diaqnostik müayinələr vasitəsilə dölün sağlamlıq vəziyyəti yoxlanılır:

“Bu tədbirlər gələcəkdə ağır formalı talassemiya ilə doğulan uşaqların sayının azalmasına mühüm təsir göstərir. Ona görə də nikaha girən şəxslərdə talassemiya daşıyıcısı olub-olmadığı yoxlanılır. Əgər hər iki valideyn talassemiya daşıyıcısıdırsa, 25% ehtimalla uşaq xəstə doğula bilər. Bunların hamısı nikaha girən gənclərin diqqət mərkəzində olmalıdır. Hazırda bəzi uşaqların fiziki fəaliyyətində ləngimə müşahidə edilir. Onlar enerji baxımından öz həmyaşıdlarından fərqlənirlər. Qaçarkən tənginəfəslik yaranır, yaxud ayağa qəfil qalxarkən başgicəllənmə və ya göz önünün qaralması kimi hallarla qarşılaşırlar. Çünki daşıyıcıların bədəninə oksigen kifayət qədər çatmır”.  

Mütəxəssis qeyd edib ki, xəstə uşaqların dərmanları və qan köçürmə prosedurları mütləq şəkildə dövlət qayğısı ilə təmin olunmalıdır:

“Qanın ümumi analizindən talassemiya daşıyıcılarını seçmək mümkündür. Xalqımın bədbəxtliyinin digər səbəblərindən biri də nikaha qədər tibbi müayinədən keçməmələridir. Talassemiya daşıyıcılarının hemoglobin səviyyəsi aşağı olduğuna görə orqanizmin immun sistemi də zəifləyir. Qan azlığından əziyyət çəkənlər daha çox meyvə-tərəvəz, eləcə də zülalla zəngin olan yumurta, mal əti, balıq, təbii süd, qatıq və pendir kimi qidalar yeməlidir. Yağda qızardılmış yeməklər və tərkibində karbohidrat olan məhsullarla orqanizmi yükləmək olmaz. Anormal qidalanma onsuz da aşağı olan hemoglobini daha da azaldaraq orqanizmin məhvinə səbəb olacaq”. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://sherg.az
archiveBu xəbər 08 May 2026 20:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see375

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see299

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see282

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see258

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see257

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see242

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see239

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see233

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see226

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see225

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see211

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see210

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see206

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see204

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see203

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see198

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see195

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see191

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see185

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri