Icma.az
close
up
RU
Talassemiyalı uşaqların müalicəsi adıyla 1 milyonluq dələduzluq: “Bunlar “maşa”dır, arxalarında dayananların üzə çıxmasını istəyirik”

Talassemiyalı uşaqların müalicəsi adıyla 1 milyonluq dələduzluq: “Bunlar “maşa”dır, arxalarında dayananların üzə çıxmasını istəyirik”

Bizimyol saytına istinadən Icma.az xəbər verir.

Talassemiyalı uşaqların xaricdə müalicəsi adı ilə onların valideynlərini aldadaraq, ümumilikdə 1 milyon manata yaxın pulunun ələ keçirilməsilə bağlı məhkəmə araşdırmaları davam edir. Bu işlə əlaqədar külli miqdarda dələduzluqda ittiham olunan 3 nəfərin – Nuridə Seyidova, Aynur Bayramova və Aysel Məmmədovanın işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyilə baxılır.

Bizimyol.info xəbər verir ki, bu işi araşdıran 3 hakimdən biri – Əli Məmmədov Bakı Apellyasiya Məhkəməsinə göndərilib. Bu səbəbdən də məhkəmə prosesi bir müddətdir ki, keçirilmirdi. Dekabrın 11-də məlum olub ki, onun əvəzinə bu məhkəmə heyətinə Roman Ələkbərli daxil olub. Bundan sonra talassemiyalı uşaqların valideynlərinin aldadılaraq, onların 1 milyona yaxın pulunun mənimsənilməsilə bağlı məhkəmə prosesini Azad Məcidov, Səbinə Məmmədzadə və Roman Ələkbərlidən ibarət hakimlər kollegiyası aparacaq.

Məhkəmə prosesinə sədrlik edən hakim Azad Məcidov bildirib ki, tərkibə yeni hakim qoşulduğuna görə məhkəmə istintaqı təzələnir. O, təqsirləndirilən şəxslərdən özlərini təqsirli bilib-bilmədiklərini, əvvəlki məhkəmə iclaslarında verdikləri ifadələri təsdiqləyib-təsdiqləmədiklərini soruşub.

Təqsirləndirilən şəxslərdən Nuridə Seyidova özünü qismən təqsirli bilsə də, digər iki nəfər – Aynur Bayramova və Aysel Məmmədova özlərini təqsirli bilməyiblər. Lakin hər üçü əvvəlki məhkəmələrdə verdikləri ifadələrini təsdiqləyiblər.

Daha sonra hakim Azad Məcidov elan edib ki, Dövlət Gömrük Komitəsinin Tibb Xidmətindən məhkəməyə məktub daxil olub. Məktub məhkəmənin sorğusuna verilmiş cavabdır. Məktubda Dövlət Gömrük Komitəsinin Mərkəzi Hospitalının həkimi Mircəlal Kazıminin elədiyi cərrahiyyə əməliyyatları, xəstəxanada göstərilmiş başqa tibbi xidmətlərlə əlaqədar Nuridə Seyidovaya məxsus “Urmedhelp” şirkətinin onlara 245 min 265 manat borclu olduğu göstərilib.

Hakim qeyd edib ki, məktubda hospitalda əməliyyat olunan, başqa tibbi xidmət göstərilən şəxslərin uzun bir siyahısı da əksini tapıb: “Maraqlıdır ki, niyə istintaq zamanı orqan transplantasiyası məsələsi araşdırılmayıb? Necə olub ki, klinikaya bu qədər borc yaranıb? Adi qan verməyə gedəndə əvvəl pul ödənilir, sonra tibbi xidmət göstərilir. Necə olub ki, özəl tibb müəssisəsi bu qədər iş görüb və siz borclu qalmısınız?”

Hakim həmçinin Nuridə Seyidova dan soruşub ki, nə əməliyyatlar olub. O isə cavab verib ki, qaraciyər və ya böyrək transplantasiyası əməliyyatları ola bilər.

Məhkəmədə təqsirləndirilən və zərərçəkmişlərlə sorğu-sual zamanı aydınlaşıb ki, talassemiyalı uşaqların valideynlərindən alınmış pulların hesabına başqa şəxslərə orqan köçürmələrilə bağlı əməliyyatlar olunub.

“Bunlar “maşa”dır, arxalarında dayanan adamların üzə çıxmasını istəyirik”, - zərərçəkənlər məhkəmədə bildirib.

Məhkəmə prosesi dekabrın 18-də davam edəcək.

İttihama əsasən, talassemiyalı uşaqların valideynlərinə Nuridə Seyidovanın rəhbərlik etdiyi “Urmedhelp” və “My Doc Tour” MMC-lərin bu xəstəlikdən əziyyət çəkən uşaqları Türkiyəyə müalicəyə göndərdiyi deyilib. Onlara bildirilib ki, müalicə xərclərinin bir hissəsini xarici donor təşkilatlar qarşılayır, qalan pulu onlar verməlidir.

36 nəfər zərərçəkmişdən uşaqlarının əməliyyatı adı altında ümumilikdə 1 milyon manata yaxın pul alınaraq, onlara ziyan vurulub.

Aytən, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 11 Dekabr 2024 19:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see266

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see234

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see215

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see206

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see200

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see190

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see184

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see176

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see172

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see163

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see162

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see147

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see143

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see143

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see142

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see134

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see134

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see134

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see132

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri