Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Bunları hər kəs bilməlidir!

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Rauf Dadaşovun anım günüdür

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Taleb bir cinayətkarı niyə müdafiə edir?

Taleb bir cinayətkarı niyə müdafiə edir?

Axar.az saytına istinadən Icma.az xəbər verir.

Nyu York Universitetinin professoru, yazıçı Nassim Nikolas Talebin Ruben Vardanyana görə Azərbaycanda mühazirə oxumaqdan imtina etməsi müəyyən sualları aktuallaşdırdı: Taleb kimdir, Vardanyan kim? “Qara qu quşu”nun müəllifinin Vardanyanla əlaqəsi doğrudanmı müdafiə etdiyi “təsadüflər nəzəriyyəsi”ndən ibarətdir? Vardanyanın “xeyriyyəçilik” adı altında törətdiyi cinayətlər beynəlxalq ictimaiyyətə məlumdur. “Məşhur filosof” kimi təqdim edilən, mühazirələrindən külli miqdarda qonorar alan Taleb – bu fikir adamı niyə cinayətkarı müdafiə edir?

Talebin Livan əsilli olması onun Vardanyanla dostluğunun səbəbini izah edən məqamdır. Beyrutun Əşrəfiyyə məhəlləsində doğulan Taleb görünür, uşaqlıqdan məhəllədəki erməni nağılları ilə böyüyüb və onlara xas olan yalanı mənimsəyib. Vardanyanla dostluğu keçmişdən gələn sevgidən qaynaqlanır. Lakin həqiqət təkcə Beyrut məhəllələrində gizlənməyib, bu filosoun, bu fikir adamının tərcümeyi-halına nəzər yetirdikdə də onun Vardanyanla birləşdirən ştrixləri görmək mümkündür.

Nassim Nikolas Taleb yazıçı kimi tanınsa da, həm də maliyyəçidir. 1999-cu ildə yaratdığı “Empirica Capital” şirkətini yaradıb və hedcinq, yəni sərmayə risklərini minimallaşdıran, yaxud aradan qaldıran tövsiyə fondu kimi fəaliyyət göstərib. Bu fəaliyyəti də “Qara qu quşu” investisiya strategiyasına əsaslanırdı. Lakin 2004-cü ildə Taleb şirkəti qalmaqalla bağladı. Səbəbin təkcə yanlış tövsiyələr vermək yox, həm də müştərilərinin pullarını mənimsəmək olduğu deyilir. Daha sonra kitab yazan Taleb dəyişkən fikirləri, mövqeləri ilə yadda qalıb. Misal üçün, 2018-ci ildə “bitcoin”i tərifləyərək, bununla bağlı kitaba ön söz yazdı, bir neçə il sonra isə möveyini 180 dərəcə dəyişərək, kriptovalyutanı pislədi. Görünür, erməni məhəlləsində böyüməsi şəxsiyyətinin formalaşmasına ciddi təsir edib, mənfəət naminə dəyişkən mövqeli olması da bunu deməyə əsas verir. Və onu da istisna etmək olmaz ki, Talebin Vardanyanla yolları təkcə keçmişdən gələn xatirələrdə yox, həm də maliyyə fırıldaqlarında, çirkli pulların yuyulmasında da kəsişib. Yüksək qonorar “ovçusu” olan Talebin Bakıya gəlməkdən imtina etməsi bu kontekstdə diqqət çəkir və məsələ heç də iddia etdiyi kimi, “etnik prinsipləri” deyil. Sadəcə olaraq, Vardanyan çirkli pulları yuyan maliyyə fırıldaqçısıdırsa, Taleb haqqında “maliyyə fikirləri satan fırıldaqçı” deyə bilərik. Onun tərcümeyi-halındakı şrtixlər “dostu” Rubendən çox da fərqlənmir.

Vardanyanın “xeyriyyəçiliyi”nin isə saxtakarlıqdan başqa bir şey olmadığı, bunun məhz çirkli pulların yuyulması prosesini gizlətmək məqsədi daşıdığı faktlarla sübuta yetirilib. OCCRP-nin (Korrupsiyaya və Mütəşəkkil Cinayətkarlığa qarşı Jurnalistika Layihəsi) materialları əsasında hazırlanan “Troyka camaşırxanası: Ruben Vardanyan yeni simada” araşdırma erməni milyarderin gerçək simasını ifşa edir.

Rubenin həmtəsisçisi və rəhbərlik etdiyi “Troyka dialoq” investisiya bankı 2006-cı ildən başlayaraq, 9 milyard dollara yaxın vəsaiti “yuyub”. Erməni milyarder vergidən yayınır, aktivlərini gizlədir, beynəlxalq nəzarət orqanlarını aldadırdı. Çirkli pulların yuyulmasını həyata keçirən Vardanyan digər tərəfdən “xeyriyyəçilik” obrazı ilə cinayətlərini ört-basdır etməyə çalışırdı. Onun “Qərbdə Rusiya kapitalizminin dost nümayəndəsi” kimi tanınması da bu kontekstdə təsadüfi deyildi, çünki rəhbərlik etdiyi “Avrora Humanitar Təşəbbüs” qrupu ilə “humanitar yardımlar” edir, Ermənistanda monastrların bərpasına maliyyə yardımı ayırır, məşhur Hollivud ulduzu Corc Kulini kimi şəxslərlə yaxın əlaqələr qururdu. Vardanyan hətta erməni diasporunun yaxın dostlarından olan Samanta Pauerlə sıx münasibətlərə malik olub.

Vardanyan Qarabağın işğalda saxlanılmasına dəstək məqsədilə də yüz milyonlarla dollar vəsait xərcləyib. “Forbes”in məlumatına görə, 2001-2023-cü illər ərzində o, Ermənistana və Qarabağdakı separatçılara “investisiya” adı altında 700 milyon dollar pul xərcləyib. Bununla yanaşı, Yaxın Şərqdən, xüsusilə Livan və Suriyadan ermənilərin Qarabağa köçürülməsi, burada məskunlaşdırılmasına da böyük dəstək verib. Vardanyan Qarabağın işğalı dövründə erməni diasporu/lobbisinin Azərbaycana qarşı həyata keçirdiyi təzyiq kampaniyasının da əsas sponsorlarından idi.

2022-ci ilin sentyabrında o, Qarabağa köçəndə məqsədi heç də iddia etdiyi kimi, “ermənilərə” dəstək vermək yox, ilk növbədə sanksiyalardan qaçmaq və çirkli pulların yuyulması prosesini davam etdirmək idi. Çünki Ukrayna müharibəsi başladıqdan sonra Rusiya oliqarxları sanksiyalar altına düşdü və Vardanyan da əsas hədəflərdən birinə çevrildi. Əslində 2019-cu ildə OCCRP-də “Troyka çamaşırxanası”nın ifşa edilməsi bunun siqnalı idi. Bu baxımdan, Ukrayna müharibəsi başlanmasından – sanksiyalara start verilməsindən sonra Vardanyan birdən çox məqsədinə nail olmaq üçün Qarabağa köçdü.

R.Vardanyan çirkli pulların yuyulmasına görə, adının “qara siyahıya” düşməsi riskinə görə Rusiya vətəndaşlığından imtina edərək, Qarabağa gəldi. Bu gediş həm də Qərbdə dəstək qazanmağa hesablanmışdı. Qondarma “arsax”a dəstək verməklə erməni diasporu/lobbisinin dəstəyini əldə etməyi, mümkün riskləri onların vasitəsilə önləmək, “çirkli pul yuma” mexanizmini davam etdirmək istəyirdi. Qondarma “artsax təhlükəsizlik və inkişaf fondu” adlı təşkilatı da bu məqsədlə yaratmışdı. Vardanyanın Qarabağdakı fəaliyyəti erməni diasporu/lobbisini qane edirdi. Çünki Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan bölgəyə Qərb ölkələrindən “erməni maliyyəsini” göndərmək çətindir, bu baxımdan, erməni diasporu/lobbisinə yaxın olan erməni əsilli Rusiya milyarderi Vardanyan ən unikal seçim idi. Bununla yanaşı, Vardanyanın Qarabağa gəlişi onun çirkli pulları yuma mexanizmindən yararlanan Qərb ölkələrindəki dairələrə də sərf edirdi. “Troyka camaşırxanası” haqda faktların yayılmasına, eləcə də, Ukrayna müharibəsindən sonra rusiyalı milyarderlərə sanksiyaların tətbiq edilməsinə baxmayaraq, Vardanyanın kənarda qalması, “gizli əllər” tərəfindən qorunması da bunu təsdiq edirdi.

Ruben Qarabağa gələn kimi separatçı rejimdə qondarma “dövlət naziri” postuna sahib oldu. Bu “vəzifədə” olarkən, Azərbaycana qarşı separatçılığı həyata keçrir, o cümlədən, silahlı dəstələrin yaradılmasından maliyyələşməsinə qədər qeyri-qanuni işlər gördü. Vardanyan “vəzifəsi”ndə 4 ay qalsa da, artıq saysız cinayət əməlləri törətmişdi. Lakin o, qondarma “vəzifəsi”ndən uzaqlaşdırıldıqdan sonra da Qarabağı tərk etmədi, separatizm, sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə fəaliyyətlərini davam etdirdi. 2023-cü ilin sentyabrında Azərbaycan Qarabağda suverenliyini bərpa etmək məqsədilə anti-terror əməliyyatı keçirəndə Vardanyan İrəvana qaçmağa çalışsa da, Laçın postunda saxlanıldı və Bakıda məhkəmə qarşısına çıxarıldı. Məhkəmə prosesinin yekununda Ruben Vardanyan 20 il azadlıqdan məhrumetmə cəzasına məhkum olundu. Çünki Qarabağda qanunsuz qaldığı bir il müddətində onlarla cinayət əməli törəmişdi, ona qarşı irəli sürülən ittihamların sayı da bunu təsdiq edir: 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2 (cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri.

Nassim Taleb bir cinayətkarı müdafiə edir. Amerika Hərbi Dəniz Qüvvələri və Hərbi Hava Qüvvələri tərəfindən istifadə edilən ixtisaslaşdırılmış materiallar istehsal edən yeganə türk mühəndis, “Integrated Polymer Industries” şirkətinin qurucusu, B-2 bombardmançı təyyarələri üçün görünməzlik təmin edən örtük materiallarının müəllifi, tədqiqatçı yazıçı Ergün Kırlıkovalı da açıq məktubunda Vardanyanın gerçəkdə kim olduğunu Nassim Talebə göstrərib. Taleb bütün bu faktları görmürsə, görmək istəmirsə, bu, onun da nə vaxtsa Vardanyanla çirkli pulların yuyulmasında iştirak etdiyi şübhələrini yaradır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://axar.az
archiveBu xəbər 05 Avqust 2026 21:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see603

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see358

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see270

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see263

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see254

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see249

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see247

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see240

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see237

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see231

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see217

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see217

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see208

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see208

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see207

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see203

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see201

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see200

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see199

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri